TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə29/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   25   26   27   28   29   30   31   32   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 Eşidəndir, Biləndir!” 
(əl-Bəqərə 256).
"Biz hər ümmətə Allaha ibadət edin 
və tağutdan çəkinin deyə peyğəmbər göndərdik". 
(ən-Nəhl 36). 
Yəni, “Abdullah 
durub” dedikdə, mən Abdullahın durduğunu isbat etmiş oluram. Lakin mən 
bu sözümlə tək Abdullahın durduğunu isbat etmiş olmuram. Ehtimal 
başqalarının da durmuş olduğunu söyləmiş oluram. Bəli, bu an Abdullah 
durub, lakin onunla bərabər başqaları da dura bilər. Və ya “Abdullah 
durmayıb” desəm, bu dəfə mən Abdullahın durmadığını ortaya qoyaraq 
durduğunu inkar etmiş oluram. Amma “Abdullahdan başqa heç kəs 
durmayıb” dedikdə, mən Abdullahdan başqa heç kəsin durmadığını, yalnız 
Abdullahın durduğunu isbat etmiş oluram. 
Lə İləhə İlləllah
demək də 
belədir. Allahdan başqa ibadət ediləcək İlah yoxdur dedikdə, Allahdan qeyri 
ibadət olunan varlıqlar rədd edilir və yalnız İlah olaraq Allah qəbul edilir – 
deməkdir. Tövhid yalnız İnkar və İsbatla həyata keçir.
Lakin günümüzdə bir çox müsəlmanlar hələ də Lə İləhə İlləllahın mənasını 
bilmirlər. Seyyid Qutub – 
Lə İləhə İlləllah
kəliməsinin mənasını bilmir, 
Lə 
İləhə İlləllah –
“Allahdan başqa Hakim yoxdur” kimi tərcümə edirdi, bəziləri 
Lə İləhə İlləllah –
“Allahdan başqa Allah yoxdur” və s. kimi tərcümə edirlər. 
Əbu Sufyan 

müşrik ola-ola bu kəlimənin mənasını daha yaxşı başa düşür və 
bilirdi. Rum imperatoru ilə görüşür. Hədisdə deyilir: “Rum imperatoru 
məndən: "O, sizə nə etməyi əmr edir?”- deyə soruşduqda, mən: "O, bizə tək 
Allaha ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamağı, bir də ata-
babalarımızın dediyi şeylərdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz 
qılmağı, düz söz danışmağı (yalan danışmamağı), yaxşılıq etməyi və 
qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!"- deyə cavab 
verdim”.
35

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə