TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


MUHƏMMƏDƏN    RƏSULULLAH



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə41/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   37   38   39   40   41   42   43   44   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

MUHƏMMƏDƏN 

 RƏSULULLAH 
Mənası –
Onun Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğuna 
inanmaq, onu sevməyin vacib olduğuna, əmr etdiyi şeylərdə ona itaət etməyə, 
verdiyi xəbərlərdə onu təsdiq etməyə və heç bir sözü onun sözündən irəli 
keçirməməyə inanmaq deməkdir. Bu iki şəhadət kəlməsi bir-birindən 
ayrılmazdır. Buna görə də həm azanda, həm də təşahüddə bir yerdə zikr edilir. 
əl-İnşirah surəsinin 4-cü ayəsində: 
"Sənin ad-sanını, şan-şöhrətini 
ucaltmadıqmı?"
 
(Yerdə, göydə səndən söhbət gedər, xütbələrdə adın çəkilər). 
Mücahid 

 
deyir: "Mən xatırlanacaq olsam mütləq sən də xatırlanacaqsan. 
Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və 
Muhəmməd Allahın qulu və rəsuludur".
52
Muhəmmədən Rəsulullah -
Muhəmməd Allahın qulu və Rəsuludur 
kəlməsini dil və qəlb ilə qəbul etmək, ona uyğun olaraq da əməl etmək 
(yaşamaq). 
1)
Onun xəbər verdiklərini - Təsdiq. 
2)
Əmr etdiklərinə - İtaət. 
3)
Onun qadağan etdiklərini - Tərk. 
4)
Allaha onun buyurduğu şəkildə ibadət 
etmək. Bu kəlmənin iki rükunu var: 
Abduhu (Qulu) - Rəsuluhu (Elçisi)
. İki şeyi 
inkar edir: 
İfrad -
şişirtmək, həddi aşmaq. 
Qulu -
bilməklə şişirtməkdən, 
ondan kömək istəməkdən uzaqlaşmış olur. 
Təfrid -
alçaltmaq, bunu da 
dağıdan Rəsulullahdır. Ona itaətdə səhlənkar olmaq, Sünnəsindən uzaqlaş-
maq, bidətlər etmək, təqlid etdiyi insanların sözlərini onun sözündən üstün 
tutmağı qadağan edir. Muhəmməd 

Allahın qulu və bütün insanlara, hətta 
cinlərə göndərdiyi Rəsulu olduğuna dair dilin söylədikləri sözə uyğun olaraq, 
qəlbin dərinliyində də bunu təsdiq etmək deməkdir. 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə