TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə42/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   38   39   40   41   42   43   44   45   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

"Ya Peyğəmbər! 
Həqiqətən, biz səni 
(ümmətinə)
bir şahid, bir müjdəçi və bir qorxudan kimi 
göndərdik! Biz səni Allahın izni ilə ona tərəf çağıran və nurlu bir çıraq olaraq 
göndərdik!"
 (əl-Əhzab 45-46).
Buna görə də keçmişə və gələcəyə dair verdiyi bütün xəbərlərdə, haram və 
halal etdiyi bütün xüsuslarda onu təsdiq etmək, verdiyi əmrləri yerinə 
yetirmək, qadağan etdiklərindən uzaq olmaq lazımdır. “
De ki: “Əgər Allahı 
sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızın 
üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir”. 
(Ali-İmran 
31).
Əbu Hureyra Abdur-Rahmən ibn Saxr 

rəvayət edir ki, Rəsulullahın 

belə buyurduğunu eşitdim: "Sizə nəyi qadağan edirəmsə ondan uzaq durun, 
nəyi əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yoxdur ki, 
52
İbn İshaq "Fadlus-Saləti alən-Nəbi" s.86. əl-Albani mursəl hədis olduğunu bildirmişdir. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
33 
sizdən əvvəlki ümmətləri çoxlu sual vermələri və Peyğəmbərlərinə müxalif 
olmaları məhv etdi".
53
Ona itaətin Allaha itaət etmək olduğuna, ona üsyan etməyin Allaha üsyan 
etmək olduğunu bilmək deməkdir: 
"Peyğəmbərə itaət edən şəxs Allaha itaət 
etmiş olur. Kim üz döndərsə, bil ki, biz səni onların üzərində gözətçi 
göndərmədik". 
(ən-Nisa 80). 
Çünki, Allahın risalətini bizə təbliğ edən odur. Allah onun əli ilə dini 
tamamladı, dinin təbliğini bitirmədən onun ruhunu almadı. O, ümmətini 
gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxıb getdi. Ondan 
sonra bu yoldan həlak olandan başqası azmaz: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə