TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə30/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   26   27   28   29   30   31   32   33   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      65 
RÜBUBİYYƏT TÖVHİDİNDƏ ŞİRK 
 
Bu  bir  kimsənin  Allahdan  başqa  yaradan,  ruzi  verən,  dirildən,  öldürən  və 
bu  kimi  ilahi  sifətlərə  malik  olmasına  inanmasıdır.  Rububiyyə  –  Rəbb 
sözündəndir. Lüğətdə – Mürəbbi - tərbiyə edici, Malik - mülk və iqtidar sahibi, 
Seyyid  -  ağa,  Mudəbbir  -  yönəldən,  düzüb  qoşan,  Vəli  -  idarəçi,  Munim  - 
neymət verici, Mutəmmim - tamamlayan və s. mənaları ifadə edir.
134
  
İstilahi Mənası – hər bir şeyin Rəbbinin və mütləq Malikin Allah olduğuna, 
ortağının  olmadığına,  tək  yaradıcı  O  olduğuna,  bütün  kainatı  idarə  edən, 
qullarını  yaradıb  onları  ruziləndirən,  həyat  verən  və  canlarını  alanın  O 
olduğuna  qəti  olaraq  inanmaq,  Allahın  qəza  və  qədərinə,  zatında 
vəhdaniyyətinə,  yəni  bir  və  tək  olduğuna  inanmaq  deməkdir:  "Həmd  olsun 
Allaha aləmlərin Rəbbinə". (əl-Fatihə 1). "Aləmlərin Rəbbi olan Allah nə qədər 
uca, nə qədər böyükdür". (əl-Əraf 54). "Hökm  Əlində olan Allah nə qədər uca, 
nə  qədər  uludur.  O,  hər  şeyə  qadirdir!"  (əl-Mulk  1).  "Yer  üzündə  nə  varsa, 
hamısını  sizin  üçün  yaradan,  sonra  səmaya  üz  tutaraq  onu  yeddi  qat  göy 
halında  düzəldib  nizama  salan  odur.  O,  hər  şeyi  biləndir!"  (əl-Bəqərə  29). 
"Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun". (əl-
Ənam  1).  “O,  göylərin,  yerin  və  onların  arasında  olanların  Rəbbidir!  Elə  isə 
yalnız  Ona  ibadət  et  və  Ona  ibadətdə  səbirli  ol!  Heç  Ona  oxşarını 
tanıyırsanmı?!” (Məryam 65).  
Tövhidin bu növünü Məkkə dövrünün müşrükləri də belə qəbul edirdilər. 
Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, 
tədbir edən Uca və Böyük olan Allahdır; "De ki, sizə göylərdən və yerdən ruzi 
verən  kimdir,  qulaqlara  və  gözlərə  sahib  olan  kimdir,  ölüdən  diri,  diridən  də 
ölü çıxaran kimdir, hər işi düzüb qoşan, səhmana salan kimdir. Onlar Allahdır 
deyəcəklər.  Bəs  onda  Allahdan  qorxmursunuz?  O,  sizin  həqiqi  Rəbbiniz  olan 
Allahdır.  Haqdan  sonra  ancaq  azmaq  gəlir.  Elə  isə  necə  üz  döndərirsiniz?" 
(Yunus 31-32) “De: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar 
kimindir?"  Onlar:  "Allahındır!"–  deyəcəklər.  De:  "Bəs  düşünüb  ibrət 
almayacaqsınız?"  De:  "Yeddi  göyün  Rəbbi  və  əzəmətli  Ərşin  Rəbbi  kimdir?" 
Onlar:  "Allahdır!"–  deyəcəklər.  De:  "Bəs  qorxmursunuz?"  De:  "Əgər 
bilirsinizsə,  deyin  görüm  hər  şeyin  hökmü  əlində  olan,  himayə  edən,  Özünün 
isə  himayəyə  ehtiyacı  olmayan  kimdir?"  Onlar:  "Allahdır!"–  deyəcəklər.  De: 
"Bəs  necə  olur  ki,  aldanırsınız?"  (əl-Muminun  84-89).  “Həqiqətən  əgər  sən 
müşriklərdən "Göyləri və yeri kim yaratmışdır?"- deyə soruşsan, onlar mütləq 
"Allah!"- deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!" ( Loğman 25). “De: 
"Göylərin  və  yerin  Rəbbi  kimdir?"  De:  "Allahdır!"  De:  "Siz  Onu  qoyub 
                                                        
134
 İbn Mənzur "Lisanul Ərəb" 1/399. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      66 
özlərinə  nə  bir  fayda,  nə  də  bir  zərər  verməyə  qadir  olmayanlarımı  özünüzə 
dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni 
ola  bilərmi?"  Yoxsa  onlar  Allaha,  Onun  yaratdığı  kimi  yaradan  şəriklər 
tapdılar  və  bu  yaradılış  onlara  bənzər  göründü?  De:  "Hər  şeyi  yaradan 
Allahdır.  O  Təkdir, hər  şeyə  Qalib gələndir".  (ər-Rəd 16).  “Əgər  sən  onlardan: 
"Göyləri  və  yeri  yaradan,  günəşi  və  ayı  ram  edən  kimdir?"–  deyə  soruşsan, 
onlar  mütləq:  "Allahdır!"–  deyəcəklər.  Onlar  necə  də  haqdan  döndərilirlər!” 
(əl-Ənkəbut  61).  “Əgər  sən  onlardan:  "Göydən  yağış  nazil  edib  onunla  yeri 
quruduqdan  sonra  canlandıran  kimdir?"–  deyə  soruşsan,  onlar  mütləq: 
"Allahdır!"–  deyəcəklər.  De:  "Həmd  olsun  Allaha!"  Lakin  onların  çoxu  bunu 
başa  düşmür”.  (əl-Ənkəbut  63).  “De:  "Həmd  olsun  Allaha,  salam  olsun  Onun 
seçdiyi  qullarına!  Allah yaxşıdır,  yoxsa  Ona  şərik  qoşduqlarınız?  Göyləri  və 
yeri  yaradan,  sizin  üçün  göydən  yağmur  endirən  kimdir?  Biz  onunla  gözəl 
bağçalar  saldıq.  Halbuki  siz  onların  ağaclarını  da  böyüdə  bilməzdiniz.  Heç 
Allahla  yanaşı  başqa  bir  məbudmu  var?  Xeyr,  onlar  haqdan  yayınan 
adamlardır.  Yeri  məskən  edən,  arasından  çaylar  axıdan,  üzərində  möhkəm 
duran  dağlar  yaradan  və  iki  dənizin  arasında  maneə  qoyan  kimdir?  Heç 
Allahla  yanaşı  başqa  bir  məbudmu  var?  Xeyr,  onların  əksəriyyəti  bunu 
bilmirlər.  Darda  qalan  kimsə  yalvardığı  zaman  ona  cavab  verən,  şəri 
sovuşduran  və  sizi  yer  üzünün  varisləri  edən  kimdir?  Heç  Allahla  yanaşı 
başqa  bir  məbudmu  var?  Siz  necə  də  az  düşünürsünüz?  Qurunun  və  dənizin 
qaranlıqlarında  sizə  doğru  yol  göstərən,  küləkləri  Öz  mərhəməti  önündə 
yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir 
məbudmu  var?  Allah  onların  qoşduqları  şəriklərdən  ucadır.  Məxluqatı 
əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən 
kimdir?  Heç  Allahla  yanaşı  başqa  bir  məbudmu  var?"  De:  "Əgər  doğru 
deyirsinizsə,  dəlilinizi  gətirin".  (ən-Nəml  59-64).  Subhənəllah!  Allahu  Əkbər! 
Əlhəmdulilləh!  “Göyləri  və  yeri  yaradan  Allaha  şəkk  etməkmi  olar?...”. 
(İbrahim  10).  “De:  "Allah  hər  şeyin  Rəbbi  olduğu  halda,  mən  Ondan  başqa 
tanrımı axtaracağam?" (əl-Ənam 164). Gördüyünüz kimi, bu şeyləri müşriklər 
də belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən 
yeganə  Rəbb  olanı  qəbul  edəcək  şəkildə  yaradılmış  olmalarıdır.  Lakin  onlar 
yenə də Allaha şəriklər qoşurlar. Yəni sizlər belə bir inanca sahib olduğunuza 
görə  Allahdan  qorxmanız,  Ona  heç  bir  şeyi  şərik  qoşmamağınız,  bir  və  tək 
olaraq  yalnız  Ona  ibadət  etmənizi  də  tələb  edir.  Necə  olur  ki,  bütün  bunları 
qəbul edən bir kimsə Allahdan qeyrisinə ibadət edir? Lakin Peyğəmbər ibadət 
xüsusunda Allahı, Tövhidi qəbul etməyən bu müşriklərlə döyüşmüş, hətta tək 
başına Allahın yaradıcı olduğunu qəbul etməklə birlikdə onların qanlarının və 
mallarının  halal  olduğun  bildirmişdir.  Çünki  onlar  Uca  Allaha  ibadət  etmir, 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə