TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


“İblis dedi: "Onların dirildiləcəyi günə



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə22/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   18   19   20   21   22   23   24   25   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

“İblis dedi: "Onların dirildiləcəyi günə 
qədər mənə möhlət ver". Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdən-
sən". İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun 
üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önləridən və 
arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların 
əksəriyyətini şükür edən görməyəcəksən". Allah buyurdu: "Oradan mənfur və 
qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi 
sizin hamınızla dolduracağam”. 
(əl-Əraf 14-18).
İbrahim 

dua edərək onu və 
ailəsi üçün Allahdan istəyir ki: 
"…Məni və övladlarımı bütlərə tapınmaqdan 
uzaq elə!" 
(İbrahim 35).
Əgər möminlərin imamı və Allahın dostu, öz qövmünə 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
18 
qarşı mübarizə aparan, bütləri sındıran kimsə şirkə düşməkdən qorxurdusa, 
deməli bütün müsəlmanlar Allaha şərik qoşmaq təhlükəsinə görə qorxu hissi 
keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər? O zaman bu kitabı öyrən! Bu 
kitabı öyrənmə ki, insanları şirk və küfürdə ittiham edəsən, öyrən ki, özünü və 
ailəni müşrik olmaqdan, şirkə düşməkdən qoruyasan. Çox təəssüf ki, bir çox 
müsəlmanlar öz yaxınları şirkdə boğulduqları halda, bu kitabı yalnız insanları 
ittiham etmək üçün öyrənirlər. 
Bu gün insanları Tövhidə çağıran, onlara şirkdən qaçmağı və şirkə 
düşməməyi öyrədən - insanların ən xeyirlisi və ən gözəl bir şeyə çağıranıdır. 
Günümüzdə insanları Tövhidə dəvət edənləri görürsən ki, incidir, təhqir 
edirlər, “sən düz danışmırsan”, “biz ata-babalarımızı belə görmüşük” və s. Bu 
kimi sözlər deyirlər. Sələflər deyirlər ki: “Əgər onlar nəyə dəvət olunduqlarını, 
Tövhidin mahiyyətini bilsəydilər, mən onlar üçün atalarından, analarından 
belə əziz olardım”. Lakin siz anlamayan bir qövmsünüz. Bunu Allahın haqqını 
bilən kimsə bilə bilər.
Şükürlər olsun aləmləri Rəbbi olan Allaha! Şükürlər olsun ki, verdiyi 
nemətlər sayəsində bu kitabı tərcümə edib toplaya bildik. Allaha nə qədər şükr 
etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki 
Allahın 

bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da 
şükrə ehtiyacı vardır. Necə ki, Davud 

buyurur: "Ey Rəbbim! Sənə necə şükr 
edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət 
verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə 
Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və 
Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim 
olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər 
birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, 
yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"
29
.
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə toplayıb başa 
çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, 
məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər 
haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və 
çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri 
tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə 
bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona 
əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Ayrıca bu kitabı toplamaqda mənə kömək edən, bu kitabda zəhməti olan, 
öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə də 
təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın!
29
İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə