Sərbəst iş Fakultə: Mühəndislik İxtisas: İnformasiya texnologiyaları Qrup: 23 Kurs: Fənn: Mikroprosessorlar



Yüklə 1,01 Mb.
səhifə1/12
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#81499
  1   2   3   4   5   6   7   8   9   ...   12
Ağayeva Gulnar.Mikroprosessorlar.-1


Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Sərbəst iş
Fakultə: Mühəndislik
İxtisas: İnformasiya texnologiyaları
Qrup: 623
Kurs:3
Fənn: Mikroprosessorlar
Tələbə: Ağayeva Gülnar
Müəllim: Rəsulov Ruslan


1.Mikroprosessorun söz veriləri və güc

Mikroprosessoruq işi aşağıdakı addımlardan ibarətdir. Öncə əmrlər çıxarılır (se-çilir).Sonra idarəetmənin məntiqi bu əmrləri dekodlaşdırır, yəni əmrlərin düzgün-lüyünə nəzarət edir. Bundan sonra bu əmrlərin yerinə yetirilməsi baş verir.Bu ad-dımlar tsikl (dövrü) adlandırılır. Yaddaşdakı hər bir əmr üçün mikroprosessor bir tsikl yerinə yetirir.

Mikroprosessorlarda əsasən natural rəqəmlərdən (0-dan 9-a qədər) istifadə olu-nur. Böyük rəqəmlər də natural ədədlərlə ifadə olunur.Məs.1327-onluq kəmiyyəti 1000+300+20+7 kimi yazılır.

İlk mikroprosessorlar vahid zamanda 4 bit tərtibində  olan verilənləri emal edir-di (bit binar sözündən götürülüb, ikili deməkdir). Yəni rəqəm formasında olan bu verlənlərin emalında 4 dərəcəli sözlərdən istifadə edilirdi. Belə emalın sürəti də böyük deyildi. Lakin tezliklə 4 dərəcəli mikroprosessorların yerini, 8 və 16 dərə-cəli prosessorlar tutmağa başladı. Ümumiyyətlə, mikroprosessorları emal edilən söz verilənlərinin uzunluğuna görə müqayisə edirlər. Təcrübədə ən geniş istifadə edilən 8 bitli söz verilənləridir ki, onları da bayt adlandırırlar. 16 dərəcədən olan verilənlər bayt cütləri şəklində emal edilir. Şəkil 1-də iki 8 bitli sözlərdən təşkil olunan 16 bitli verilənlərin sxemi göstərilmişdir. Sayca 0-dan 7-ə qədər olan bit-lərə kiçik baytlar, 8-dən 15-ə qədər olan bitlərə böyük baytlar adı verilib. Sözlərin sayı bitlərin ağırlığını göstərir.Mikroprosessorlarda  sözlərin sayı ikiqat artdığı zaman onun gücü də artır. Mikroprosessorun gücünü göstərən digər amil yaddaşda olan və ona ünvanlanan sözlərin, yaxud baytların miqdarıdır.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə