TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


"Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə52/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   48   49   50   51   52   53   54   55   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

"Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt 
təbəqəsidir". 
(ən-Nisa 145-146). 
6)
Peyğəmbərin gətirdiyi dindən zəruri bilinən bir şeylə, onun savabı və ya 
günahı (cəzası) ilə istehza etmək küfrdür: 
"
(Ya Muhəmməd! Təbuk döyüşünə 
gedərkən səni lağa qoyan) 
münafiqlərdən 
(nə üçün belə etdiklərini)
soruşsan: “Biz 
ancaq söhbət edib zarafatlaşır, əylənirdik”- deyə cavab verərlər. De ki: 
“Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz? 
(Əbəs yerə) 
üzr 
istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir 
qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar 
edəcəyik". 
(ət-Tövbə 65-66).
7) 
Sehr etmək. Kim sehr edər və sehr edilməsinə razı olarsa kafir olar. Sarf 
və Atf da bura daxildir. İki kimsəni bir-birinə sevdirmək və ya nifrət (ayırmaq) 
etdirmək: 
"Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər 
bir günahkara, yalançıya nazil olur". 
(əş-Şuəra 221-222). 
"Sehirbaz isə harda 
74
Muslim 93.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
39 
olursa-olsun mətləbinə çatmaz". 
(Ta ha 69). 
"Sehrbazlar 
(dünya və axirətdə)
 
nicat tapmazlar". 
(Yunus 77).
8)
Müsəlmanların əleyhinə olub müşriklərə (kafirlərə) kömək etmək. 
Kafirlərə olunan hər bir köməyin İslamdan çıxartması barəsində alimlər ixtilaf 
etmişlər? Saleh Əli Şeyx 
– Allah onu qorusun – 
deyir: "Kim niyyətində (qəsdli) 
olaraq müsəlmanlara qalib gəlmələri üçün müşriklərə kömək edirsə kafirdir. 
Kim niyyəti olmadan hər hansı bir (dünya) səbəbinə görə onlara kömək edirsə 
kafir deyildir". Dörd məzhəb imamı, İbn Teymiyyə, İbn Qeyyim 

müsəlmanlara qarşı (niyyəti) olmadan kafirlərə kömək edəni kafir 
saymamışlar. Həmçinin, İmam Təhavi 

 
bu məsələdə icmanın olduğunu da 
gətirir. Peyğəmbər 

Məkkəyə döyüşsüz və müqavimətsiz girmək istəyirdi. 
Lakin Bədrdə iştirak edən müsəlmanlardan biri Hatib ibn Əbi Bəltəa 

Məkkədə olan müşriklərdən bir qrupuna Peyğəmbərin 

Mədinədən çıxması 
haqda bir qadın vasitəsilə məktub göndərir. Peyğəmbər 

Əlini, Zubeyri və 
Miqdadı 

bu qadının ardı ilə göndərdi. Səhabələr məktubu götürərək 
Peyğəmbər 

yanına gəldilər. Peyğəmbər 

buyurdu: "Ey Hatib, bu nədir?" 
Hatib dedi: "Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə 
başa salaram. Bilirsiniz ki, Qureyş arasında qohum-əqrabası olmayan 
birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada 
əqrabaları vardır ki, onların mallarını və ailələrini qoruyurlar. Lakin mənim 
malımı və ailəmi orada qoruyacaq bir kimsə yoxdur. Ona görə də onlardan 
ailəmin qorunması üçün təminat almaq istədim. Yoxsa bu işi kafir 
olduğumdan, dindən döndüyümdən, İslama girdikdən sonra küfrə riza 
göstərdiyimdən dolayı etməmişəm. Belə bir şey ağlımdan belə keçməyib". 
Peyğəmbər 

: "Bu adam sizə doğru söylədi"- deyə buyurdu. Ömər: "Ya 
Rəszulullah! Artıq o, Allaha, Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni 
burax bu münafiqin boynunu vurum"- dedi. Peyğəmbər 

: "Nə bilirsən bəlkə 
Bədrdə iştirak edən səhabəni, Allah Bədr əhlinə tanıdığına görə 
buyurmuşdu: “İstədiyinizi edin, Mən sizi bağışladım". Bundan sonra ayə nazil 
oldu: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə