TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə33/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   29   30   31   32   33   34   35   36   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Lə Iləhə Illəllah -
kəliməsini dəlillərlə öyrənir və isbat edir. 
Bu da dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi 
inkar və nəyi təsdiq etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz. 
"Öyrən 
bil ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur". 
(Muhəmməd 19). 
"Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər 
müstəsnadır".
 (əz-Zuxruf 86). 
Bu ayənin mənası, Allahdan başqa ibadətə layiq 
haqq
 
ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə 
bilərək təsdiq etməkdir. 
"Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah 
yoxdur". 
(Ta ha 14).
Osman 

 
rəvayət edir ki, Rəsulullah 

buyurdu: "Hər kim 
Allahdan başqa ibadətə layiq haqq
 
ilah olmadığını bilərək ölərsə Cənnətə 
girər".
38
YƏQİNLİK 
Bu kəliməni söyləyən kimsə tam mənasıyla bu kəlmənin nə məna kəsb 
etdiyində yəqin olmalı və heç bir şəkk-şübhəyə düşməməli, bu kəlimə 
37
əl-Buxari "Cənaiz" 1, Əhməd 5/ 242. 
38
Muslim 26. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
27 
haqqında tam bir bilik və qavrayış sahibi olmalıdır: 
"Möminlər yalnız Allaha 
və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə 
düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri 
sadiq olanlardır".
 (əl-Hucurat 15).
Əbu Hureyra 

 
rəvayət edir ki, Rəsulullah 

buyurdu: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq
 
ilah 
yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın 
hüzuruna gedərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"
39


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə