TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


seçmək  (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə37/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   33   34   35   36   37   38   39   40   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

seçmək 
(öz ixtiyarları ilə ayrı cür hərəkət etmək)
yaraşmaz. Allaha və Onun 
Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, 
(haqq yoldan) 
açıq-aydın azmışdır!” 
(əl-
Əhzab 36).
“Əgər sənə 
(sənin bu təklifinə)
cavab verməsələr, bil ki, onlar öz 
nəfslərinə uymuşlar. Allahdan bir dəlil 
(hidayət)
 olmayınca öz nəfsinə uyandan 
(Rəbbinə şərik qoşandan, küfr edəndən) 
haqq yolu daha çox azmış kim ola bilər?! 
Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!” 
(əl-Qəsəs 50).
QƏBUL 
Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul etmək və inkara əsla yol 
verməmək, Allaha ibadət etmək və şirki inkar etməkdir: “
Onlara Allahdan 
başqa heç bir ilah yoxdur - deyildiyi zaman təkəbbür göstərirdilər”.
 (əs-Saffət 
35).
“Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər 
göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: "Biz atalarımızı bu 
yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!"– dedilər”. 
(əz-Zuxruf 
23).
 
Abdullah ibn Məsud 

deyir ki: “Kim Qurani- Kərimin bir hərfini belə 
inkar edərsə (küfr) bütün kitaba qarşı küfr etmişdir”.
45
 
Bu sadaladığımız şərtlər 
Lə İləhə İlləllah
kəlməsinin ayrılmaz bir hissəsidir. 
Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımı qaydada əməl etmək 
isə sizin üzərinizə düşən bir haqdır. Çünki, biz dünya və axirətimizi yalnız bu 
kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik. 
Ubadə İbn Samit 

rəvayət edir ki, Peyğəmbər 

buyurdu: “Kim Allahdan 
başqa ibadətə layiq heç bir İlahın olmadığına, Onun Tək olduğuna və heç bir 
şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın 
qulu və elçisi olduğuna, Məryəmə göndərdiyi kəlməsi və Ondan gəlmə ruh 
olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə 
əməl etmiş olursa-olsun (və ya əməlindən aslı olmayaraq), Allah onu Cənnətə 
daxil edər”. Başqa rəvayətdə Rəsulullah 

buyurur: "Cənnətin səkkiz 
qapısından hansından istərsə, onu oradan içəri salar".
46
Əbu Səid əl-Xudri 

rəvayət edir ki, Rəsulullah 

buyurdu: "Musa 

öz Rəbbinə dedi: "Ey 
Rəbbim! Mənə elə bir kəlimə öyrət ki, Səni onunla yada salım və dua edim". 
44
İbn Həcər "Fəthul-Bəri" 13/ 289, İbn Rəcəb "Cəmiul-Ulum vəl Hikəm" s. 338, İbn Əbi Asim "əs-Sünnə" 1/ 
12,13.
45
AbdurRazzaq 8/ 472.
46
əl-Buxari 
3435 , Muslim 28.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə