TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə24/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   20   21   22   23   24   25   26   27   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      52 
dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir".
108
 Peyğəmbər 
  buyurdu:  "Şübhəsiz  ki,  dünyanın  məhv  olması  Allah  üçün  müsəlman  bir 
kimsənin  öldürülməsindən  daha  yüngüldür".
109
 Peyğəmbər    buyurdu:  "Sizi 
sevindirəcək  şeylərin  müjdəsini  sizə  verirəm  və  bunları  (gələcəkdə  də)  ümid 
edə  bilərsiniz.  Allaha  and  olsun  ki,  mən  sizin  üçün  kasıblıqdan  qorxmuram. 
Lakin mən sizin üçün əvvəlkilərə dünyanın geniş imkanları verildiyi kimi sizə 
də veriləcəyindən və onlar bu şeydə bir-birləri ilə necə yarışdıqları kimi sizin 
də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən 
qorxuram".
110
 Sələflər  deyərdilər:  "Sən  fikirləşmə  ki,  kasıblıq  varın 
olmamasıdır.  Həqiqi  kasıblıq  dinin  olmamasıdır.  Ey  qardaşım!  Sən  tamahkar 
insanın  yığdığı  mala  görə  ona  qibtə  etmə.  Sizin  ona  yazığınız  gəlsin.  O,  bu 
dünyada  elə  bir  şeylə  məşğul  olub  ki,  sabah  onu  həlak  edəcəkdir".  Allahdan 
qeyrisinə  (dünyaya,  pula)  bağlandıqlarına  görə,  Allahı  unutduqlarına  görə 
Allah  da  onları  unudar  və  onları  özlərinə  həvalə  edər:  "Allahı  unutduqları 
üçün  Allahın  da  onları  özlərinə  unutdurduğu  kimsələrə  bənzəməyin!  Onlar 
fasiqlərdir".  (əl-Həşr  19).  Ömər    rəvayət  edir  ki,  bir  gün  Peyğəmbərin   
yanına  daxil  oldum.  O,  həsirin  üzərində  uzanmışdı.  Sonra  o,  qalxıb  oturdu, 
onun  əynində  izardan  başqa  bir  şey  yox  idi.  Həsirin  izi  onun  çiynində  və 
böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən 
bir  saa  arpa,  bir o,  qədər  akasiya  ağacının  qabığı  və  bir  də  aşılanmış  dəridən 
başqa  heç  bir  şey  yoxdur.  Bu  halı  gördükdə  mənim  gözlərim  yaşla  doldu. 
Peyğəmbər    buyurdu:  "Ey  Xəttabın  oğlu,  səni  ağladan  nədir?"  Mən  dedim: 
"Ey  Allahın  Rəsulu!  Nə  üçün  də  ağlamayım.  Mən  görürəm  ki,  həsir  sənin 
bədənini  bu  hala  salıb,  eyvanda  da  gördüklərimdən  başqa  bir  şey  yoxdur. 
Qeysər  (Rum  imperatoru)  və  Xosrov  (Fars  imperatoru)  cah-cəlal  içərisində 
yaşayırlar.  Sən  isə  Allahın  Rəsulu  və  sevimlisi  olduğun  halda  bu  da  sənin 
eyvanın!"  Peyğəmbər  :  "Ey  Xəttabın  oğlu!  Məgər  istəmirsən  ki,  onlar  üçün 
dünya,  bizim  üçün  isə  axirət olsun?  (Başqa  rəvayətdə: Dünya  ilə  mənim işim 
nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, 
sonra  da  oradan  durub  gedən  bir  süvariyə  bənzər
111
)"  deyə  buyurdu.
112
 
Peyğəmbər  buyurdu: "Dünya möminin zindanı, kafirin isə Cənnətidir"
113

Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan 
kimsədir. Onda nə qədər dünya malı olarsa onu əlində saxlayar. Dünya malını 
Allaha itaətdə xərcləyər. İmam Əhməddən  soruşuldu: “İnsanda min dinar 
                                                        
108
 əl-Albani "Səhihul-Cəmi" 5423.  
109
 ət-Tirmizi 5/ 82, əl-Albani "Səhihul-Cəmi" 453. 
110
 əl-Buxari 4/ 63, Muslim, şərhi 5/ 816. 
111
 ət-Tirmizi.  
112
 Muslim10/82. 
113
 Muslim 2956. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      53 
olduğu halda zahid ola bilərmi?” O dedi: "Bəli, ola bilər". O adam soruşdu: "Ey 
imam,  bu  necə  ola  bilər?"  O:  "Artanda  sevinmir,  azalanda  isə  kədərlənmir". 
Tək  olan  Allaha  ibadət  edən  insan  varlı  da  ola  bilər,  şərəfli  də.  Lakin  bütün 
bunları  əlində  edər.  Bunların  heç  birini  qəlbinə  salmaz.  Çünkü  bütün  bunlar 
dünyanın  keçici  zövqüdür.  Mömin  kimsə  qəlbini  yalnız  Allaha  sevgi, 
Peyğəmbərinə  itaətlə  doldurur.  Bu  qəlb  parçasını  Allahdan  qeyrisinə 
yönəltmir: “Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin 
yanında  öyünmək,  var-dövləti  və  oğul-uşağı  çoxaltmaq  istəyindən  ibarətdir. 
Bu  elə  bir  yağışa  bənzəyir  ki,  ondan  əmələ  gələn  bitki  əkinçiləri  heyran  edir. 
Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə 
dönür.  Kimisini  axirətdə  şiddətli  əzab,  kimisini  də  Allahdan  bağışlanma  və 
razılıq  gözləyir.  Dünya  həyatı  isə  aldadıcı  ləzzətdən  başqa  bir  şey  deyildir”. 
(əl-Hədid 20). "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-
qara  və  əkin  yerləri  kimi  nəfsin  istədiyi  və  arzuladığı  şeylər  insanlara  gözəl 
göstərilmişdir.  Lakin  bütün  bunlar  dünya  həyatının  keçici  zövqüdür,  gözəl 
dönüş  yeri  isə  Allah  yanındadır".  (Ali-İmran 14).  "Dünya  həyatı  isə  aldadıcı 
həzzdən, əyləncədən başqa bir şey deyildir". (Ali İmran 185). "Dünyanın ləzzəti 
və  faydası  azdır,  lakin  müttəqi  üçün  axirət  daha  xeyirlidir".  (ən-Nisa  77). 
"…Dünya  malı  axirət  yanında  yalnız  cüzi  bir  şeydir".  (ət-Tövbə  38). 
Peyğəmbər    buyurur:  "Ölünü  qəbr  evinə  kimi  üç  şey  təqib  edər,  lakin  ikisi 
geri dönər. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi, malı və əməli təqib edər. 
Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə onunla bərabər qalar".
114
 Zeyd 
ibn Sabit  rəvayət edir ki, Allah Elçisi  buyurmuşdur: “Kimin niyyəti dünya 
malı əldə etmək olarsa, Allah onun işlərini puç edər, yoxsulluğu onun gözləri 
arasına  qoyar,  dünya  malından  da  ona  yalnız  qədərinə  yazılmış  şeylər  nəsib 
olar.  Kimin  də  niyyəti  Axirəti  qazanmaq  olarsa,  Allah  onun  işlərini  yoluna 
qoyar,  onun  qəlbini  zəngin  edər,  dünya  malı  isə  ona  ram  edilmiş  halda 
gələr”.
115
 Sələflər axirət üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da 
onlara dünyanı istəmədikləri halda verərdi. 
Bütün  bu  qulluqlardan  qurtarılan  kimlərdir?  Tək  olan,  şəriki  olmayan 
Allaha  ibadət  edənlərdir.  Bütün  dərdləri  toplaşaraq  bir  dərdi  olandan  gözəl 
yaşayışı  olan  ola  bilərmi.  Onun  dərdi  bir  dənədir.  O,  da  Uca  və  Böyük  olan 
Allahın  razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq başqa 
şeylə  ola  bilməz.  Əgər  bir  kəs  Allaha  qul  deyilsə  o,  kimsə  heç  vaxt  azad  ola 
bilməz. Ya şeytanın qulu olacaqdır, ya da kiminsə? Həqiqi qulluq, azadlıq isə 
tək olan, Qahhər olan Allaha qul olmaqdır.  
                                                        
114
 Muslim 2960. 
115
 İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə