TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə21/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   17   18   19   20   21   22   23   24   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      46 
Bu  qədər  kamil,  gözəl  ad  və  sifətlərə  malik  olan  Allahı  buraxıb,  ehtiyacı 
olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı? Fikirləşin. 
Alimlər Quran və Sünnədən olan dəlillərə əsasən Tövhidin üç qism olduğunu 
söyləmişlər:  
1. Rububiyyət Tövhidi. 2. Uluhiyyət Tövhidi. 3. Isim Və Sifətlər Tövhidi.  
 
TÖVHİDİN FAYDALARI 
 
Peyğəmbərdən    tutmuş  səhabələr,  tabiinlər,  onların  yollarını  qarış-qarış, 
addım-addım  izləyənlər  tövhidin  həqiqiliyini  başa  düşərək  onu  bütün 
həyatlarında tətbiq etmişlər. Bu tövhidin insanın həyatına və nəfsinə, həmçinin 
bütün  bəşəriyyətə  böyük  təsiri  vardır.  Tövhid  dedikdə  Sələf  minhəci
96
 
üzərində  qurulan  tövhid  nəzərdə  tutulur.  Bu  da  böyük  əsaslar  -  Rububiyyət, 
Uluhiyyət və İsim  və  Sifətlərin  tövhidi  üzərində qurulmuşdur. Çünki,  biz  bu 
dünyada  Allaha    iman  gətirmişik.  Allah  qeybdir.  Allah  ən  böyük  qeybdir. 
Çünki,  biz  Allahı  bu  dünyada  görməmişik  və  bu  dünyada  görməyəcəyik. 
Peyğəmbər    buyurdu:  "Bilin  ki,  sizdən  heç  kimsə  ölümündən  qabaq  öz 
Rəbbini  görməyəcəkdir".
97
 Allahı  görmək  yalnız  Qiyamət  günü  Cənnət  əhli 
üçün olacaqdır. Lakin biz Allahı Onun İsim və Sifətləri ilə bilib tanıyırıq. Bilirik 
ki,  Allah  göyə yüksəlib, göydədir,  Ərşə  yüksəlib və  s.  O,  bizim  etdiyimiz  hər 
bir əməli görür  və  O,  bizə yaxındır. Allahın  bizə  məlum olan  doxsan  doqquz 
gözəl  İsimləri,  həmçinin  uca  Sifətləri  vardır.  Bu  Tövhid  Uluhiyyət  tövhidi 
üzərində  qurulub.  Bütün  Peyğəmbərlər  Uluhiyyət  tövhidi  üçün  gəlmişlər.  Lə 
Iləhə  Illəllah  –  Tövhid  kəlməsi  bütün  işlərin əsasıdır.  Allah  göyləri  və yerləri 
buna  görə  yaratmışdır.  Kafirlərə  qarşı  döyüşləri  də  elə  buna  görə  vacib 
etmişdir.  Peyğəmbərlər  buna  görə  göndərilmiş,  Kitablar  buna  görə  nazil 
olmuşdur.  Hər  bir  Peyğəmbər  də  öz  qövmünə  gələrək  deyərdi:  "Siz  Allaha 
ibadət edin, sizin Ondan başqa ilahınız yoxdur. Ey qövmüm! Lə Iləhə Illəllah – 
deyin. Bu o, kəlmədir ki, göylərdən də, yerlərdən də ağır gəlmişdir. Hər bir qul 
(bəndə)  qəlbi  və  əməlləri  ilə  bütün  işlərində  Allaha  yönəlməlidir.  Sevilməyə, 
ümid edilməyə, qorxulmağa layiq yalnız Allahdir. Dua edilməyə, çağrılmağa, 
təvəkkül edilməyə, qurban kəsilməyə və onun üçün nəzir deyilməyə layiq olan 
Allahdır. Şiddət zamanı tək Ondan yardım istənilir, istiazə
98
 yalnız Ona edilir. 
Tövhid də elə budur. Tövhid hər bir bəndənin imanını nizama salır və onu tək 
olan Qahhar olan Allaha bağlayır. Ona inanır, Onu təsdiq edir və qəlbi ilə Ona 
                                                        
96
 Minhəc – metod, yol, Sələfi Salihin yolu. 
97
 əl-Buxari, Muslim.  
98
 Istiazə –  xoşlanılmayan  bir  şeydə  himayə  edilməyi  istəmək  deməkdir:  “De  ki:  “Pənah  aparıram  sübhün 
Rəbbinə”. (əl-Fələq 1). “De ki: “Pənah aparıram insanların Rəbbinə”. (ən-Nəs 1).  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      47 
yönəlir.  Bu  elə  bir  tövhiddir  ki,  qəlbdən  gəlir.  Onun  bütün  əməlləri,  əzaları 
ibadət,  əməl  və  itaət  tərəfdən  Allaha  yönəlir.  İbadət  özü  zəlillik  və  tək  olan 
Allaha itaətkarlıqdır. Bu da tək olan Allaha, şəriki olmayan Allaha itaətlə olur. 
Allaha itaət Onun şəriətini, qoyduğu qanunları yerinə yetirməklə, yalnız Ona 
ibadət etmək və həyatın hər bir anında Onun tələb etdiyi şəkildə əməl etməklə 
olur.  Bununla  da  tövhid  əhlinin  -  Muvahhidin  həyatı  əvvəldən  axıradək 
ibadətlə keçir. Bütün bunların hamısı da tövhiddən irəli gəlir. Tövhid Lə Iləhə 
Illəllah  kəlməsi  üzərində  qurulub.  Bu  tövhid  ilk  an  çıxanda  qəlbdən  doğur. 
Möminin qəlbində bu tövhid möhkəm yerləşir. Sonra imana çevrilir. Sonra da 
qəlbi əməllərə, sonra da zahiri əməllərə çevrilir (yəni insanın zahirində büruzə 
verir).  
İbadət  Üç  Əsas Üzərində  Qurulur:  1)  Tək olan Allahı  sevmək.  2)  Tək olan 
Allahdan  qorxmaq.  3)  Tək  olan  Allaha  ümid  etmək.  Bu  da  sevgi,  qorxu  və 
ümiddir.  İslam  alimləri  bu  əsasları  bir  quşa  bənzətmişlər  ki,  sevgi  quşun  baş 
hissəsi, qorxu sağ qanadı, ümid isə quşun sol qanadıdır. Quş bunlardan birini 
itirərsə  uça  bilmədiyi  kimi,  Allaha  yönələn  insan  da  bunlar  olmasa  Allaha 
yönəlişini  davam  etdirə  bilməz.  Qorxu  insanı  qadağalardan  çəkinməyə  sövq 
edir. Məhəbbət isə  Allaha  ibadət  əmrlərini yerinə yetirməyə  insanı sövq  edir. 
Hər ikisi də qəlbdə eyni şəkildə paylaşmalıdır. 
Görürsən  ki,  insan  yalnız  Allaha  ibadət  və  itaət  edir,  Ondan  qorxur  və 
bütün  işlərində  Ona  ümid  edir.  Tövbəsini  elan  edərək,  bütün  itaətləri  bəyan 
edərək,  Allah  qarşısında  qul  olduğunu  bildirərək  Allahın  əzabından 
rəhmətinə,  Allahın  qəzəbindən  rizasına  sığınır.  Peyğəmbər    buyurdu: 
"Allahın  qəzəbindən  rızasına  sığınıram.  Cəzalarından  isə  ehsan  edəcəyi 
salamatlığına  sığınıram.  Səndən  Sənə  sığınıram".
99
 Tövhidin  əsası  imandır. 
Buna görə də insanlar bu tövhiddə imanlarına, təsdiqlərinə və əməllərinə görə 
fərqlənirlər. Tövhid əhli də öz aralarında fərqlidirlər.  
Bu  tövhidin  təsiri  həm  fərdi,  həmçinin  də  camaatı,  ümməti  əhatə  edir. 
Bütün aləmi, insanların daxili və xarici ehtiyaclarını, sonra da dünya və axirəti 
əhatə  edir.  Allah  bu  tövhidin  həqiqətini,  qəlbdə  əkilməsini  gözəl  ağaca 
bənzədir:  "Məgər  Allahın  necə  məsəl  çəkdiyini  görmürsənmi?  Xoş  bir  söz  (Lə 
İləhə  İlləllah,  Muhəmmədən  Rəsulullah)  kökü  yerdə  möhkəm  olub  budaqları 
səmaya ucalan gözəl bir ağac  (xurma ağacı) kimidir. O, ağac Rəbbinin izni ilə 
hər  vaxt  bəhrəsini  verir.  Allah  insanlar  üçün  belə  məsəllər  çəkir  ki,  bəlkə 
düşünüb  ibrət  alsınlar!  (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi möminin 
də imanı qəlbində sabit qalır, əməlləri isə göyə – Allahın dərgahına yüksəlib ona daim 
savab qazandırır). Pis  söz  isə  yerdən  qopardılmış,  kökü  olmayan  pis  bir ağaca 
bənzəyir". (İbrahim 24). İman və Tövhid. O, tövhid ki, Lə İləhə İlləllah kəlməsi 
                                                        
99
 Muslim 486, Əhməd 6/ 201, İbn Məcə 3841, Əbu Davud 879.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə