TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


Mahmud , onun adı isə  Muhəmməd”



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə48/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   44   45   46   47   48   49   50   51   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Mahmud
, onun adı isə 
Muhəmməd”.
69
Allah onu aydınlıq, doğru yola dəvət etmək üçün göndərdi. Onun risalətini 
inkar etmək Allaha dil uzatmaq, hətta Allahı rədd və inkar etməkdir. Səvban 

rəvayət edir ki, Peyğəmbər 

 
buyurdu: "Şübhəsiz ki, mənim ümmətimdən 
otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia 
edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər 
yoxdur".
70
O, insanlar içərsində Allahdan ən çox qorxandır. Peyğəmbər 

 
buyurdu: "Sizin Allahdan ən çox qorxanınız və onun sərhədlərini ən yaxşı 
biləniniz də mənəm".
71
Allah onu insanlar arasından sevib seçmiş və Özünə 
yaxın bilmişdir. Peyğəmbər 

 
buyurdu: "Allah İbrahimi dost etdiyi kimi məni 
də özünə dost etdi".
72
"Allah və Onun Peyğəmbəri bir işi hökm etdiyi zaman 
heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah 
və Onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın 
azmışdır". 
(əl-Əhzab 36).
Heç şübhəsiz ki, ona tabe olan hər kəs təqva sahibidir: 
"Aralarında hökm 
vermək üçün Allahın və Onun Peyğəmbərinin yanına çağrıldıqları zaman 
möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat 
tapanlar da məhz onlardır".
 (ən-Nur 51).
“MUHƏMMƏDƏN RƏSULULLAH” 

 
KƏLMƏSİNİN ŞƏRTLƏRİ 
Lə iləhə illəlləh
kəlməsinin şərtləri olduğu kimi Muhəmmədən Rəsulullah - 
kəlməsinin də yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, 
onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün 
başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda 
verməyəcəkdir. Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun 
olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu. 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə