TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


İXLAS  Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq:  "Bil ki, xalis din yalnız Allaha məxsusdur"



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə34/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   30   31   32   33   34   35   36   37   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

İXLAS 
Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq: 
"Bil ki, xalis din yalnız Allaha məxsusdur". 
(əz-Zumər 3). 
"Halbuki, onlara 
əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, digər bütün batil 
dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-
düzgün din budur".
(əl-Bəyyinə 5). 
Əbu Hureyra 

 
deyir ki, bir gün: Ya 
Rəsulallah! Sənin şəfaətinlə Qiyamət günü ən xoşbəxt olan insan kimdir?” 
Peyğəmbər 

: “Ey Əbu Hureyra, mən elə də bilirdim ki, bunu səndən öncə heç 
kəs soruşmayacaqdır, sənin (elmə) olan hərisliyindən. Rəsulullah 

buyurdu: 
"Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt olan insan, qəlbində ixlas ilə 
Lə 
İləhə İlləllah
- kəlməsini deyəndir"
40
. Əbu Hureyra 

rəvayət edir ki, 
Rəsulullah 

mənə buyurdu: “Divarın arxasında qarşılaşdığın, Allahdan başqa 
ibadətə layiq haqq İlah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir 
kəsi Cənnətlə müjdələ".
41
SİDQ 
Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla, dilin 
söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək. Əgər qəlbi ilə bu kəlməni təsdiq 
etməzsə münafiq olur: 
“İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– 
demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz 
onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru 
danışanları da, yalançıları da aşkara çıxardacaqdır”. 
(əl-Ənkəbut 2-3). 
“Haqqı 
gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir”. 
(əz-Zumər 33). 
Muaz ibn 
Cəbəl 

 
rəvayət edir ki, Peyğəmbər 

 
buyurdu: "Hər hansı bir qul Allahdan 
başqa ibadətə layiq İlah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu 
39
Muslim 27, 147, 148.
40
əl-Buxari 99.
41
Muslim 31, 156.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə