TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə66/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   62   63   64   65   66   67   68   69   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      137 
olur?  Allahdan  qeyri  ibadət  olunanları  uzaqlaşdırmaqla,  nifrət  etməklə  olur; 
"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O, zaman onlar 
öz qövmünə belə demişdilər: “Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa 
ibadət  etdiklərimizlə  heç  bir  əlaqəmiz yoxdur.  Biz  sizin dininizi  inkar  edirik. 
Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və 
nifrət olacaqdır". (əl-Mumtəhinə 4). "İbrahim (Lə İləhə İlləllah) kəlməsini öz nəsli 
arasında  həmişəlik  qalan  bir  söz  etdi.  Bəlkə  qayıdalar".  (əz-Zuxruf  28). 
İbrahim    Allah  üçün  sevməyi  və  Allahdan  qeyri  ibadət  olunan  hər  bir 
şeydən uzaq olmağı özündən sonra bir kəlimə olaraq qoydu ki, özündən sonra 
gələn  hər  bir Peyğəmbər  bunu götürsün və özündən sonrakılara ötürsün.  Bu 
da  Lə  İlə  İlləllah  kəliməsidir.  Bu  da  o  kəlimədir  ki,  həniflərin  imamı  olan 
İbrahim    Qiyamət  gününə  qədər  buna  tabe  olanlara  miras  qoymuşdur.  Lə 
İlə  İlləllah  elə  bir  kəlimədir  ki,  göylər  və  yerlər  onunla  durur.  Bunun  üçün 
Allah  bütün  məxluqatı  yaratdı.  Bunun  üçün  din  qurulmuş  və  qiblə  təyin 
edilmişdir.  Cihad  qılıncları  bunun  üçün  qaldırılmışdır.  Allahın  bəndəsi 
üzərində xalis  haqqıdır.  Bu elə  bir  kəlimədir  ki, qanı,  malı,  zürriyəti  qoruyan 
bir kəlimədir. Bu kəlimə qəbir və Cəhənnəm əzabından qurtaran bir kəlimədir. 
Yalnız Cənnətə bu kəlimə ilə daxil olmaq olar. Kim bu kəndirdən yapışmasa, 
Allaha çata bilməz. Salamatçılıq diyarının açarıdır. Bu kəliməyə görə insanlar 
bədbəxtlərə  və  xoşbəxtlərə  bölünmüşlər.  Qəbul  olunana  və  qovulana 
bölünmüşlər.  Bununla  küfr  diyarı  iman  diyarından  ayrılmışdır.  Nemət  diyarı 
bədbəxçiliyin  və  alçaqlığın  diyarından  seçilmişdir.  Fərzi  və  sünnəni  daşıyan 
əsas  dayaq  da  elə  budur.  Kimin  son  kəliməsi  Lə İləhə  İlləllah olarsa Cənnətə 
daxil  olar.  Bu  kəlimənin  sirri  Allahı  təkləşdirməkdir:  Sevgidə,  qorxuda, 
ucaltmaqda,  təzimdə,  ümiddə,  təvəkküldə,  rəğbətdə,  Allahdan  qeyri  sevilən 
hər  bir  şey Allahın  məhəbbətinə  tabe olaraq  sevilir. Müstəqil  olaraq sevilmir. 
Müstəqil  olaraq  yalnız  Allah  sevilir.  Həmçinin  də  Allaha  olan  sevginin 
artmasında vasitə olduğuna görə sevilir. Ona yönəlmək, ondan istəmək (övlad, 
şəfa  və  s),  Ona  nəzir  demək,  Ona  qurban  kəsmək  (filankəsin  cəddi  üçün, 
filankəsin  pirinə  yox),  Ona  tövbə  etmək,  Ona  səcdə  etmək,  çətinlikdə  də, 
sevincdə  də  Ondan  istəmək.  Yəni  Lə  İləhə  İlləllah  kəliməsini  həqiqi  surətdə 
həyata  keçirmək  budur.  Buna  görə  də  Allah  həqiqi  surətdə  şəhadət  gətirən 
insana Cəhənnəmi haram etmişdir.  
İnsanlardan elələri də vardır ki, onların şəhadəti ölüdür, elələri də vardır ki, 
onların şəhadəti yuxuludur. Oyadanda oyanır. Elələrinin də şəhadəti durmağa 
daha  yaxındır.  İnsanın qəlbində olan şəhadət  ruhun  bədəndə olması  kimidir. 
Elə ruh vardır ki, ölüdür, eləsi də vardır ki, xəstədir ölümə yaxındır. Elə ruh da 
vardır ki, həyata daha yaxındır. Elə ruh da vardır ki, sağdır və bədənin bütün 
xeyirlərini  yerinə  yetirir.  Peyğəmbər    buyurdu:  "Mən  elə  bir  kəlimə  bilirəm 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      138 
ki,  hər hansı  bir  kimsə ölüm  ayağında onu  söyləyərsə onun  ruhu  üzərinə  bir 
ruh  verilər.  Bu  da  Lə  İləhə  İlləllah  kəliməsidir".  Deməli  ruhun  həyatı  onda 
olan o kəlimənin həyatına görədir. Bu kəlimə nə qədər güclü olarsa, ruh da bir  
o qədər güclü olar. Bədənin həyatı onda olan ruha görədir. Hər kəs bu kəlimə 
üzrə ölərsə, o Cənnətdə gözəl nemətlər içərisində olar. İnsanın Allahı sevməsi, 
Ona  qovuşmaq  istəyi,  Onunla  ünsiyyətdə  olmaq  istəyi  onun  dünyadakı 
ruhunun Cənnətidir.  Əgər bu sadalananlar bir kimsənin bu dünyada  Cənnəti 
olarsa, şəkk  yoxdur  ki,  Qiyamət günü  də onun  düşəcəyi  yer  Cənnətdir.  Əgər 
bir kimsə bu kimi şeylərdən məhrum olarsa, şəkk yoxdur ki, Qiyamət günü də 
o, Cənnətə düşməkdən məhrum olar. Əbrarlar bu dünyada da Cənnətdədirlər, 
o dünyada da. Hətta bu dünya onlar üçün dar və sıxıntılı olsa da belə. Facirlər 
isə  bu  dünyada  da  Cəhənnəmdədirlər,  o  dünyada  da.  Bu  dünya  onlar  üçün 
geniş  və  dəbdəbəli olsada  belə.  İnnəl  Əbrara  Ləfi  Nəim  Və  İnnəl  Fuccəra  Ləfi 
Cəhim  
İxlaslı  olan  mömin  bu  dünyada  insanlar  içərisində  xoş  yaşayışı  olan 
kimsədir. Ağıl tərəfdən də ən böyük nemət içində olan kimsədir. Hər tərəfdən 
də geniş qəlbi olan muxlis (ixlaslı) mömindir. Bu da axirət Cənnətindən əvvəl 
dünyada  olan  Cənnətdir.  Çünki  insan  nəyi  çox  sevirsə  onu  da  çox  xatırlayır. 
Bil ki, qəlbində olan Allah sevgisi daha çox olsaydı, onu da çox xatırlayardın. 
Həmçinin  də  o  ruh  Allahdan  qeyrisinə  yönəldiyinə,  qapandığına  görə 
sərxoşluğuna  qapanmış  sərxoşun  vəziyyətdindədir.  Sərxoşun  malı,  uşaqları, 
ailəsi  yansa  da  belə,  o  öz  sərxoşluğuna  qapandığına  görə  sevdiklərinin 
yandığını  hiss  etmir.  Ayıldıqda,  sərxoşluq pərdəsi ondan  qalxdıqdan sonra o 
kimsə öz halını, ağrılarını bilib, dadır. İnsanın halı da belədir. Öləndə isə ayılır 
və  halını  bilir.  Onda  da  artıq  əzab  qat-qat  olur.  Müsibətə  qərq  olan  insan  bu 
müsibətin nə ilə əvəz olunmasını umur. Əgər insan müsibətə düçar olursa və 
onun  müsibətinin  heç  bir  əvəzi  yoxdursa,  onda  onun  halı  necə  olacaqdır. 
Çünki, axirət əzabı əvəz olunmazdır. Artıq insan o vaxtı ayılır və əzabının nə 
qədər  şiddətli  olduğunu  bilir.  Sələflər  deyirlər:  "İnsan  yuxudadır,  öləndə  isə 
ayılacaqdır".  Bu  dünyada  olan  hər  bir  şeyin  əvəzi  vardır,  lakin  axirətdə 
olanların  isə  əvəzi  yoxdur.  Allahın  haqqını  zay  etsə,  onun  heç  bir  əvəzi 
yoxdur. Ey Adəm övladı! Mən səni ibadət üçün yaratdım, oynama. Mənə itaət 
etsən məni taparsan. Sən məni tapsan hər bir şeyi taparsan. Məni ötürsən hər 
bir şeyi ötürərsən. Mən sənə hər bir şeydən də sevimliyəm". 
 
MƏHƏBBƏTİN MÜXTƏLİF NÖVLƏRİ 
 
Məhəbbətin  müxtəlif  növləri  vardır;  “Ey  iman  gətirənlər!  Sizdən  hər  kim 
dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə