TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə17/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   13   14   15   16   17   18   19   20   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      37 
2.  Muhəmmədən Rəsulullah    kəlməsini  dili ilə söyləməli  və  etiraf  etməli: 
"Bunlar  (bu  söylənilənlər)  Allahın  ayələridir  ki,  onları  sənə  doğru-düzgün 
bildiririk". (əl-Bəqərə 252).  
3.  Peyğəmbərə    tabe  olmaq,  buyurduqlarını  yerinə  yetirmək  və 
qadağalarından  çəkilmək:  “De  ki:  "Əgər  Allahı  sevirsinizsə  mənim  ardımca 
gəlin  ki,  Allah  da  sizi  sevsin  və  günahlarınızın  üstünü  örtüb  sizi  bağışlasın. 
Allah  bağışlayan  və  mərhəmətlidir".  (Ali-İmran  31).  Allah  öz  sevgisini 
Peyğəmbərə    itaətə  bağlamışdır.  Allahın  sevgisini  qazanmaq  istəyən 
Peyğəmbərin  sünnəsinə tabe olmalıdır.  
4.  Peyğəmbərin    verdiyi  bütün  xəbərləri  təsdiq  etmək  (əmr,  qadağalar, 
keçmişə  və  gələcəyə  dair  verdiyi  qeybi  xəbərlər):  "Peyğəmbər  sizə  nə  verirsə 
onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, 
Allahın cəzası çox şiddətlidir". (əl-Həşr 7).  
5.  Peyğəmbəri    özündən,  malından  və  cəmi  insanlardan  çox  sevmək: 
"Peyğəmbər  möminlərə  onların  özlərindən  daha  da  yaxındır".  (əl-Əhzab  6)
Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Sizdən  biriniz  məni 
valideyinlərindən,  övladlarından  və  cəmi  insanlardan  çox  sevmədikcə  imanı 
kamil olmaz".
73
  
6.  Peyğəmbərin    sözünü  yaradılmışların  sözlərindən  üstün  tutmaq  və 
onun  sünnəsinə  əməl  etmək:  "Ey  iman  gətirənlər!  (Sözləriniz  və  əməllərinizlə) 
Allahın və Onun Peyğəmbərinin qabağına keçməyin". (əl-Hucurat 1).  
7. Peyğəmbərə  hörmət və ehtiram göstərmək: “Həqiqətən, Biz səni şahid, 
müjdəçi və xəbərdarlıq edən elçi kimi göndərmişik. Biz belə etdik ki, siz Allaha 
və  Onun  Elçisinə  iman  gətirəsiniz,  ona  kömək  edəsiniz,  onun  hörmətini 
saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsiniz”. (əl-Fəth 8-9). 
 
İSLAMI POZAN ŞƏRTLƏR 
 
Nəvəqid  –  Nəqidə  –  bir  şeyi  pozan,  o  şeyi  etibarsız  edən  və  s.  deməkdir. 
İnsan  bu  kimi  şeyləri  zarafat,  ciddi  və  ya  qorxu  altında  edərsə  –  məcbur 
edilmədən  –  kafir  olar.  Nə  üçün  Şeyx  on  şərt  ilə  kifayətlənmişdir?  Çünki, 
insanların  ən  çox məruz  qaldıqları da  bu on  şərtdir. Lakin  bundan da  başqa 
İslamı pozan bir çox əməllər və sözlər vardır. Alimlər İslamdan çıxaran şeylər 
barəsində ixtilaf  emişlər. Bəziləri  İslamdan çıxaran  əməl və  sözlərin  səksənə 
yaxın maddə olduğunu söyləmişlər.  
1)  İbadətdə  Allaha  şərik  qoşmaq.  İnsanların  ən  çox  şirk  qoşduqları 
Uluhiyyət  tövhididir:  "Şübhə  yoxdur  ki,  Allah  Özünə  şərik  qoşanları  əfv 
etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…" (ən-
                                                        
73
 əl-Buxari, Muslim. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      38 
Nisa 48). "Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları 
isə  istədiyi  şəxsə  bağışlayar".  (ən-Nisa  116).  "Allaha  şərik  qoşana  Allah 
Cənnəti  haram  edər.  Onun  düşəcəyi  yer  Cəhənnəmdir.  Zalımların  heç  bir 
köməkçisi  yoxdur".  (əl-Maidə  72).  Cabir    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Kim  Allahın  hüzuruna  Ona  heç  bir  şeyi  şərik  qoşmadan  gələrsə, 
Cənnətə düşər. (Başqa rəvayədə: Allaha şərik qoşmadan ölən) kim də Ona hər 
hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gələrsə, Cəhənnəmə düşər".
74
  
2)  Bir  kimsəni  özü  ilə  Allah  arasında  vasitəçi  etmək,  onlara  dua  etmək, 
ondan  şəfaət  diləmək,  onlara  təvəkkül  etmək  icma  ilə  kafirdir.  Bu  da  insanı 
küfrə salır. Bununla o, kimsə Allahdan qeyrisinə ibadət etmiş olur.  
3)  Müşrikləri  kafir  saymamaq,  onların  küfründə  şübhə  etmək  və  onların 
yollarının doğru olduğuna inanmaq – Allah Qorusun – insanı kafir edir. Burada 
müşrik  deyildikdə  əsli  müşrik  olanlar  qəsd  olunur.  Buddistlər,  ateistlər  və  s. 
qəsd edilir. Bu şərti təkfirçilər müsəlmanların üzərinə tətbiq edərək deyirlər ki: 
“Kafirə kafir deməyənin özü kafirdir”. Onlar isə, kafir və müşriklərə (yəni əsli 
kafir, müşrik) olan qaydanı, mövcud olan müsəlmanlara tətbiq edirlər.  
4)  Kim  etiqad  etsə  ki,  dünyəvi  hökmlər  və  ya  (bir  kimsənin  yolu,  hökmü) 
Peyğəmbərin    yolundan  daha  kamildir,  bir  kimsənin  hökmü  onun 
hökmündən  daha  yaxşıdır,  həmçinin  Tağutların  hökmünü  onun  hökmündən 
üstün görər,  hğmçinin,  hər  kim  Allahın  endirdiyi  hökmdən  başqa  bir  hökmü 
halal görərsə, Allahın hökmündən daha yaxşı olduğunu söyləyərsə, kafir olur.  
5)  Allah  Rəsulunun    gətirdiyi  hər  hansı  bir  şeyə  əməl  etsə  də  belə,  bu 
əmələ nifrət edən kafir olur. Çünki, bu sahibini Cəhənnəmin ən alt təbəqəsinə 
salan  münafiqlikdir:  "Əlbəttə  münafiqlərin  yeri  Cəhənnəmin  ən  alt 
təbəqəsidir". (ən-Nisa 145-146).  
6) Peyğəmbərin gətirdiyi dindən zəruri bilinən bir şeylə, onun savabı və ya 
günahı  (cəzası)  ilə  istehza  etmək  küfrdür:  "(Ya  Muhəmməd!  Təbuk  döyüşünə 
gedərkən səni lağa qoyan)  münafiqlərdən  (nə üçün belə etdiklərini)  soruşsan:  “Biz 
ancaq  söhbət  edib  zarafatlaşır,  əylənirdik”-  deyə  cavab  verərlər.  De  ki: 
“Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?  (Əbəs yerə) üzr 
istəməyin.  Siz  iman  gətirdikdən  sonra  artıq  kafir  oldunuz.  Aranızdan  bir 
qismini  bağışlasaq  da,  digər  qismini  günahkar  olduğu  üçün  əzaba  düçar 
edəcəyik". (ət-Tövbə 65-66).  
7) Sehr etmək. Kim sehr edər və sehr edilməsinə razı olarsa kafir olar. Sarf 
və Atf da bura daxildir. İki kimsəni bir-birinə sevdirmək və ya nifrət (ayırmaq) 
etdirmək:  "Şeytanların  kimə  nazil  olduqlarını  sizə  xəbər  verimmi?  Onlar  hər 
bir  günahkara,  yalançıya  nazil  olur".  (əş-Şuəra  221-222).  "Sehirbaz  isə  harda 
                                                        
74
 Muslim 93.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə