TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə34/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   30   31   32   33   34   35   36   37   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      73 
düşünürdülər  ki,  “mən  günahkaram,  bir  başa  Allahadan  istəyə  bilmərəm? 
Mən çalışmalıyam ki, ölmüş salehlərin razılığını qazanım ki, onlar da məndən 
ötrü şəfaət istəsin”. Beləliklə də qurban, nəzir, dua və s. etməyə başlayırdılar. 
Günümüzdə  olan  müsəlmanların  saleh  saydıqları  kimsələrin  qəbirlərində 
etdiklərini Qureyş müşriklərinin etdikləri ilə müqayisə etdikdə görəcəksiniz ki, 
eynilə eyni şeyi edirlər? Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha 
yaxınlaşmağa  yol  axtarırıq.  Allah  Qurani-Kərimdə  Ona  belə  bir  yolla 
yaxınlaşmağı  axtaranlar  barəsində  buyurur:  “Doğrusu,  əsl  din  ancaq  Allaha 
məxsusdur.  Allahı  qoyub  başqalarını  özlərinə  dost  tutanlar:  "Biz,  onlara 
ancaq  bizi  Allaha  daha  çox  yaxınlaşdırsınlar  deyə  ibadət  edirik"–  deyirlər. 
Əlbəttə  ki,  Allah  ziddiyyətə düşdükləri  şeylər  barəsində  onların  arasında  Öz 
hökmünü  verəcəkdir.  Şübhəsiz  ki,  Allah  yalançı  və  kafirləri  doğru  yola 
yönəltməz”.  (əz-Zumər  3).  Sufilər  deyirlər  ki:  “Ey  Rəbbim!  Mən  səndən 
Peyğəmbərinin  sənin  yanında  olan  Cah  -  məqamı,  hörməti  ilə  istəyirəm”. 
Allahdan  istəsə  də  şəriətin  qoymadığı  yolla  bunu  etdiyi  üçün  bidətdir. 
Şeytanın  şirkə  aparan  addımları  necə  də  təhlükəlidir.  Ona  görə  də  Sələflər 
deyərdilər: “Şeytan sənə doxsan doqquz xeyir qapısını açar, lakin yüzüncü şər 
qapısını açmaqla  səni həlak  edər”.  “Onlar  Allahı  qoyub özlərinə nə  bir  zərər, 
nə  də  bir  fayda  verə  bilənlərə  ibadət  edir  və:  "Onlar  Allah  yanında  bizim 
şəfaətçilərimizdir!"–  deyirlər.  De:  "Yoxsa  Allaha  göylərdə  və  yerdə  bilmədiyi 
bir  şeyimi  xəbər  verirsiniz?"  Allah  onların  qoşduqları  şəriklərdən  uzaqdır  və 
ucadır”. (Yunus 18).  
Özünü  müsəlman  sayan  hər  bir  kəs  Allahın  təkliyini  qəbul  edib,  ondan 
qeyrisinə ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin. 
Çünki,  İslam  dininin  başı,  sonu,  içi  və  çölü  də  Uluhiyyət  Tövhididir. 
Peyğəmbərlərin  ilk  və  son  çağırışı  da  budur.  Bunun  üçün  Pəyğəmbərlər 
göndərilmiş, kitablar endirilmiş, cihad məqsədi ilə qılınclar çəkilmiş, möminlər 
ilə  kafirlər,  Cənnət  ilə  Cəhənnəm  əhli  bir-birindən  ayrılmışdır.  "Allahdan 
başqa  ibadətə  layiq  heç  bir  ilah  yoxdur"  kəlməsinin  mənası  da  elə  budur; 
“Səndən  əvvəl  elə  bir  elçi  göndərməmişik  ki,  ona:  "Məndən  başqa  heç  bir 
məbud  yoxdur,  Mənə  ibadət  edin!"– deyə  vəhy  etməyək”.  (əl-Ənbiya 25). "Mən 
cinləri və insanlaı yalnız mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat 56).  
O,  halda  ibadət  Allaha  edilərsə  səhih  olar.  Allah  Rububiyyəti  qəbul  edən 
müşriklərə  bu  Tövhidin  fayda  vermədiyini,  əksinə  Qurani-Kərimdə  onları 
mömin  yox  kafir  olaraq  adlandırmışdı.  Əgər  bir  kimsə  Rububiyyəti,  İsim  və 
Sifətlərin Tövhidini qəbul edib, lakin bununla bərabər qəbrin yanına gedib və 
qəbrə yönəlib o, qəbir sahibinə ibadət etsə və ya ona yaxınlaşmaq məqsədi ilə 
bir  qurban  kəssə,  belə  bir  kimsə  müşrik  və  kafirdir.  Əbədi  Cəhənnəmlikdir. 
Rəsulullah    da  onlara  qarşı  qılınc  qaldırmış,  onların  canlarını  və  mallarını 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      74 
halal  saymışdır;  “De:  "Həqiqətən,  Rəbbim  məni  doğru  yola, həqiqi dinə,  hənif 
İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı". De: "Şübhəsiz 
ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi 
Allah üçündür!” (əl-Ənam 161-162).  
Möhtərəm  oxucularımız!  Allaha  ibadət  edin,  Ona  heç  bir  şeyi  şərik 
qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxartmayın. Allah Öz qullarına Ona 
ibadət  və itaət  etməyi  əmr  edir.  Ona itaət  etdiklərinə  görə onlara  bol  qarşılıq 
verəcəyini  vəd  etmişdi.  Ona  üsyan  edilməsini  qadağan  etmiş,  bundan  ötrü 
onları  cəzalandıracağını  xəbər  vermişdi;  "Bunlar  Allahın  sərhədləridir. 
(hökümləridir)  Hər  kəs  Allaha  və  Onun  Peyğəmbərinə  itaət  edərsə,  Allah  onu 
ağacları  altından  çaylar  axan  Cənnətlərə  əbədi  olaraq  daxil  edər  ki,  bu  da 
böyük  uğur  və  qurtuluşdur.  Hər  kəs  Allaha  və  Onun  Peyğəmbərinə  itaət 
etməyib  Onun  sərhədlərini  aşarsa,  Allah  da  onu  həmişəlik  Cəhənnəmə  daxil 
edər. Onu rüsvayedici əzab gözləyir". (ən-Nisa 13-14).  
 
İSİM VƏ SİFƏTLƏR TÖVHİDİNDƏ ŞİRK 
 
1.  Allahın    isimlərini  bütlərə  qoymaq.  əl-Lat,  əl-Uzza  və  Manat
147
 ərəb 
bütpərəstlərinin əsas bütləri idi. əl-Lata - Səqif qəbiləsi, əl-Uzzaya - Qureyş və 
Bəni  Kinanə  qəbilələri,  Manata  -  Bəni  Hilal,  Əus  və  Xəzrəc  qəbilələri  ibadət 
edirdilər. Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşlar.  
əl-Lat  –  Ta  –  hərfinin  şəddəsiz  oxunduğu  zaman  Taif  şəhərində  ağ  dağın 
adı  idi.  Səqif  qəbiləsindən  olanlar  bu  bütləri  ilə  fəxr  edirdilər.  İbn  Hişam   
deyir: "Peyğəmbərin  əmri ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb  
onu  yandırıb  dağıdırlar.  Sonralar  isə  onun  yerində  Məscid  tikirlər".
148
 Ta  – 
hərfinin  şəddəli  oxunduğu  zaman  Lattə  -  hacılara  su  daşıyan  saleh  bir 
kimsənin  adıdır.  Bu  kişi  öldükdən  sonra  insanlar  onun  qəbri  ətrafında 
toplaşaraq onu şişirtdilər, sonda isə ona ibadət etməyə başladılar.  
əl-Əziz - adını, əl-Uzza – Əazzu  - əzəmətli adı ilə dəyişdilər. İbn Cərir  
deyir:  "Məkkə ilə  Taif  arasında,  Nəxl  adlanan  yerdə  ağac  adı  idi".  İbn  Hişam 
 deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid  oranı dağıdır. Xalid  oranı 
dağıtdıqdan  sonra  Peyğəmbərin    yanına  gəlir.  Peyğəmbər  :  "Qayıt  ora, 
çünki  sən  heç  bir  şey  etməmisən"-  deyə  buyurur.  Xalid    ora  qayıtdıqda 
keşikçilər dağa tərəf qaçaraq: "Ey Uzza! Ey Uzza!"- deyə qışqırmağa başladılar. 
                                                        
147
 İbn  Cərir  ət-Təbəri,  Sufyan  əs-Surinin,  Mənsura  istinadla  Mucahiddən  etdiyi  rəvayətdə  Mucahid:  "Bir 
deyin  görək  Lat  və  Uzza  nəyə  qadirdir"-  ayəsinin  şərhində  deyir:  "O  (Lat,  Uzza)  həmişə  onlar  üçün  sıyıq 
bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". İbn Abbas  deyir ki: "O, ziyarətçilər 
üçün sıyıq hazırlayardı".  
148
 İbn Hişam 1/ 85-86, İbn Kəsir "əl-Bidayə  vən-Nihəyə" 5/ 32, İbn Məcə 743, Əbu Davud 450, İbn  Qeyyim 
"Zədul-Məad" 3/ 499.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə