TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə38/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   34   35   36   37   38   39   40   41   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
30 
Allah: "Ey Musa! De: 
"
Lə İləhə İlləllah
" deyə buyurdu. Musa 

dedi: "Ey 
Rəbbim! Axı Sənin bütün qulların bu kəlməni 
Lə İləhə İlləllah
- deyir". Mənə 
xas olan bir kəliməni istəyirəm. Allah: "Ey Musa! Əgər yeddi qat göyü və 
yeddi qat yeri (və Məndən başqa) əhli ilə bir yerdə tərəzinin bir gözünə, 
Lə 
İləhə
İlləllah
kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlimə ağır 
gələr".
47
Abdullah İbn Amr 

rəvayət edir ki, biz Peyğəmbərin 

yanında 
oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir 
cübbə var idi. O gəlib Peyğəmbərin 

başının üstə durub dedi: “Sizin 
qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı 
alçaltmaq istəyir və hər bir çobanı ucaldır. Peyğəmbər 

onun cübbəsinin 
ətəyindən tutub dedi: “Məgər mən sənin əynində ağılsız adamın geydiyi 
libasın olduğunu görmürəm?” Sonra (sözünə davam edib) dedi: “Allahın 
peyğəmbəri Nuh 

vəfat edərkən oğluna belə demişdi: “Mən sənə 
vəsiyyətimi söyləyirəm: Sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. 
Sənə 
“Lə ilahə illəllahı”
əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir 
gözünə və 
“Lə ilahə illəllah”
digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi ağır 
gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, 
“Lə 
ilahə illəllah”
onu sındırardı. (Həmçinin) Sübhanəllah və bihamdihi 
kəlmələrini (əmr edirəm). Çünki, bu kəlmələr hər şeyin duasıdır. Bunun 
sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm: (Allaha) şərik 
qoşmağı və təkəbbürlük etməyi. (Peyğəmbərə 

) deyildi ki: “Ey Allahın Elçisi! 
Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) 
əbasını geyməsi təkəbbürlükdürmü?” (Peyğəmbər 

): “Xeyr”- deyə cavab 
verdi. (Kişi) dedi: “Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması 
təkəbbürlükdürmü?” (Peyğəmbər 

): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: 
“Məgər birimizin minəcək heyvana sahibi olması təkəbbürlükdürmü?” 
(Peyğəmbər 

): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizlə 
oturub-duran dostların olması təkəbbürlükdürmü? (Peyğəmbər 

): “Xeyr”- 
deyə cavab verdi. (Kişi) dedi: “Bəs təkəbbürlük nədir, ya Rəsulallah?” 
(Peyğəmbər 

) dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”.
48
Abdullah 
İbn Amr İbn əl-As 

rəvayət edir ki, Allah Elçisi 

buyurdu: “Ümmətimdən 
olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan 
doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son 
məsafəyə qədər olacaq. Sonra Allah 

buyuracaq: “Bunlardan hansınısa inkar 
edə bilərsənmi? (Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi?”. 
O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Bu qədər kitabın qabağında sənin 
47
İbn Hibban 6218, Həkim 1936, Nəsəi “Sunənul-Kubra” 10670, 10980, Əbu Yala “Müsnəd” 13993, əl-Bəğavi 
1273, İbn Həcər “Fəth” 11/208, Şueyb Arnavut “Zəif”.
48
Buxari "Ədəbul Mufrad" 548, əl-Albani «Səhih».



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə