TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


bilmərəm!"  (əl-Cinn 21-22). “ De: "Mən Allahın istədiyindən başqa özümə nə bir



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə44/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   40   41   42   43   44   45   46   47   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

bilmərəm!"
 (əl-Cinn 21-22). “
De: "Mən Allahın istədiyindən başqa özümə nə bir 
fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, 
özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman 
gətirən bir qövm üçün qorxudan və müjdələyənəm"
.
 (əl-Əraf 188). 
Rəvayət edilir 
ki, Ömər 

demişdir: “Mən Peyğəmbərin 

belə dediyini eşitmişəm: 
53
əl-Buxari, Muslim. 
54
Şeyx Useymin "Üç əsas" şərhi. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
34 
“Xristianlar Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən 
sadəcə Allahın quluyam. Elə isə (mənə): “Allahın qulu və rəsulu!”- deyin”.
55
Cündəb ibn Abdullah 

rəvayət edir ki, Peyğəmbər 

ölümündən beş gün 
qabaq buyurdu: "Nə badə məndən sonra əvvəlkilər kimi Peyğəmbərlərinin 
qəbirlərini ibadətgaha çevirdikləri kimi edəsiniz. Mən bunu sizə qadağan 
edirəm”.
56
Əbu Hureyra 

rəvayət edir ki, Peyğəmbər 

buyurdu: "Allahım! 
Qəbrimi ibadət olunan büt (Vasan) etmə! Peyğəmbərlərinin qəbirlərini 
məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı düçar 
olar”.
57
Peyğəmbər 

buyurdu: "Allah Peyğəmbərlərinin qəbirlərini ibadətgaha 
çevirən Yəhudilərə və Xristianlara lənət etsin".
58
Beləliklə, bizə aydın oldu ki, 
nə Allahın Rəsulu, nə də ondan daha aşağı mərtəbədə olan yaradılmışlardan 
heç birisi ibadətə layiq deyildir. İbadət ancaq bir və tək olan Allaha edilir.
O, bütün yaradılmışların ən xeyirlisidir. Ən fəzilətli və Allah dərgahında ən 
dəyərli insandır. Dərəcə etibarı ilə ən yüksək və Allaha ən yaxın olandır. 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə