TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə32/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   28   29   30   31   32   33   34   35   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      69 
Allahdır.  Elə  isə  doğru  yolda  olan,  yaxud  açıq-aşkar  azan  bizik,  yoxsa  siz". 
(Səba  24).  "Sizi  yaradan,  sonra  sizə  ruzi  verən,  sizi  öldürən  və  daha  sonra 
(Qiyamət  günü)  dirildən  məhz  Allahdır.  Şərikləriniz  içərisində  bunlardan  heç 
olmasa  birini  edən  varmı?"  (ər-Rum  40).  Əbu  Abdur-Rahmən  Abdullah  ibn 
Məsud  rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah 
 buyurdu:  "Sizdən  hər  birinizin  yaradılışı  onun  anasının  qarnında  qırx  gün 
nütfə
140
 şəklində  olaraq  bir  yerə  gətirilir.  Sonra  bu  müddət  qədər  aləqa
141
 
şəklində olur. Sonra yenə bu müddət qədər mudğa
142
 şəklində olur. Sonra ona 
bir  mələk  göndərilir,  mələk  ona  ruh  üflədikdən  sonra  dörd  xüsusiyəti 
yazmaqla  əmr  olunur.  Ruzisini,  əcəlini,  əməlini,  bədbəxt  və  ya  xoşbəxt 
olacağını".
143
 Allahın  bizi  ruziləndirməsində  əqli  dəlilə  gəlincə;  biz  yemək 
yeyərək və içərək yaşaya bilərik. Yeyəcək və içəcəyi də Allah yaratmışdır; "Bəs 
əkdiyiniz  toxuma  nə  deyirsiniz?  Onu  bitirən  sizsiniz,  yoxsa  biz?  Əgər  biz 
istəsəydik,  onu  bir  saman  çöpünə  döndərər,  siz  də  mat-məəttəl  qalıb:  “Biz 
ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik”- deyərsiniz? Bəs içdiyiniz 
suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, 
onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?" (əl-Vaqiə 63-70).  
Həmçinin  də  Allahdan  başqa  yaradan  olmasına  inanmaqda  Allaha 
rububiyyətində  şirk  qoşmaqdır.  "Yoxsa  sizi  əbəs  yerə  yaratdığımızı  və 
hüzurumuza  qaytarılmayacağınızı  güman  edirsiniz".  (əl-Muminun  115). 
"Məgər insan elə güman edir ki, başlı-başına buraxılacaq. Məgər o, tökülən bir 
qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət 
verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O - 
Allah  ölüləri  diriltməyə  qadir  deyildirmi?"  (əl-Qiyamət  36-40).  O,  ölüləri 
diriltdikdən  sonra  da  dirildəndir,  diriltdikdən  əvvəl  də  dirildəndir.  Hər  şey 
ona  möhtacdır.  Hər  işin  sonu  ona  qayıdacaqdır.  O,  heç  bir  şeyə  ehtiyacı 
olmayandır.  Allah  heç  kimsəni  yaratmazdan  əvvəl  də  Rububiyyət  sifətlərinə 
sahib idi. Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı 
kimi elə də dirildəcəkdir. O, yaratdıqlarını yaradandan sonra Yaradan olduğu 
kimi, onları yaratmadan əvvəl də Yaradan idi. 
 
ULUHİYYƏT TÖVHİDİNDƏ ŞİRK 
 
Tövhid - İləhiyyə, Uluhiyyə - bu ibadət Tövhididir. Buna həmçinin ibadətdə 
Tövhid də deyilir. Allah, təzim (ucaltma) əməllərini Özünə xas qılmışdır. Buna 
                                                        
140
 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf  su adlanır. 
141
 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. "O, insanı laxtalanmış qandan yaratdı". (əl-Ələq 2). 
142
 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.  
143
 əl-Buxari, Muslim. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      70 
ibadət  deyilir.  İbadət  isə  Allahın    sevdiyi  və  razı  qaldığı  bütün  zahiri  və 
batini  əməlləri,  sözləri  və  niyyətləri  əhatə  edir.  Bu  ibadətlərlə  Allaha 
yaxınlaşan  və  bütün  bunları  yalnız  Allaha  yönəldən,  xas  edən  kimsə 
Muvahhid  adlanır.  Bu  ibadətləri  Allahla  yanaşı  başqa  birisinə  yönəldən,  xas 
edən  müşrik  adlanır.  Uluhiyyə  -  Təalləhə  sözündən  götürülüb.  Təalləhə  - 
əbədə  deməkdir.  Əlləhə  -  Yuəllihu  –  ibadət  deməkdir.  Yalnız  Allaha  ibadət 
edilməli,  boyun  əyilməli,  mütləq  olaraq  sadəcə  Ona  itaət  olunmalıdır.  Kim 
olursa olsun - rəsul, mələk, cin, övliya, seyyid, daş, ağac və s. Allaha ibadətdə 
şərik qoşulmamalıdır. Namaz, oruc, zəkat, həcc, dua, istianə (yardım diləmək), 
nəzir, qurban, təvəkkül, ümid, qorxu, sevgi və s. zahiri və batini ibadətlərdən 
heç biri Ondan başqasına edilməməlidir.
144
 Allaha həm qorxu, həm ümid, həm 
də sevgi ilə ibadət olunmalıdır; "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən 
kömək diləyirik".  (əl-Fatihə 4). “Kim  Allahla yanaşı, haqqında  özünün heç  bir 
dəlili  olmadığı  başqa  bir  məbuda  ibadət  edərsə,  onun  cəzasını  Rəbbi  Özü 
verəcəkdir”. (əl-Muminun 117). "Rəbbi yalnız ona ibadət etməyi buyurmuşdu". 
(əl-İsra 23). "Allaha  ibadət  edin  və  Ona  heç bir  şeyi  şərik  qoşmayın".  (ən-Nisa 
36).  
Bu  Tövhidin  Həyata  Keçməsi  Üçün  İki  Yol  Vardır:  1.  İbadətləri  qullardan 
hər  hansı  birinə  deyil,  yalnız  Allaha  xas  etməli,  Allaha  məxsus  olan  isim  və 
sifətləri  qullara  məxsus  etməməlidir.  Mömin  yalnız  Allaha  ibadət  edər, 
Allahdan  başqası  üçün  əsla  namaz  qılmaz,  səcdə  etməz,  yalvarıb-yaxarmaz, 
Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül 
etməz.  2.  İbadətin,  Allahın  əmrlərinə  itaətə  sövq  etməsi,  qadağalarından 
çəkinməsi  və  Peyğəmbərin    Sünnəsinə  uyğun  olması  gərəkdir.  Tövhidi-
Uluhiyyənin  ən  vacib  ünsuru,  insanın  tam  mənada  Kitab  və  Sünnəyə  təslim 
olmasıdır.  
Allaha  ibadət,  itaət  və  əmrlərinə  boyun  əyməklə  olur.  Buna  görə  də  Rəbb 
kimdirsə  məbud  da  Odur.  Məbud  isə  ibadət  olunmağa  layiq  olan  kimsə 
deməkdir  və  ya  ibadətə  layiq  olduğu  üçün  Ona  ibadət  olunan  deməkdir. 
Burada  məqsəd  ibadət  olunan  hər  kəs  Rəbbdir  demək  deyil.  Allahdan  başqa 
ibadət  olunan  ilahlar  ilə  o,  ilahlara  ibadət  edənlərin,  Allahdan  başqa  Rəbb 
etdikləri  varlıqlar  əslində  Rəbb  deyil,  çünki,  Rəbb  yaradan,  hər  şeyə  mütləq 
məxsus olan və bütün işləri idarə edib, düzüb qoşandır; "O, göylərin və yerin, 
onların  arasında  olan  hər  şeyin  Rəbbidir!  Yalnız  Ona  ibadət  et  və  Onun 
ibadətinə səbrli ol! Heç ona bənzərini görüsənmi?" (Məryəm 65).  
Allahdan  qeyri  ibadət  olunanlar  heç  bir  xeyrin  gəlməsinə  və  ya  bəlanın 
uzaqlaşdırılmasına  belə  maneçilik  törədə  bilməzlər;  "De  ki:  "Elə  isə  bir 
söyləyin  görək,  əgər  Allah  mənə  bir  zərər  toxundurmaq  istəsə,  sizin  Allahdan 
                                                        
144
 İbn Mənzur "Lisanul Ərəb" 1/399. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə