TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə21/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   17   18   19   20   21   22   23   24   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
17 
Tövhidin Faydaları Və Səmərələri - 
1.
Tövhidi həyata keçirən, haqqını verən 
bir qul hesaba çəkilmədən, əzaba uğramadan Cənnətə girəcəkdir. 
2.
Tövhidi 
gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir. 
3.
Dünya və axirətin 
sıxıntısı, qəmi, kədəri və əzabından qurtulub hüzura və rahatlığa çıxmağın ən 
böyük vəsiləsi və səbəbidir. 
4.
Tövhid qəlbdə xardal dənəsi ağırlığından daha 
az miqdarda olduğu zaman Cəhənnəmdə əbədi qalmaqdan qurtulmaqdır. 
5.
Sahibinə hidayəti, kamilliyə çatmağı, dünya və axirətdə əmin-amanlığı təmin 
etməkdir. 
6.
Tövhid, Allahın razılığına və savabına nail olmağın yeganə 
səbəbidir. 
7.
Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və 
savaba çatmaq tövhidə bağlıdır. 
8.
Tövhid qulun yaxşılıq edib, pislikdən 
çəkinməsini asanlaşdırır. Onu müsibətlərə qarşı səbrli edir. 
9.
Tövhid qəlbdə 
tam olduğu zaman Allah onun sahibinə imanı sevdirir. Qəlbində onu gözəl 
göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir. 
10.
Tövhid qulu 
yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi və ən 
yüksək izzət və şərəf də elə budur. 
11.
Tövhid qəlbdə tam və kamil olduğu və 
tam bir ixlasla yerləşdiyi zaman əməlin azı çox olur, əməllərin və sözlərin 
mükafatı sayılmayacaq miqdarda qat-qat artır. Qulun tərəzisində onun ixlası 
göylər və yerin qarşılamayacağı qədər ağır gəlir. 
12.
Allah tövhid əhli olan 
quluna dünyada və axirətdə izzət və şərəfi, hidayəti, asanlığı, xeyirli söz və 
əməllərində isabətli olmağı zəmanət verir. 
13.
Allah iman əhli Muvahhidləri 
dünya və axirətin pisliklərindən qoruyur və onlara təmiz, gözəl bir həyat bəxş 
edir. 
Tövhid ilə yanaşı Muvahhid bir kimsədə şirkə düşmək qorxusu (ondan 
qorunmaq) da olmalıdır. Çox az bir kimsə öz Tövhidinə görə qorxur. Bu 
Tövhidi istəyən, həris olan bir kimsə mütləq şirkdən qorxmalı və ondan 
qaçmalıdır. O qorxu daima Muvahhidin qəlbində olmalıdır, qəlbi daima 
Allahdan qorxan kimsə isə daima Allaha itaətdə olacaq, Allahdan bağışlanma 
diləyəcək və şirkdən qaçacaqdır. Şirkə düşməmək üçün də insan şirkin bütün 
növlərini bilməlidir. Şeytanın ən başlıca məqsədi insanları şirkə salmaqdır. 
Çünki, bunu Allaha vəd vermişdir: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə