TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə33/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   29   30   31   32   33   34   35   36   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      71 
qeyri  ibadət  etdikləriniz  Onun  zərərini  aradan  qaldıra  bilərlərmi?"  Yaxud: 
"Əgər  Allah  mənə  bir  mərhəmət  əta  etmək  istəsə,  onlar  Onun  mərhəmətinə 
mane  ola  bilərlərmi?"  De  ki:  "Mənə  təkcə  Allah  kifayət  edər".  (əz-Zumər 38). 
"Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara 
bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə 
bilməz". (Yunus 107).  
Onların  ilah  etdikləri  bu  varlılıqlar  Uluhiyytdən heç  bir  xüsusiyyətə  malik 
deyillər.  Çünki,  onlar  yaradılmış  varlıqlardır.  Özləri  bir  şey  yaratmamışlar, 
onlara  ibadət  edənlərə  zərrə  qədər  fayda  verə  və  onlara  gələn  bəlanı  aradan 
qaldıra bilməzlər. Həmçinin, onlara həyat verə və öldürə bilməzlər; "Müşriklər 
isə Onu qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılan, özlərinə nə 
bir xeyir, nə də bir zərər verə bilən, diriltməyə, öldürməyə və yenidən diriltməyə 
gücləri çatmayan bütləri özlərinə ilah qəbul etdilər". (əl-Furqan 3).  
Uluhiyyət  Tövhidi  bütün  Peyğəmbərlərin  çağırdığı  Tövhiddir.  Əvvəlki 
ümmətlərin məhv olmasına səbəb də elə bu Tövhidin inkarı olmuşdur. Baxın, 
Allah  Nuhun    qövmi  haqqında  belə  buyurur:  “Və  (öz tabeçiliyində olanlara) 
dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu 
və  Nəsri  atmayın”.  (Nuh 23). İbn  Abbas   rəvayət  edir  ki,  bunlar  Nuhun   
qövmünün  əməlisaleh  insanları  idilər.  Onlar  öldükdən  sonra  şeytan  onların 
yaşadığı  qövmün  insanlarına  vəsvəsə  edir  ki,  onların  toplandıqları  yerlərdə 
heykəllərini  ucaltsınlar  və  onların  adlarını  həmin  heykəllərə  versinlər.  Onlar 
da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara 
ibadət  olunmadı.  (Uzun  müddət  keçdikdən  sonara)  elm  unudulduqda  o, 
heykəllərə ibadət etməyə başladılar.
145
  
Həqiqətən  də  bu  belədir.  Biz  bu  hadisələri  indiki  günümüzdə  də  görə 
bilərik.  Nə qədər əməlisaleh insanlar  var  ki, öldükdən  sonra onların  qəbirləri 
üstündə  pirlər,  məscidlər,  ibadətgahlar  tikilir.  Uzun  zaman  keçdikdən  sonra 
insanların  o,  qəbirlərin  üstünə  gəlib  onlardan  kömək  dilədiklərini  görürük. 
Lakin  insan  bir  şeyi  unutmamalıdır  ki,  sıxıntı,  kədər,  bəla  gələndə  insan  o 
ibadət  etdiklərini  unudaraq,  əllərini  göyə  açıb  Allaha  dua  edir;  "İnsana  bir 
sıxıntı  üz  verən  zaman  -  uzananda  da,  oturanda  da,  ayaq  üstə  də  bizə  dua 
edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb 
gedər". (Yunus 12). "De ki: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və 
ya  qiyamət  başınızın  üstünüm  alsa  Allahdan  başqasına  dua  edib 
yalvaracaqsınız?  Əgər  doğru  danışan  adamlarsınızsa  (deyin  görək).  Xeyr, 
yalnız  Allaha  dua  edib  yalvaracaqsınız.  O,  əgər  istəsə  yalvardığınız  bəlanı 
aradan  qaldırar.  Siz  də  Ona  şərik  qoşduğunuz  bütləri  unudarsınız".  (əl-Ənam 
40-41).  Bəli,  Allah  bu  bəlaları  uzaqlaşdırdıqdan, sovuşdurduqdan  sonra onlar 
                                                        
145
 əl-Buxari 4920. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      72 
yenə  də  Allahı  unudub  Ona  şərik  qoşarlar;  "Müşriklər  gəmiyə  mindikləri 
zaman  ancaq  Allaha  dua  edərlər.  Sağ-salamat quruya  çıxdıqları  zaman  yenə 
də (Allaha) şərik qoşarlar". (əl-Ənkəbut 65). "Sizi suda və quruda gəzdirən Odur. 
Siz  gəmidə  olduğunuz,  gəmilər  gözəl  bir  külək  vasitəsilə  içərisində  olanları 
apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən 
gəmilərin  üzərinə  hücum  etdikdə  və  müsafirlər  dalğaların  onları  bürüdüyünü 
(həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə 
dua  edərlər:  "Əgər  bizi  bu  təhlükədən  qurtarsan  Sənə  şükr  edənlərdən  olarıq. 
Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başladılar. 
Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz  əleyhinizədir. 
Sonra  hüzurumuza  qaytarılacaqsınız.  Biz  də  nə  etdiklərinizi  sizə  xəbər 
verəcəyik".  (Yunus  22-23).  İmranın    atası  Hüseyn  müşrik  bir  insan  idi.  Öz 
tayfasında çox hörmətli ağsaqqallardan biri sayılırdı. Qureyşlilər onun yanına 
gəlib ondan nəsihət istəyib deyirlər ki, bəs Muhəmməd  bizim bütləri təhqir 
edib deyir ki, onlar sizə nə bir xeyir, nə də bir zərər verə bilməz. Ondan xahiş 
edirlər  ki,  Muhəmmədin    yanına  gedib  ondan  belə  danışmamasını  nəsihət 
etsin.  Hüseyn  onların  xahişini  nəzərə  alıb  Peyğəmbərin    yanına  yollanır. 
Peyğəmbər    onu  çox  gözəl  qarşılayıb  oturmaq  üçün  yer  göstərir.  O,  ona 
göstərilən  yerdə  əyləşib  Peyğəmbərdən    soruşur:  "Ya  Muhəmməd! 
Doğrudurmu ki, sən bizim bütləri təhqir edirsən?" Peyğəmbər  onun sualını 
çox  gözəl  şəkildə  belə  sualla  cavablandıraraq  soruşur:  "Ya  Hüseyn,  nə  qədər 
İlaha  ibadət  edirsən?"  O,  isə  cavabında:  "Birinə  göydə,  yeddisinə  yerdə"- 
söyləyir.  Peyğəmbər    onun  bu  cavabından  sonra  soruşur:  "Yaxşı,  sənə 
qəflətən  bəla  gəldikdə  kimə  müraciət  edirsən?"  O,  deyir:  "Yalnız  göydəkinə". 
Onda  Peyğəmbər    növbəti  sualı  verir:  "Bəs  nə  üçün  gələn  bəladan  səni 
Qoruyana,  sənə  istədiklərini  verənə  (səni  Yaradana)  yerdəkiləri  şərik 
qoşursan?"  Hüseyn  fikirləşir  ki,  doğrudan  da  Muhəmməd    düz  deyir. 
Doğrudan  da  göydə  olan  Allah  kifayət  etdiyi  halda  yerdəki  bütləri,  daşları 
vasitəçi etmək, şərik qoşmaq ağla batan iş deyil. Lakin burada onun diqqətini 
çəkən  və  xoşuna  gələn  bir  hal  da  Muhəmmədin    fikirlərində  dünya 
mənfəətindən  uzaq,  sırf  Allah  qorxusu,  ixlas,  hikmət,  mülayimlilik  və 
insanpərvərliyin  olması  idi.  O,  dərhal  şəhadət  gətirərək  müsəlman  oldu. 
Yanında  oturan  Qureyşlilər  isə  Muhəmmədin    onu  iki  cümlə  ilə  yoluna 
gətirdiyindən  heyrətlərini  gizlədə  bilmirdilər.  Peyğəmbər    səhabələrinə 
tapşırır  ki,  onu  evinə  qədər  ötürsünlər.  İmran  ibn  Hüseyn    qalxıb  atasının 
başından  və  əllərindən  öpür.  Peyğəmbər    isə  onun  ardınca  baxıb  deyir: 
"Baxın, kafir kimi gəldi, müsəlman olaraq getdi".
146
 Bəs nə üçün Allah və Onun 
Rəsulu  onları  müşrik  adlandırmışdı?  Onlar  qəbir  yanına  yaxınlaşaraq 
                                                        
146
 İbn Həcər "İsabə" 2/ 87.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə