TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə25/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   21   22   23   24   25   26   27   28   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      54 
Görürsən ki, bəzi insanlar da əcəldən, ruzinin azalmasından, çətinliklərdən, 
xəstəliklərdən  qorxurlar.  Qəlbi  tək  olan  Allaha  bağlı  mömin  isə  bu  kimi 
şeylərdən  qorxmur.  İmanı  zəif  olan  isə  elə  zən  edir  ki,  artıq  maaşı  kəsilərsə 
özü, övladları ac qalacaqlar: "Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin 
də, onların da ruzisini biz verəcəyik". (əl-Ənam 152). Bəziləri elə zənn edir ki, 
filan  ticarətdə  uduzdusa gələcək  həyatı  dağılacaqdır.  Bəziləri  də İslamı qəbul 
etməkdən qorxurlar. Deyirlər  ki,  biz  bu  haqq olan  kəlməni  (Lə  İləhə İlləllahı) 
desək  bizə əzab-əziyyət  veriləcəkdir.  Bizə cürbəcür  adlar  veriləcəkdir. Allaha 
iman  gətirən  kimsə  isə  bilir  ki,  onun  həyatı  da,  ruzisi  də,  əcəli  də  Allahın 
Əlindədir.  Möminin  əqidəsi  güclü  olduğuna  görə  Rəbbinə  inanır.  Çünki,  bu 
əqidə  möhkəm  bir  əsas  üzərində  qurulmuşdur:  "Allahın  risalətini  təbliğ 
edənlər Ondan qorxar, Allahdan başqa heç kəsdən qorxmazlar. Allahın çəkdiyi 
haqq-hesab kifayyətdir". (əl-Əhzab 39). 
Sən  mömini  dini  ilə  İzzət  tapdığını  görürsən.  Sələflər  –  dualarında 
deyərdilər  ki:  “Allahım!  Məni  itaətimlə  izzətləndir  və  günahlarla  alçaltma!” 
"Hər  kəs  izzət,  qüdrət,  şərəf-şan  istəsə  bütün  bunlar  Allaha  məxsusdur…". 
(Fatir  10).  "Halbuki  şərəf-şan,  izzət,  qüdrət  yalnız  Allaha,  Peyğəmbərinə  və 
möminlərə  məxsusdur".  (əl-Munafiqun  8).  Bu  mömin  məğrur  kafirə,  onlarda 
olan  imkana,  var-dövlətə,  səltənətə,  elmə  yuxarıdan  baxır.  Baxmayaraq  ki, 
insanların çoxu bununla aldanırlar. Çünki, onlar kafirdilər. Onlar Cəhənnəmin 
odunudurlar. Onlar heyvan kimidirlər və bəlkə də ondan da aşağıdırlar: "Biz 
cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri 
vardır,  lakin  onunla  anlamazlar.  Onların  gözləri  vardır,  lakin  onunla 
görməzlər.  Onların  qulaqları  vardır,  lakin  onunla  eşitməzlər.  Onlar  heyvan 
kimidirlər,  bəlkə  də  (ondan)  daha  çox  zəlalətdədirlər.  Qafil  olanlar  da  məhz 
onlardır".  (əl-Əraf  179).  "(Ya  Muhəmməd!)  Qoy  kafirlər  hələ  yeyib-içsinlər, 
(dünyadan) ləzzət alsınlar, arzuları-ümüdləri başlarını qatsın. (Düçar olacaqları 
müsibəti) sonra biləcəklər". (əl-Hicr 3).  
Mömin  qul  haqq  üzərində  şücaətlə  yeriyir.  Bu  sücaət  də  yalnız  və  yalnız 
Tövhiddən  irəli  gəlir.  Onlardan  biri  kafirlərin  qarşısında  öz  dini  ilə 
izzətlənərək deyir ki, Allah  bizi gətirib ki, öz istəyi ilə insanları – insanların 
qulluğundan  Allahın  qulluğuna  çıxaraq.  Dünyanın  sıxıntısından  –  dünya  və 
axirətin  genişliyinə  çıxaraq.  Bütün  dinləri  zülmətdən  İslamın  adilliyinə 
çıxardaq.  
Tövhidin  Cəmiyyətə  (Ümmətə)  Olan  Təsiri    Tövhidin  təsiri  təkcə fərdlərə 
deyil,  həmçinin  cəmiyyətə,  insanlara  da  böyük  təsiri  vardır.  Tövhidin 
ümmətlərə  olan  təsiri  ümmətin  müstəqil  olmasıdır.  Ümmətin  müstəqilliyi 
yalnız  onun  əqidəsində,  tövhiddə  müstəqilliyinə  bağlıdır.  Ümmət  yalnız  öz 
əqidəsi  ilə  müstəqil  ola  bilər.  Bundan  qeyrisi  ilə  müstəqil  olması  mümkün 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      55 
deyil.  Əgər  ümmət  tövhidə,  əqidəyə  bağlanmasa,  o,  ümmət  tabeçilik  həyatı 
sürər.  Bu  da  artıq  tarixdə  baş  verən  hadisələrlə  gözümüzün  qabağında  baş 
vermişdir.  Ərəblər  Rumlulara  tabe  idilər.  Öz  aralarında  baş  verən  işlərdə 
hökm  vermək  üçün  onlara  müraciət  edərdilər.  Onlar  da  bu  məsələ  ilə  bağlı 
hökmlərini  verərdilər.  Nə  vaxt  ki,  Allah    Tövhid  əqidəsini,  Peyğəmbəri   
göndərdi, İslam dövləti Mədinədə böyüdü və müstəqilliyi yarandı, artıq bütün 
ölkələrdən olan asılılıqdan çıxaraq müstəqil oldular. Onlar hətta Əhli Kitabdan 
da,  böyük  miras  sahibləri  sayılan  Yəhudilərdən  də,  Xristianlardan  da, 
cəhalətdən  də,  bütpərəstlikdən  də  azad  oldular.  Bütün  yer  əhlindən  azad 
olaraq müstəqil oldular. Bu ümmətin müstəqilliyi yalnız bu əqidənin müxtəlif 
vasitələrlə  əkilməsindəndir.  Çünki,  bu  əqidə  balacanı  da,  böyüyü  də,  yaşlını 
da, cavanı da, qadını da, kişini də yaşından və cinsindən aslı olmayaraq Allaha 
qul  edir.  Onlar  əmin-amanlıqda  olurlar.  Çünki,  bu  əmin-amanlıq  fərdi 
şəxslərdən keçərək ümmətin əmin-amanlığına çevrilir.  
Yəmən  hökmüdarı  Əbrəhə  Kəbəni  dağıtmağa  gələndə,  Qureyş  qorxu 
içərisində  bir  həyat  sürürdü.  Qureyş  dağlara  qaçdı.  Bütpərəstliyin  heç  bir 
köməyi  olmadı.  Düşmənlərə  yol  açıldı.  Əqidəsiz  insanlar  düşmənə  özləri  yol 
açdılar ki, düşmən gəlib şəhərə girsin. Kəbəni qurtaran kim oldu?! Əlbəttə ki, 
Allah.
116
 Bu böyük hadisə Peyğəmbərin  gəlişi üçün bir hazırlıq idi. Beləliklə, 
Qureyş əmin-amanlıq diyarına çevrildi. Çünki, bundan əvvəl Qureyş müxtəlif 
tayfaların, ölkələrin hücumlarına məruz qalır və qarət olunurdu. Bu hadisədən 
sonra onlar dedilər ki, əgər bu böyüklükdə qoşun məhv oldusa, deməli bu evin 
müqəddəsliyi  vardır.  Bu  evin  ətrafında  yaşayan  Qureyşlilərin  də  dərəcəsi 
vardır.  Bundan  sonra  ətrafda  olan  tayfalar,  ölkələr  hücum  barəsində 
düşünmürdülər:  "Bu  evin  Rəbbinə  (Kəbənin  sahibi  Allaha)  ibadət  etsinlər!  O, 
Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin 
amanlıq bəxş etdi". (əl-Qureyş 3,4). Nə vaxt qureyş şirkin içərisində boğulurdu 
Allah  Rəsulunu  Peyğəmbər olaraq göndərdi.  O, da onlara  dedi  ki,  deyin:  "Lə 
İləhə İlləllah". Onlar bu kəlməni qəbul etmədilər. Qəribə orasıdır ki, onlar bu 
kəlməni  qəbul  etməməklə  yanaşı  qəribə  bir  səbəb  də  gətirdilər.  "(Qureyşlilər) 
dedilər:  "Əgər  biz  səninlə  birlikdə  haqq  yolu  (İslam  dinini)  tutub  getsək, 
(müşriklərin əli ilə)  yurdumuzdan  tezliklə  didərgin  salınarıq.  Məgər  Biz  onları 
Özümüzdən  bir  ruzi  olaraq  hər  yerin  meyvəsinin  (hər  cür  meyvənin)  daşınıb 
gətirildiyi,  (daxilində  Kəbə  yerləşən)  qorxusuz-xətərsiz,  müqəddəs  bir  yerdə 
(Məkkədə)  sakin  etmədikmi?  Lakin  onların  əksəriyəti  (Allahın onlara bəxş etdiyi 
bu  nemətin  qədrini)  bilməz".  (əl-Qəsəs  57).  Onlar  dedilər  ki:  "Sən  bizim  əmin-
amanlığımızı  pozma.  Biz  indi  əmin-amanlıqdayıq".  Əmin-amanlığı  verən 
kimdir?  Allah!  Bu  göndərilən  Peyğəmbər  də  kimdir?  Allahın  Peyğəmbəri  . 
                                                        
116
 Bu haqda daha geniş əl-Fil surəsindən və Peyğəmbərin  həyatı ilə bağlı kitablardan oxuya bilərsiniz.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə