TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə25/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   21   22   23   24   25   26   27   28   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət 
və hikmət sahibindən başqa ibadətə layiq heç bir ilah olmadığına şəhadət 
verdilər".
 (Ali-İmran 18).
Bunu elan etmək və söyləməkdir. Özünə müsəlman 
deyən bir kimsə 
Lə İləhə İlləllah
kəliməsini dili ilə söyləməlidir. Dili ilə 
söyləməyən şəhadət edən sayılmaz. Bu ona bənzəyir ki: Peyğəmbər 

buyurdu: “Həcc Ərafadır”. Bu o, demək deyil ki, sən Ərafada dayanmaqla 
həcci yerinə yetirmiş oldun. Sözsüz ki, həccin rükunları və vacibləri vardır. 
Lə 
İləhə İlləllah – 
kəliməsinin də öz rükunları və vacibləri vardır. Problem 
Lə 
İləhə İlləllah
kəliməsində deyildir, problem 
Lə İləhə İlləllah
deyən 
kimsədədir. Buna görə də kimisinin tərəzisi ağır gəlir, kimisinin də yüngül. 
3)
Şəhadət barəsində digərinə xəbər verməkdir. Bu haqda xəbər verməsə, 
yəni bildirməsə şəhadət sayılmaz. Yəni mən etiqad edirəm, söyləyirəm və 
xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur. Bu üçü də bir 
31
"əl-Əqidətul-Vasitiyyə" İbn Teymiyyə. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
22 
yerdə vəhdət təşkil edir. Bu da Tövhid Kəliməsidir. İman da belədir: Dil - Qəlb 
- Əməl.
Şəhadət Kəliməsinin fayda verməsi üçün insan iki şeyi bilməlidir:
1.
Şəhadət Verilən –
Allahı tanımaq. Bu da öz-özlüyündə iki şeyi əhatə edir. 
1) Ümumi tanımaq. 2) Təfsilatı ilə tanımaq.
Əşhədu
 –
elmlə deyilən bir sözdür. Bu da bəsirət, göz və xəbərlə əldə edilən 
bir elmdir. Osman 

 
rəvayət edir ki, Rəsulullah 

buyurdu: "Hər kim 
Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə 
girər".
32
O, dediyi sözün düzgün olması üçün Allahı tanımaq lazımdır. Allahın 
tək olduğunu, bənzəri olmadığını, oxşarının, şərikinin olmadığını bilməlidir. 
Allah 
Saməddir 

ehtiyacsız, möhtac deyildir. Allah yeməyə, içməyə, rahatlığa 
ehtiyacı yoxdur. Bütün məxluqat Allaha möhtacdır. Allaha zəiflik, xəstəlik, 
yuxu, ölüm və s. bu kimi naqisliklər üz vermir. Allah doğmayıb, doğulmayıb, 
yoldaşı da yoxdur. Allah aləmlərin Rəbbidir. Bütün mülk onun əlindədir. Əmr 
etmək də, yaratmaq da ona aiddir. İbn Teymiyyə 

 
bu kəlməni belə izah edir: 
"
Ilah –
ibadət və itaət olunandır. İlahlaşdırılan da yalnız ibadətə layiq olandır. 
Çünki o, elə bir xüsusiyyətlərə malikdir ki, istər-istəməz Onu yüksək 
məhəbbətlə sevmək, Ona itaət və ibadət etmək qaçılmazdır. 
Ilah – 
sevilən, 
ibadət edilən və qəlblərin (ürəklərin) ona olan məhəbbətindən ilahlaşdırılan 
deməkdir. Ona itaət edirlər və Onun qarşısında alçalırlar. Ondan qorxurlar və 
Onu arzulayırlar (istəyirlər). Bəlada Ona yönəlir, mühüm məqamlarda duaları 
ona yönəldirlər. Ruzi intizarında Ona təvəkkül edilir və Ondan sığınacaq 
istənilir. Onun adı zikr olunanda sakitləşirlər və Ona olan məhəbbətdən 
rahatlıq tapırlar. Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur". Artıq 
insan bunu bilərsə o, şəhadət dedikdə kimə şəhadət etdiyini bilər. Az da olsa o, 
Allahı başqa ibadət olunan ilahlardan ayıra bilməlidir. (Görürsən ki, insan 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə