TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 73
düşünürdülər ki, “mən günahkaram, bir başa Allahadan istəyə bilmərəm?
Mən çalışmalıyam ki, ölmüş salehlərin razılığını qazanım ki, onlar da məndən
ötrü şəfaət istəsin”. Beləliklə də qurban, nəzir, dua və s. etməyə başlayırdılar.
Günümüzdə olan müsəlmanların saleh saydıqları kimsələrin qəbirlərində
etdiklərini Qureyş müşriklərinin etdikləri ilə müqayisə etdikdə görəcəksiniz ki,
eynilə eyni şeyi edirlər? Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha
yaxınlaşmağa yol axtarırıq. Allah Qurani-Kərimdə Ona belə bir yolla
yaxınlaşmağı axtaranlar barəsində buyurur: “Doğrusu, əsl din ancaq Allaha
məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara
ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər.
Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz
hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola
yönəltməz”. (əz-Zumər 3). Sufilər deyirlər ki: “Ey Rəbbim! Mən səndən
Peyğəmbərinin sənin yanında olan Cah - məqamı, hörməti ilə istəyirəm”.
Allahdan istəsə də şəriətin qoymadığı yolla bunu etdiyi üçün bidətdir.
Şeytanın şirkə aparan addımları necə də təhlükəlidir. Ona görə də Sələflər
deyərdilər: “Şeytan sənə doxsan doqquz xeyir qapısını açar, lakin yüzüncü şər
qapısını açmaqla səni həlak edər”. “Onlar Allahı qoyub özlərinə nə bir zərər,
nə də bir fayda verə bilənlərə ibadət edir və: "Onlar Allah yanında bizim
şəfaətçilərimizdir!"– deyirlər. De: "Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi
bir şeyimi xəbər verirsiniz?" Allah onların qoşduqları şəriklərdən uzaqdır və
ucadır”. (Yunus 18).
Özünü müsəlman sayan hər bir kəs Allahın təkliyini qəbul edib, ondan
qeyrisinə ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin.
Çünki, İslam dininin başı, sonu, içi və çölü də Uluhiyyət Tövhididir.
Peyğəmbərlərin ilk və son çağırışı da budur. Bunun üçün Pəyğəmbərlər
göndərilmiş, kitablar endirilmiş, cihad məqsədi ilə qılınclar çəkilmiş, möminlər
ilə kafirlər, Cənnət ilə Cəhənnəm əhli bir-birindən ayrılmışdır. "Allahdan
başqa ibadətə layiq heç bir ilah yoxdur" kəlməsinin mənası da elə budur;
“Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir
məbud yoxdur, Mənə ibadət edin!"– deyə vəhy etməyək”. (əl-Ənbiya 25). "Mən
cinləri və insanlaı yalnız mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat 56).
O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən
müşriklərə bu Tövhidin fayda vermədiyini, əksinə Qurani-Kərimdə onları
mömin yox kafir olaraq adlandırmışdı. Əgər bir kimsə Rububiyyəti, İsim və
Sifətlərin Tövhidini qəbul edib, lakin bununla bərabər qəbrin yanına gedib və
qəbrə yönəlib o, qəbir sahibinə ibadət etsə və ya ona yaxınlaşmaq məqsədi ilə
bir qurban kəssə, belə bir kimsə müşrik və kafirdir. Əbədi Cəhənnəmlikdir.
Rəsulullah da onlara qarşı qılınc qaldırmış, onların canlarını və mallarını
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 74
halal saymışdır; “De: "Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif
İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı". De: "Şübhəsiz
ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi
Allah üçündür!” (əl-Ənam 161-162).
Möhtərəm oxucularımız! Allaha ibadət edin, Ona heç bir şeyi şərik
qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxartmayın. Allah Öz qullarına Ona
ibadət və itaət etməyi əmr edir. Ona itaət etdiklərinə görə onlara bol qarşılıq
verəcəyini vəd etmişdi. Ona üsyan edilməsini qadağan etmiş, bundan ötrü
onları cəzalandıracağını xəbər vermişdi; "Bunlar Allahın sərhədləridir.
(hökümləridir) Hər kəs Allaha və Onun Peyğəmbərinə itaət edərsə, Allah onu
ağacları altından çaylar axan Cənnətlərə əbədi olaraq daxil edər ki, bu da
böyük uğur və qurtuluşdur. Hər kəs Allaha və Onun Peyğəmbərinə itaət
etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil
edər. Onu rüsvayedici əzab gözləyir". (ən-Nisa 13-14).
İSİM VƏ SİFƏTLƏR TÖVHİDİNDƏ ŞİRK
1. Allahın isimlərini bütlərə qoymaq. əl-Lat, əl-Uzza və Manat
147
ərəb
bütpərəstlərinin əsas bütləri idi. əl-Lata - Səqif qəbiləsi, əl-Uzzaya - Qureyş və
Bəni Kinanə qəbilələri, Manata - Bəni Hilal, Əus və Xəzrəc qəbilələri ibadət
edirdilər. Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşlar.
əl-Lat – Ta – hərfinin şəddəsiz oxunduğu zaman Taif şəhərində ağ dağın
adı idi. Səqif qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam
deyir: "Peyğəmbərin əmri ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb
onu yandırıb dağıdırlar. Sonralar isə onun yerində Məscid tikirlər".
148
Ta –
hərfinin şəddəli oxunduğu zaman Lattə - hacılara su daşıyan saleh bir
kimsənin adıdır. Bu kişi öldükdən sonra insanlar onun qəbri ətrafında
toplaşaraq onu şişirtdilər, sonda isə ona ibadət etməyə başladılar.
əl-Əziz - adını, əl-Uzza – Əazzu - əzəmətli adı ilə dəyişdilər. İbn Cərir
deyir: "Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi". İbn Hişam
deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid oranı dağıdır. Xalid oranı
dağıtdıqdan sonra Peyğəmbərin yanına gəlir. Peyğəmbər : "Qayıt ora,
çünki sən heç bir şey etməmisən"- deyə buyurur. Xalid ora qayıtdıqda
keşikçilər dağa tərəf qaçaraq: "Ey Uzza! Ey Uzza!"- deyə qışqırmağa başladılar.
147
İbn Cərir ət-Təbəri, Sufyan əs-Surinin, Mənsura istinadla Mucahiddən etdiyi rəvayətdə Mucahid: "Bir
deyin görək Lat və Uzza nəyə qadirdir"- ayəsinin şərhində deyir: "O (Lat, Uzza) həmişə onlar üçün sıyıq
bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". İbn Abbas deyir ki: "O, ziyarətçilər
üçün sıyıq hazırlayardı".
148
İbn Hişam 1/ 85-86, İbn Kəsir "əl-Bidayə vən-Nihəyə" 5/ 32, İbn Məcə 743, Əbu Davud 450, İbn Qeyyim
"Zədul-Məad" 3/ 499.
Dostları ilə paylaş: |