TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə26/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   22   23   24   25   26   27   28   29   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      56 
Onu kim göndərib? Allah! Əgər əmin-amanlığı verən Allahdırsa, Peyğəmbəri 
  də  göndərən  Allahdırsa,  onda  Peyğəmbər  göndəriləndən  sonra  əmin-
amanlıq pozulacaq! Yoxsa əmin-amanlığın üstünə əmin-amanlıq gələcək?!  
Eyni  sözləri  indi  də  deyirlər.  Əgər  biz  İslamı  qəbul  etsək  dövlətlər  bizə 
güləcəklər, inkişafdan geri qalacağıq, dövlətlər bizə hücum edəcəklər. Bu iddia 
doğru  iddia  deyildir.  Çünki,  tövhid  əqidəsi  əmin-amanlığı  əkir.  Əmin-
amanlığı  dağıtmır.  Həm  daxildə,  həm  də  düşmənlərin  qəlbində.  Əgər  biz 
Allaha haqqı ilə iman gətirsək, bu əqidə həm bizdə, həm də cəmiyyətdə əmin-
amanlıq  yaradar.  Əgər  əmin-amanlıq  istəyiriksə  gərək  biz  əqidəyə,  Allaha 
qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu ilə əvəz olunsun, onda biz 
ixtiyar  sahibiyik.  Seçim  hüququnu  Allah  bizə  vermişdir.  Çünki,  qorxunun 
məsdəri  şirkdir:  "Haqqında  heç  bir  dəlil  nazil  etmədiyi  şeyi  Allaha  şərik 
qoşduqlarına  görə  kafirlərin  ürəklərinə  qorxu  saldıq".  (Ali-İmran  151).  Əmin-
amanlığın  məsdəri  isə  Tövhiddir:  "İman  gətirib  imanlarını  zülmlə 
qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır". 
(əl-Ənam 82).  
İnsanların  dindən  uzaq  düşdükləri  bir  gündə,  şirkin  baş  alıb  getdiyi  bir 
gündə,  yad  adət-ənənələrin  İslam  adı  ilə  dinimizə  daxil  edildiyi  bir  gündə 
hansı  əmin-amanlıqdan  danışmaq  olar.  Dünyaya  nəzər  salsaq  görərik  ki, 
müsəlmanların  saylarının  çox  olmasına  baxmayaraq  zəlil  gündədirlər. 
Cürbəcür  təzyiqlərə,  işgəncələrə,  hücumlara  məruz  qlıblar.  Çünki, 
müsəlmançılıqdan  (İslamdan)  yalnız  adı  qalıb.  Əli    deyir:  "Vaxt  gələcək  ki, 
İslamdan  yalnız onun  adı  qalacaqdır,  vaxt  gələcək  ki,  Qurandan  yalnız onun 
şəkli  qalacaqdır,  məscidlər  boş  qalacaqlar,  qondarma  alimlər  çıxacaqdır". 
Peyğəmbər    buyurur:  "Ümmətlərin  (dövlətlərin)  birləşərək  sizin  üzərinizə 
vəhşi heyvanların öz şikarlarının üzərinə hücum etdikləri kimi hücum etmələri 
artıq  yaxındır.  Səhabələrdən  soruşdular:  "Ya  Rəsulallah!  Bizim  sayımızın  az 
olduğuna  görə  belə  olacaqdır?"  Peyğəmbər    buyurdu:  "Əksinə  sizin  sayınız 
çayın gətirdiyi çör-çöp kimi çox olacaqdır. Lakin Allah düşmənlərin qəlbindən 
sizə  qarşı  olan  qorxunu  çıxaracaqdır.  Sizin  qəlbinizdə  isə  Allah  Vəhm 
yerləşdirəcəkdir".  Səhabələr  dedilər:  "Vəhm  nədir,  ya  Rəsulullah!"  Peyğəmbər 
 buyurdu: "Dünyaya sevgi, ölümə isə nifrət bəsləmək".
117
 Ömər  deyir: “Biz 
Allahın  İslam  dini  sayəsində  gücləndirdiyi  bir  camaatıq.  İslamdan  başqasını 
seçsək, onda Allah bizi zəlil edər”.
118
 Ona görə də insan nə qədər Allahdan  
qorxarsa,  düşmənləri  də  bir o, qədər ondan  qorxarlar.  İnsan  nə  qədər özü  ilə 
Allah  arasında olanı islah  edərsə,  Allah  da onunla  başqaları  arasında olanları 
islah edər.  
                                                        
117
 Əbu Davud 4297, Əhməd 5/278.  
118
 Tərğib Vət Tərhib 3/351, 4393.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      57 
Tövhidin Axirətdə Olan Təsiri – Olduqca böyükdür. Çünki, tövhid əhli olan 
kimsə  əbədi  Cəhənnəmdə  qalmaqdan  qurtulacaqdır.  Bu  da  tövhidin 
müsəlman  olan  bir  kimsənin  həyatında  ən  mühüm  və  böyük  təsiridir:  "Kim 
(malını Allah yolunda) versə,  (Allahdan)  qorxsa  və ən  gözəl  sözü  (Lə İləhə İlləllah 
kəlməsini) təsdiq etsə biz ona Cənnəti müyəssər edərik. Amma kim (malını Allah 
yolunda  xərcləməyə)  xəsislik  etsə,  (mal-dövlətinə  güvənib  Allaha)  möhtac 
olmadığını  sansa  və  ən  gözəl  sözü  (Lə  İləhə  İlləllah  kəlməsini)  yalan  saysa  biz 
onu Cəhənnəm üçün hazırlayacağıq". (əl-Leyl 5-10).  
Allah  bağışlamağı  sevir.  Bilir  ki,  bəndələri  xəta  edənlərdir.  Allahın  tövhid 
əhli olan heç kəsi həlak etməməsi Allahın rəhmətinin genişliyindəndir. Allahın 
rəhməti genişdir. Bu rəhmətdən yalnız bədbəxtlər kənar qalır. Əgər bir kimsə 
bu rəhmətdən geri qalıbsa ondan bədbəxt heç kəs ola bilməz. Mələklər deyirlər 
ki, həqiqətən də Sən yenilməz qüdrət və qüvvət sahibisən. Bütün bunlar Sənin 
qüdrətinin  və  elminin  kamilliyindən  irəli  gəlir.  Həqiqətən  də  izzət  qüdrətin 
kamilliyyidir.  Hikmət  isə elmin  kamilliyidir.  Günahdan uzaq olmaq üçün isə 
Tövhid əhli olmaq lazımdır. 
 
TÖVHİD VƏ ŞİRK 
 
Allah  məxluqatı  yanlız  Onu  təkləşdirmək  və  Ona  ibadət  etmək  üçün 
yaratmışdır. Bu məsələnin açıqlanması nədir? Allah Peyğəmbərlərini göndərib, 
kitablarını  nazil  edib,  göyləri  və  yeri  yaradıb  ki,  Özü  tanınsın,  Özü 
təkləşdirilsin,  Ona ibadət  edilsin  və  bütün  din Allaha  aid olsun!  "Mən  cinləri 
və  insanları  yalnız  Mənə  ibadət  etmək  üçün  yaratdım".  (əz-Zariyat  56). 
Yaratmaqda  və  əmr  verməkdə  qəsd  odur  ki,  Özünün  adları  və  sifətləri 
tanınsın,  tək  Ona  ibadət  edilsin  və  bu  ibadətdə  də  Ona  heç  bir  şey  şərik 
qoşulmasın.  Həmçinin,  insanlar  ədalətlə,  düzgünlüklə  hərəkət  etsinlər.  Bu  o, 
ədalətdir  ki,  göylər  və  yerlər  bunun  üçün  yaradılmışdır:  "And  olsun  ki,  Biz 
Peyğəmbərlərimizi  açıq-aşkar  dəlillərlə  göndərdik.  Biz  onlarla  birlikdə  kitab 
və  ədalət  tərəzisi  nazil  etdik  ki,  insanlar  (bir-biriləri  ilə)  ədalətlə  rəftar 
etsinlər". (Hədid 25). Ən əzəmətli ədalət də Tövhiddir. Tövhid adilliyin başı və 
əsasıdır.  Şirk  isə  zülmdür.  Şirk  zülmün  ən  böyüyüdür:  “Bir  zaman  Loğman 
oğluna  nəsihət  verərək  demişdir:  “Oğlum  Allaha  şərik  qoşma.  Həqiqətən  də 
şirk ən böyük zülümdür”. (Loğman 13). Hər hansı bir şey tövhidə, ədalətə zidd 
olarsa  bu  ən  böyük  günahlardan  sayılır.  Şirk  özü  (xüsusi  ilə)  bu  tövhidə, 
adilliyə  müxalif  olduğuna  görə  ən  böyük  günahlardan  sayılır.  Allah  hər  bir 
müşrikə  Cənnəti  haram  etmişdir.  Hətta  müşrikin  qanı,  malı,  ailəsi  də  tövhid 
əhlinə  halal  edilmişdir.  Döyüşlərdə  onları  qul  da  götürə  bilərlər.  Nəyə  görə? 
Qulluq  borcunu  yerinə  yetirmədiklərinə,  qulluğu  tərk  etdiklərinə  görə.  Allah 
müşrikin heç bir  əməlini qəbul etmir. Müşrik heç bir şəfaət, vasitəçilik də edə 
bilməz. Ona heç bir möhlət də verilmir. Ona görə də o cahillərin ən cahilidir. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə