TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə20/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   16   17   18   19   20   21   22   23   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
16 
Abbas 

 
rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin
 

tərkində idim. O, 
buyurdu:
 
"Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəyəm. Allahı qoru ki, 
Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey 
dilədikdə, Allahdan dilə! Kömək istədikdə Allahdan kömək istə! Bil ki, əğər 
bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar, sənə Allahın 
yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər 
vermək üçün bir yerə toplansalar, sənə Allahın yazdığından artıq zərər verə 
bilməzlər. 
(Çünkü) 
qələmlər 
qaldırılmış, 
səhifələrin 
(mürəkkəbi) 
qurumuşdur"
26
. Başqa bir rəvayətdə: (Peyğəmbər 

): "Allahı qoru ki, Onu öz 
önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) 
günündə yada salsın. Bil ki, səndən yan keçən bəla sənə toxunmamalı idi. 
Başına gələn bəla isə səndən yan keçməməli idi. Bunu da bil ki, (Allahın) 
yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və 
şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır"
27
.
6)
İnsanların Quran və Sünnədən uzaqlaşaraq dünyaya bağlanmaları, 
Allahı unutmaları. Dünya nemətlıri, var-dövlət çoxaltmaq, vəzifə dalınca 
qaçmaq və s. işlər insanı Rəbbindən uzaq etmişdir. 
"…Dünya malı axirət 
yanında yalnız cüzi bir şeydir". 
(ət-Tövbə 38).
Zeyd ibn Sabit 

rəvayət edir ki, 
Allah Elçisi 

buyurmuşdur: “Kimin niyyəti dünya malı əldə etmək olarsa
Allah onun işlərini puç edər, yoxsulluğu onun gözləri arasına qoyar, dünya 
malından da ona yalnız qədərinə yazılmış şeylər nəsib olar. Kimin də niyyəti 
Axirəti qazanmaq olarsa, Allah onun işlərini yoluna qoyar, onun qəlbini 
zəngin edər, dünya malı isə ona ram edilmiş halda gələr”.
28
Ərəblərdə 
günahlar elə bir həddə çatmışdı ki, heç bir qövm və tayfada belə bir azğınlıq 
olmamışdı. İçki evlərdə çəlləklər halında saxlanılır, qız uşaqları diri-diri 
basdırılır, 10 nəfər bir qadınla yaxınlıq etdikdən sonra qadın uşağı xoşuna 
gələn kişiyə isnad edirdi. Riba o qədər çox idi ki, Kəbəni tikəndə söz verdilər 
ki, yalnız halal puldan tiksinlər. Bu qədər günahlar ola-ola Peyğəmbər 

heç 
birindən başlamadı. Dəvətini yalnız Tövhiddən başladı. Çünki, bütün bu 
sadaladıqlarımız günahlar bağışlanandır. Bu gün müsəlmanlar şirkdən başqa 
hər şeydən danışırlar, xilafət qurmaq, təkfir etmək və s. Allahın haqqı 
tapdalanır, danışan isə yoxdur. İnsanların haqqı tapdalanan kimi danışırlar. 
Şirk qulun Cəhənnəmdə əbədi qalmasına, əməllərinin puç olmasına, illərlə 
etdiyi əməllərin itməsinə, yox olmasına səbəbdir. Allah müşrikə Cənnəti 
haram etmişdir. Günahlar isə belə deyildir.
26
Tirmizi 2516. əl-Albani "Səhihul-Cəmi" 7834. 
27
əl-Albaninin tədqiqi ilə "Riyadus-Salihin" 63. 
28
İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir. 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə