TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə27/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   23   24   25   26   27   28   29   30   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      58 
Nəyə  görə?  Çünki,  o,  Allahın  yaratdıqlarından  birini  Allaha  bənzər,  oxşar, 
şərik  tutmuşdur.  Bu  da  cahilliyin  ən  uca  nöqtəsidir.  Həmçinin,  də  ən  böyük 
zülmdür.  Bununla  bərabər  müşrik  insan  Rəbbinə  zülm  etmir.  Yalnız  zülmü 
özünə  etmiş olur.  əl-Həris əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 
“Allah  Yəhyə  ibn  Zəkəriyyəyə    beş  kəlməni,  bunlarla  əməl  etməsini  və 
onlara əməl etmələrini Bəni İsrailə söyləməsini əmr etdi. Lakin Yəhyə bu sözü 
söyləməyi  unutdu  (gecikdi). İsa   ona  dedi:  “Allah  sənə  beş  kəlimə öyrədib 
onlarla  əməl etməyini və Bəni İsrailə də onlarla əməl etmələrini əmr etməyini 
söylədi.  Ya  sən  bunları  onlara  əmr  edəcəksən,  ya  da  mən  bunu  onlara 
söyləyəcəyəm”. Yəhyə: “(Ey mənim qardaşım!) Onlara (məndən öncə) sən əmr 
etsən yerə batırılmağımdan və ya əzab edilməyimdən qorxuram – deyib xalqı 
Beytul-Məqdisə  topladı.  Məscid  ağzına  kimi  doldu.  (Allaha  həmd  etdikdən 
sonra)  Allah  mənə  beş  kəlimə  öyrətdi  və  onlarla  əməl  etməyimi  və  sizə  də 
əməl etməyinizi mənə əmr etdi. Birincisi  – Allaha ibadət edin və Ona heç bir 
şeyi  şərik  qoşmayın.  Allaha  şərik  qoşanın  misalı:  Bir  nəfər  öz  malından  (ən 
yaxşı  malından)  qızıl  və  ya  gümüş  müqabilində  bir  kölə  alır  və  ona:  “Bu 
mənim  evim,  bu  da  işim.  Çalış  (qazandığını)  mənə  ödə!  Kölə  çalışar,  lakin 
qazancını  ağasından  başqasına  ödəyir.  Kölənin  belə  etməsinə  kim  razı  olar? 
İkincisi  –  Eyni  şəkildə  Allah  sizə  namazı  da  əmr  etdi.  Namaz  qılarkən  sağa-
sola  baxmayın.  Çünki  Allah  Üzünü  namaz  qılanın  üzünə  yönəldər.  O,  sağa-
sola baxmadıqca, Allah da ona baxmağa (davam edər). Üçüncüsü – Allah sizə 
oruc tutmağı əmr etdi. Bunun misalı bu insanın misalına bənzəyər: O, bir qrup 
cəmaatın  içərisindədir.  Onunla  bərabər  (çantasında)  misk  vardır.  Hər  kəs 
(camaatda  olan)  onun  miskinin  iyindən  xoşlanar.  Oruclunun  (ağzından  hasil 
olan)  qoxu  Allah  qatında  miskin  iyindən  də xoşdur.  Dördüncüsü  –  Allah  sizə 
sədəqə  verməyi  əmr  etdi.  Bunun  misalı  da  bu  adamın  misalına  bənzəyir: 
Düşmənləri  onu  əsir  edib  əllərini  də  boynuna  bağlamış,  boynunu  vurmaq 
üçün cəllada təslim etmişlər. Adam deyir: “Mən bütün malımı verərək özümü 
azad etmək istəyirəm” və özünü fidyə olaraq azad edir. Beşincisi  – Allah sizi 
Onu zikr etmənizi də əmr etdi. Bunun da misalı arxasınca düşməni düşən bir 
kimsənin misalıdır. Bu adam möhkəm bir qalanın içərisinə girərək düşməndən 
özünü qoruyur. Qul da belədir. Şeytana qarşı özünü yalnız  Allahı zikr etmək 
vasitəsilə  qoruya  bilər”.  Peyğəmbər    buyurdu:  “Mən  də  sizə  beş  şeyi  əmr 
edirəm. Allah onları mənə də əmr etdi. Camaat (olmaq), dinləmək, itaət etmək, 
cihad  və  hicrət.  Çünki,  kim  camaatdan  bir  qarış  ayrılarsa,  İslamın 
boyunbağısını  çıxararaq  atmışdır.  Camaata  yenidən  qayıdarsa  o  başqa.  Kim 
cahiliyyə  döyüşü  apararsa  (cahiliyyə  sistemlərini  müdafiə  edərsə) 
Cəhənnəmlikdir. Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu! O, kimsə namaz qılıb, 
oruc tutsa da?” Peyğəmbər  buyurdu: “Bəli, namaz qılıb, oruc tutsa da belə. 
Siz müsəlman olaraq Allahın çağırışını (öndə) tutun. Çünki, O, sizə müsəlman, 
mömin və Allahın qulları adını vermişdir”.
119
  
                                                        
119
 ət-Tirmizi 2863,3102, Əhməd 16042, əl-Albani səhih demişdir.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      59 
 

 
 
ŞİRK 
 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      60 
ŞİRK 
 
Şirk  nədir?  İttixazu  Şərik  -  İttixazu  Niddən  –  şərik  götürmək  deməkdir. 
Əşrakə  -  Kimisə  öz  işində  köməkçi  (şərik)  götürmək  deməkdir.  Tasviyyətu 
Ğeyrilləhi billəh fil əmri və fi Xasaisilləh – Şirk – Allahın layiq olduğu bir işdə 
bir  kimsəni  Allah ilə  bərabər  (eyni)  tutmaqdır.  Şirk  böyük  və  kiçik olaraq iki 
qismə  bölünür:  1)  Böyük  şirk  İslam  dinindən  çıxardan  şirkdir.  Böyük  şirk 
zahiri  və  batini olaraq  iki qismə  bölünür:  a)  Zahiri  -  Bütlərə,  qəbirlərə ibadət 
edənlərin  şirki.  b)  Batini  -  Şeyx  və  övliyalara  təvəkkül  edənlər,  münafiqlərin 
şirki  və  küfrü.  2)  Kiçik  şirk  İslam  dairəsindən  çıxartmayan  şirkdir.  Kiçik  şirk 
zahiri  və  batini  olaraq  iki  qismə  bölünür:  a)  Zahiri  -  Allahdan  qeyrisinə  and 
içən, amulet, ovsun, tilsim, bilərzik və s. taxan. b) Batini – riyadır. Riyanı isə iki 
qismə  bölmək  olar:  a)  Böyük  riya.  Münafiqlərin  riyası.  "Münafiqlər  Allahı 
aldatmağa  çalışırlar.  Halbuki  əslində  Allah  onları  aldadır.  Onlar  namaza 
durduqları  zaman  tənbəlliklə  qalxar,  özlərini  xalqa  göstərərlər  və  Allahı  da 
olduqca  az  yad  edərlər".  (ən-Nisa  142).  b)  Kiçik  riya  –  əgər  namazı  göstəriş 
üçün qılarsa, bu Tövhid əhlində də ola bilər. Şirki üç qismə bölənlər də doğru 
söyləmişlər: 1) Böyük şirk. 2) Kiçik şirk. 3) Gizli şirk.  
Şirk  və  Şirkət  kəlmələri  iki  varlığın  bir  yerə  gəlməsi,  ortaq  olması,  birinin 
digəriylə birləşməsi mənasına gəlir. Allaha şirk qoşmaq Ona mülkündə və ya 
ibadətdə ortaq olan  bir  varlığın olduğunu  qəbul etmək  mənasına gəlir.  Bunu 
edən  isə  müşrik  adlanır.
120
 Tövhidin  şirklə  olan  savaşı  Nuhun    qövmünü 
bütlərdən  çəkindirib  sadəcə  Allaha  ibadətə  dəvət  etdiyi  gündən  bəri  davam 
etməkdədir.  Nuhdan    sonra  da  Rəsullar  gəldilər  və  göndərildikləri 
toplumları  yalnız  Allaha  ibadət  etməyə,  tapındıqları  şeylərin  ibadətə  layiq 
olmadıqlarını  onlara  başa  saldılar.  Bu  haqq  ilə  batil  arasında  olan  savaş 
Muhəmməd  Peyğəmbər    gəlincəyə  qədər  davam  etdi.  Allah  Rəsulu  ona 
Peyğəmbərlik verilməmişdən əvvəl Sadiqul Əmin – doğru və güvənilən olaraq 
tanınmasına  baxmayaraq  qövmünü  Tövhidə,  yalnız  Allaha  qul  olmağa  dəvət 
etdikdə  yalançı,  sehirbaz  və  məcnun  adlanaraq  təqsirləndirildi.  Bu  hal  bütün 
toplumları,  ümmətləri  şirkdən  çəkindirərək  tövhid  əqidəsinə  çağıran  hər  bir 
Peyğəmbərin  qarşılaşdığı  bir  haldır.  Bu  mübarizə  hər  zaman  mövcud 
olmuşdur:  "Şübhə  yoxdur  ki,  Allah  özünə  şərik  qoşanları  əfv  etməz.  Lakin 
istədiyi  şəxsə  bundan  başqa  olan  günahlarını  bağışlayar.  Allaha  şərik  qoşan 
şəxs  əlbəttə  ki, böyük  günah  etmişdir".  (ən-Nisa 72).  Bu  ayədən  aydın olur  ki, 
şirk ən böyük günahdır. Ayəyə əsasən bir qrup alimlər deyirlər ki: Burada həm 
kiçik,  həm  də  böyük  şirk  qəsd  olunur.  Kiçik  şirkin  bağışlanıb 
bağışlanmamasında  alimlər  arasında  ixtilaf  vardır.  Ona  görə  də  hər  ikisi  də 
                                                        
120
 "Qamusul-Muhit" Kəf babı, Sin fəsli s. 1240.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə