TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə20/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   16   17   18   19   20   21   22   23   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      44 
təslimiyyətin  ən  yüksəyini  əhatə  edən,  ən  böyüyünü  ifadə  edən  "ibadət"lə 
tövhid etməkdir".
89
  
“Burada  olan  ibadətdən,  qulluqdan  məqsəd  Allahın  tövhid  edilməsidir. 
Buna görə də, ey Allahın qulu! Sənə ilk lazım olan dini vəzifədən, ibadətləri və 
hətta  namaz  kimi  bir  ibadəti  belə  öyrənməmişdən  qabaq  Tövhidi  öyrənməyə 
məsul  olduğunu  heç  vaxt  unutma”.
90
 Buna  görə  də  qul  bütün  hüquqi  və 
xüsusiyyətləri ilə tövhidi bilmək və tanımaq məcburiyyətindədir. Ağlı başında 
olan  müddətdən  ölüncəyə  qədər  tövhidə  möhtacdır.  Çünki  İslamda  Tövhid 
hər  şeyin  təməlidir.  Tövhid  olmadıqca  Uca  Allah  qulun  heç  bir  əməl  və 
ibadətini  qəbul  etməyəcəkdir.  Çünki,  müsəlmanın  həyatı  tövhidsiz  təsəvvür 
olunmazdır  və  Tövhid  dini  vaciblərin  təməli,  ən  böyüyü  və  ən  qüvvətlisidir. 
Allahın  göndərdiyi  Nəbi  və  Rəsullar  Tövhidlə  başlamış,  insanları  ancaq 
Tövhidə  dəvət  etmişlər.  Bu  da  Nuhdan  ,  Peyğəmbərimiz  Muhəmmədə   
qədər gələn bütün peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə Iləhə 
Illəllah  -  kəlməsinin  mənasını  ifadə  edir.  Bütün  Peyğəmbərlərin  dəvət  etdiyi 
Tövhid  də  elə  budur.  Yəni  Allahdan  başqa  ibadətə  layiq  heç  bir  haqq  ilah 
yoxdur. İbn Teymiyyə  Tövhidin mühümlüyünü bu sözlərlə bəyan etmişdir: 
"Uca  Allah  bu  tövhidi  kitabında  açıq  şəkildə  bildirmiş  və  Ona  şərik 
qoşulmasını rədd etmişdir. O, qədər aydın və açıq şəkildə ki, artıq Qurandakı 
tövhidə  inanan  bir  müsəlman,  əsla  Allahdan  başqasından  qorxmaz,  Ondan 
başqasından bir şey gözləməz, Ondan başqasından istəməz. Muhəmməd  də 
deyir:  "Ey insanlar!  Lə  İləhə İlləllah  deyin  ki,  qurtuluşa  çatasınız".  Həqiqətən 
də  bu  "Lə  İləhə  İlləllah"  tövhididir.  Həqiqətən  də  bu  "Allahdan  başqa  ilah 
tanımamaq  tövhididir".  Könüllərin  sonsuz  bir  sevgi,  hörmət,  ümüd  və  qorxu 
ilə  Allaha  yönəldiyi,  tapınaraq  sığındığı  haqq  ilah  ancaq  Allahdır".
91
 Hənəfi 
məzhəbinin  imamlarından  İbn  Əbil  İzz  əl-Hənəfi    deyir:  "Bil  ki,  Tövhid 
bütün  Peyğəmbərlərin  ilk  dəvətidir,  yolun  ilk  mənzilidir.  Qulu  Allaha 
yaxınlaşdıran  ən  mühüm  amildir.  Buna  görə  də  qula  ilk  fərz  olan  Allahdan 
başqa ibadətə layiq heç bir haqq ilah olmadığına şəhadət etməkdir. Tövhid bir 
kimsənin  ilk  olaraq  İslama  girdiyi  və  onunla  son  olaraq  dünyadan  ayrılaraq 
axirətə  köçdüyü  bir  şeydir.  Yolun  əvvəlində  də,  sonunda  da  qula  mütləq 
şəkildə  lazım  olandır".
92
 Şeyx  Abdul-Əziz  ən-Nəsir  ər-Rəşid    deyir:  "İstər 
Peyğəmbr  olsun, istər onun Peyğəmbər qardaşları olsun  insanlara təbliğ 
etdikləri şeylərin ən böyüyü və ən ucası - Allahın birliyinə və heç bir şeyi Ona 
şərik  qoşmadan  yalnız  Allaha  ibadət  etmək,  Allahı  isim,  sifət  və  felləri  ilə 
oxşarsız və bənzərsiz Rəbb olaraq tanımağa dəvətdən ibarət olmuşdur. Bu da 
                                                        
89
 "Şərhu Kitabut-Tövhid Min Sahihil-Buxari" 1/ 38.  
90
 Durərus Səniyyə 1/ 107.  
91
 Fətva 1/ 135.  
92
 Şərhu Aqidətut-Təhaviyyə 1/ 21-23.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      45 
bütün  peyğəmbərlərin  dəvətinin  açarı, ilahi  dəvətin  təməli  və özüdür".
93
 Şeyx 
Muhəmməd ibn Abdul-Vəhhab  deyir: "Allah elçilər göndərib, kitablar nazil 
etməsi ancaq Tövhidin və Tövhidlə əlaqəli bəyanı və təbliği üçündir: “Biz hər 
ümmətə:  "Allaha  ibadət  edin,  tağutdan  uzaq  olun"–  deyə,  elçi  göndərdik. 
Onlardan  kimisini  Allah  doğru  yola  yönəltmiş,  kimisinə  də  azmaq  nəsib 
etmişdir.  Yer  üzündə  gəzib  dolaşın  və  görün  haqqı  yalan  sayanların  aqibəti 
necə oldu!” (ən-Nəhl 36). "Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər 
deyə  yaratdım".  (əz-Zariyat  56).  Şeyx  Saleh  əl-Bəlihi    deyir:  "Bilindiyi  kimi 
Nəbilərin  və  Rəsulların  sayı  haqqında:  "Nəbilər  yüz  iyirmi  dörd  mindir, 
Rəsullar  da  üç  yüz  on  üçdür"-  deyə  bir  xəbər  varid  olmuşdur.  Bu  Nəbi  və 
Rəsulların  hamısı  Allahı  təkləşdirməyə,  hər  tərəfdən  Onu  bir  bilib  yalnız  və 
yalnız  Ona  ibadət  etməyə  çağırmışlar".
94
 Şeyx  Muhəmməd  əl-Useyminə  : 
“Qula ilk fərz olan nədir?”- deyə sual verildikdə o, demişdir: "Bütün qullara ilk 
fərz  olan  Allahı  Tövhid  etmələri  və  bu  Tövhid  ilə  birlikdə  Muhəmmədin   
Allahın  Elçisi  olduğuna  şəhadət  gətirmələridir.  Yalnız  belə  bir  tövhid  ilə,  bu 
tövhidə  şəhadət  etmək  şərtilə  əməl  və  ibadətlər  Allahın  dərgahında  qəbul 
edilir".
95
  
Allah  yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından da heç biri 
Ona  nə  zatında,  nə  felində,  nə  ismində,  nə  sifətində,  nə  də  hüququnda 
bənzəməz.  Heç  bir  şey  Ona  güc  çatdırıb  Onu  aciz  buraxmaz.  O,  dilədiyi  hər 
şeyi etməyə qadirdir.  "Bir şeyi istədiyi zaman Allahın buyurduğu ona ancaq: 
"Ol!" deməkdir. O da dərhal olar". (Yasin 82). Heç bir şey ona zor gələ bilməz. 
Heç bir şey də onu gücündən qoya bilməz. "Göylərdə və yerdə Allahı aciz edə 
biləcək  heç  bir  şey  yoxdur".  (Fatir 44).  Bu  Onun  qüdrətinin  kamilliyindəndir. 
Nəyi  isərsə,  o  olar,  nəyi  də  istəməzsə,  o  olmaz.  Bu  da  Onun  Rububiyyətinin 
kamilliyindəndir.  “Ondan  başqa ilah  yoxdur”  kəlməsi  -  Tövhid  budur.  Bütün 
Rəsulların çağırışı da budur: “Biz hər  ümmətə:  "Allaha  ibadət  edin,  tağutdan 
uzaq  olun"–  deyə,  elçi  göndərdik.  Onlardan  kimisini  Allah  doğru  yola 
yönəltmiş,  kimisinə  də  azmaq  nəsib  etmişdir.  Yer  üzündə  gəzib  dolaşın  və 
görün  haqqı  yalan  sayanların  aqibəti  necə  oldu!”  (ən-Nəhl  36).  “Allahdan 
başqa  ibadət olunmağa layiq  heç  bir  ilah yoxdur”  deməkdir.  Çünki,  yaradan, 
ruzi  verən,  hər  şeyə  malik  də  Odur.  Ondan  başqa  ibadət  edilənlərə  isə  ancaq 
və ancaq batil bir yolla ibadət olunur. Bu belədir, çünki Allah haqqın özüdür: 
"Çünki Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) 
isə batildir. Həqiqətən, Allah uca və böyükdür". (əl-Həcc 62).  
                                                        
93
 Tənbihatus-Sunniyyə s. 33. 
94
 Əqidətul Muslimin 1/248.  
95
 Məcmuu Fətava 2/22. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə