|
![](/i/favi32.png) TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqitovhid-Allahin-qullari-uzarinda-haqqi Eşidəndir, Biləndir!”
(əl-Bəqərə 256).
"Biz hər ümmətə Allaha ibadət edin
və tağutdan çəkinin deyə peyğəmbər göndərdik".
(ən-Nəhl 36).
Yəni, “Abdullah
durub” dedikdə, mən Abdullahın durduğunu isbat etmiş oluram. Lakin mən
bu sözümlə tək Abdullahın durduğunu isbat etmiş olmuram. Ehtimal
başqalarının da durmuş olduğunu söyləmiş oluram. Bəli, bu an Abdullah
durub, lakin onunla bərabər başqaları da dura bilər. Və ya “Abdullah
durmayıb” desəm, bu dəfə mən Abdullahın durmadığını ortaya qoyaraq
durduğunu inkar etmiş oluram. Amma “Abdullahdan başqa heç kəs
durmayıb” dedikdə, mən Abdullahdan başqa heç kəsin durmadığını, yalnız
Abdullahın durduğunu isbat etmiş oluram.
Lə İləhə İlləllah –
demək də
belədir. Allahdan başqa ibadət ediləcək İlah yoxdur dedikdə, Allahdan qeyri
ibadət olunan varlıqlar rədd edilir və yalnız İlah olaraq Allah qəbul edilir –
deməkdir. Tövhid yalnız İnkar və İsbatla həyata keçir.
Lakin günümüzdə bir çox müsəlmanlar hələ də Lə İləhə İlləllahın mənasını
bilmirlər. Seyyid Qutub –
Lə İləhə İlləllah
kəliməsinin mənasını bilmir,
Lə
İləhə İlləllah –
“Allahdan başqa Hakim yoxdur” kimi tərcümə edirdi, bəziləri
Lə İləhə İlləllah –
“Allahdan başqa Allah yoxdur” və s. kimi tərcümə edirlər.
Əbu Sufyan
müşrik ola-ola bu kəlimənin mənasını daha yaxşı başa düşür və
bilirdi. Rum imperatoru ilə görüşür. Hədisdə deyilir: “Rum imperatoru
məndən: "O, sizə nə etməyi əmr edir?”- deyə soruşduqda, mən: "O, bizə tək
Allaha ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamağı, bir də ata-
babalarımızın dediyi şeylərdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz
qılmağı, düz söz danışmağı (yalan danışmamağı), yaxşılıq etməyi və
qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!"- deyə cavab
verdim”.
35
Dostları ilə paylaş: |
|
|