TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə29/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   25   26   27   28   29   30   31   32   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      63 
vardır.  Əbədi  olaraq  Cəhənnəmdə  qalacaq,  yoxsa  müəyyən  bir  vaxt  orada 
qalacaq  bu  isə şirkin  növündən  aslı olaraq  müəyyən  ediləcəkdir.  Əgər  böyük 
şirk  qoşaraq  tövbə  etmədən  dünyasını  dəyişərsə  -  Allah  Qorusun  – 
Cəhənnəmdə əbədi qalaraq, oradan heç bir zaman çıxmayacaqdır. Böyük şirk 
həddinə çatmayıb kiçik şirk və ya gizli şirk edərək tövbə etmədən ölərsə - Allah 
Qorusun – müddəti Allaha bəlli olan bir vaxt Cəhənnəmdə olacaqdır. Müddəti 
bitəndən sonra oradan çıxacaqdır. Çünki, Tövhid əhli olmuşdur.  
 
ŞİRKUL ƏKBƏR - BÖYÜK ŞİRK 
 
əs-Sədi  böyük şirkin tərifini belə vermişdir: “Şirk - insanın hər hansı bir 
ibadət növünü və ya ibadət sayıla biləcək hər hansı bir şeyi Allahdan başqa bir 
varlıq  üçün  etməsidir.  Allah  və  Onun  Rəsulunun    əmr  etdiyi  bütün  etiqad, 
söz  və  əməllərin  Allah  üçün  edilməsi  Tövhid,  iman  və  ixlas  olaraq 
adlandırıldığı  halda,  bunların Allahdan  başqa  bir  varlıq üçün  edilməsinə  şirk 
və küfr deyilir”.
126
 Allaha şərik qoşmaq həm əməllərdə, həm sözlərdə, həm də 
niyyətlərdə olur. Buna həmçinin əməllərdə, sözlərdə, niyyətlərdə, iradə də şirk 
də  deyilir.  Əməllərdə  şirkə  misal  olaraq:  Allahdan  qeyrisinə  səcdə  etmək, 
Allahın evindən başqa evi təvaf etmək, Allahdan qeyrisinə qurban kəsmək və 
s. Sözlərdə şirkə misal olaraq: Allahdan qeyrisinə dua etmək və s. Niyyətlərdə 
şirkə  gəlincə  isə:  Allahdan  qeyrisindən  Allahdan  qorxduğun  kimi  qorxmaq, 
Allahdan qeyrisini Allahı sevdiyin kimi sevmək və s daxildir.  
"Allaha  üz  tutub  Ona  şərik  qoşmayın.  Allaha  şərik  qoşan  göydən  yerə 
düşüb  quşların  diddiyi,  küləklərin  sovuraraq  apardığı  və  uzaqlara  atdığı 
kimidir".  (əl-Həcc  31).  Şirk  ən  böyük  zülmdür.  İbn  Məsud    rəvayət  edir  ki: 
"İman  gətirib,  imanlarını  zülmlə  qarışdırmayanlar  əmin-amanlıqdadırlar. 
Haqq yola yönəlmişlər də onlardır". (əl-Ənam 82) ayəsi nazil olduqda, bu ayə 
səhabələrə çox ağır  gəldi  və onlar  dedilər:  "Ya  Rəsulullah!  Bizdən  kim özünə 
zülm  etmir?"  Peyğəmbər  :  "Bu  sizin  fikirləşdiyiniz  deyildir"-  buyuraraq  bu 
ayəni  oxudu:  “Bir  zaman  Loğman  oğluna  nəsihət  verərək  demişdir:  “Oğlum, 
Allaha şərik qoşma! Həqiqətən də şirk ən böyük zülümdür”. (Loğman 13)
127
. "Bu 
Allahın  haqq  yoludur.  Bəndələrindən  istədiyini  ona  yönəldər.  Əgər  onlar 
Allaha şərik qoşsaydılar əməlləri puça çıxardı"(əl-Ənam 88). "Sənə və səndən 
əvvəlkilərə  belə  vəhy  olunmuşdur.  Allaha  şərik  qoşsan  bütün  əməllərin  puça 
çıxacaq  və  mütləq  ziyan  çəkənlərdən  olacaqsan".  (əz-Zumər  65)
"…Müşriklərdən  olmayın".  (əl-Ənam 14, Yunus 105, əl-Qəsəs 87).  Əbu  Bəkrə   
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizə  böyük  günahların  ən 
                                                        
126
 "Qavlus-Sədid fi Məqasidit-Tövhid" s. 31, 54.  
127
 əl-Buxari 6/ 281.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      64 
böyüyündən  xəbər  verimmi?”-  deyib,  bu  sözü  üç  dəfə  təkrar  etdi.  Səhabələr: 
"Bəli, ya Rəsulallah!"- dedilər. Peyğəmbər  buyurdu: "Allaha şərik qoşmaq və 
ana-ataya üsyan etmək". Peyğəmbər  uzanmış halda durub oturdu və: “Yalan 
söz, yalan şahidlik!”- deyərək bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş 
ki,  susaydı  dedim”.
128
 Abdullah    rəvayət  edir  ki,  Peyğəmbərdən    Allah 
qatında  hansı  günahın  böyük  olması  haqda  soruşdum?  O:  "Səni  yaratmış 
olduğu halda Allaha şərik qoşmaq"- deyə buyurdu. Dedim: “Sonra hansıdır?” 
O: "Sənin yeməyinə şərik olmasın deyə öz uşağını öldürmək"- deyə buyurdu. 
Dedim:  “Sonra  hansıdır?”  O:  "Qonşunun  xanımı  ilə  zina  etmək"-  deyə 
buyurdu  və  Allah  bu  ayələri  nazil  etdi:  "Onlar  Allahla  yanaşı  başqa  bir 
tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, 
zina  etməzlər.  Hər  kəs  bunu  etsə  cəzasını  çəkər".  (əl-Furqan  68)
129
.  "Kasıblıq 
üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik". 
(əl-Ənam 152). Ənəs  rəvayət edir ki, Peyğəmbər  böyük günahlar haqqında 
buyurdu: "Allaha şərik qoşmaq, ana-ataya əziyyət vermək, adam öldürmək və 
yalan  danışmaq  (yalan  şahidlik)".
130
 Əbu  Hureyra    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Özünüzü  yeddi  həlak  edici  günahdan  qoruyun". 
Səhabələr: "Ya Rəsulullah! Onlar hansılardır?"- deyə soruşdular. Peyğəmbər : 
"Allaha  şərik  qoşmaq,  sehrlə  məşğul  olmaq,  haqqı  olmadan  Allahın  haram 
etdiyi insanı öldürmək, sələm  (faiz)  almaq,  yetim  malını  yemək,  döyüş günü 
meydandan  qaçmaq,  ismətli,  namuslu  qadınları  namussuzluqda  ittiham 
edərək  böhtan  atmaq".
131
 
Teysələ  ibn  Məyyas  rəvayət  edir  ki,  “Mən 
Nəcdatlarla
132
 həmrəy  idim.  Bir  gün  böyük  günahlardan  hesab  etdiyim  bir 
günahı  işlətdim,  sonra  da  bunu  ibn  Ömərə    dedim.  İbn  Ömər:  “Nədir 
onlar?”-  deyə  soruşdu.  Mən  dedim:  “Filan,  filan  (işləri  görmüşəm)”.  O  dedi: 
“Bunlar ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik 
qoşmaq,  adam  öldürmək,  cihaddan  qaçmaq,  ismətli  qadına  böhtan  atmaq, 
sələm  yemək,  yetimin  malını  yemək,  məsciddə  günah  işlətmək,  (dini) 
məsxərəyə  qoymaq  və  valideynlərin  üzünə  ağ olub onları  ağlatmaq”.  (Sonra) 
ibn  Ömər    mənə  dedi:  “Cəhənnəm  odundan  çəkinib  Cənnətə  girmək 
istəyirsənmi?”  Mən:  “Bəli,  vallahi  ki,  (istəyirəm)”-  deyə  cavab  verdim.  O 
soruşdu:  “Valideynin  sağdırmı?”  Dedim  ki:  “Yalnız  anam  yanımdadır!”  O 
dedi:  “Allaha  and  olsun  ki,  əgər  onunla  mülayim  danışsan  və  ona  yemək-
içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən”.
133
 
                                                        
128
 əl-Buxari 2654, Muslim 87. 
129
 Muslim 86.  
130
 Muslim 88.  
131
 əl-Buxari 5/294, Muslim 89, Əbu Davud 2874, ən-Nəsai 6/257.  
132
 Xaricilərdən olan Nəcdat ibn Amrın tərəfdarlarının adıdır. 
133
 əl-Buxari "Ədəbul Mufrad" 8. əl-Albani səhih deyib. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə