TÖVHİD –
Allahın Qulları Üzərində Olan Haqqı
25
dəstələr
Lə İləhə İlləllah –
şəhadətini bir neçə cür təfsir etmişlər:
1.
Lə Məbuda
İlləllah –
Allahdan başqa ibadətə layiq məbud yoxdur. Batil təfsirdir.
Çünki
Allahdan başqa ibadət olunan məbudlar vardır. İstər bu batil yolla olsun, istər
haqq. Fovzan
– hafizahullah -
deyir ki: “Kim
Lə İləhə İlləllah
kəliməsini bu cür
təfsir
edərsə
Lə Məbuda İlləllah –
bu açıq-aydın zəlalətdir. Bu da Vəhdətu
Vucud əqidəsidir. Vacibdir Haqq – kəliməsini söyləmək. (İlah) Məbud – ibadət
olunan iki qismdir:
Haqq olan Məbud, Batil olan Məbud.
Allahdan qeyri
ibadət olunan haqqı olmadan ibadət olunan batil məbuddur. İbadət edilməyə
haqqı olan isə Allahdır. Digər ibadət olunan ilahlar isə batil ilahlardır”.
"Bu
belədir. Çünki Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri
(bütlər,
tanrılar)
isə batildir. Həqiqətən Allah Uca və Böyükdür".
(əl-Həcc 62)
36
.
2.
Lə
Xaliqa İlləllah – Lə Qadira Alə İxtira İlləllah –
Allahdan başqa xaliq yoxdur,
Allahdan başqa yaratmağa qadir heç kəs yoxdur. Bu təfsir yalnız Rububiyyətə
dəlildir və bu təfsir Lə İləhə İlləllahın bir hissəsidir. Lakin Lə İləhə İlləllahın
qəsd etdiyi məna deyildir. Çünki müşriklər də bunu qəbul edirdilər.
Peyğəmbərin
məqsədi təkcə Rububiyyət deyildi.
Dostları ilə paylaş: