TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə41/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   37   38   39   40   41   42   43   44   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      87 
boşa  çıxarma"  deyərək  zəlil  kimi yalvarır;  "Allahı  qoyub  Qiyamətədək özünə 
cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış 
kim  ola  bilər?  Halbuki  bu  bütlər  onların  ibadətindən  xəbərsizdilər".  (əl-Əhqaf 
5). Bəziləri saleh olduğunu zənn etdiyi insanlar üçün oruc tutmaq,
167
 onların və 
ya qəbirlərinin qarşısında namaz qılarkən Allahın qarşısında durduğundan da 
daha  şiddətli  xuşu  ilə  durması  və  göz  yaşı  axıtması,  çox  uzaq  məsafələrdən 
onların  evlərinə  doğru  yönəlmək,  həccə  gedir  kimi  o  kimsələri  görmək  üçün 
səfərə çıxmaq, o kimsənin adını Təlbiyyə (Ləbbeyk) söylənilən kimi çəkmək, o 
kimsələrə qurban kəsib, nəzir vermək, onların evlərinə Kəbənin üzərinə örtük 
salındığı  kimi  örtük  salmaq
168
 və  qapısı  ağzında  qiyamda  durmaq,  dua  və 
istiğasə  ilə  dünya  və  axirət  istəklərinin  yerinə  yetirilməsi  üçün  onlara 
yönəlmək,  o  kimsənin  yaşadığı  evin  daşlarından  öpmək,  divarına  özünü 
sürtərək  pərdələrindən  asılmaq,  orada  təzim  və  ibadət  məqsədi  ilə  qəndillər 
yandırmaq,  Kəbə  xidmətçilərinin  etdikləri  kimi  saleh  saydığı  kimsələrin 
evlərini  süpürmək,  təmizləmək,  döşəmək,  oraya  gələnlərə  su  vermək,  orada 
qüsl  və  dəstəmaz  almaq  üçün  yerlər  hazırlamaq, onun  quyusunun  suyundan 
bərəkət  tapmaq  niyyətilə  içmək  və  o  suyu  yaymaq,  suyu  ora  gəlməyənlərə 
aparmaq,  o  zatın  yanından  çıxarkən  arxasını  arxa-arxaya  yeriyərək  oradan 
çıxmaq,  orada  özünü  ağır  aparmaq,  əxlaqlı  olmaq,  o  ərazidə  ov  ovlamamaq, 
ağac  qırmamaq,  otunu  qoparmamaq,  oranı  ucaltmaq,  əzəmətləşdirmək  üçün 
aləmə car çəkib insanları ora dəvət etmək. Bəziləri qəbirlərin yanında saçlarını 
qırxır,  özləri  ilə  bu  kimi  ziyarətgahlara  (pirlərə,  türbələrə,  məzarlara)  "Həcc 
edərkən  yerinə  yetiriləcək  ibadətlər"  adlı  kitablar  da  gətirirlər.  Bütün  bu 
əməlləri edən kimsələr şirkə düşmüşlər ki, bu da ibadətdə şirk sayılır.  
Bu böyük xəstəliyi ilk olaraq Nuhun  qövmündə görürük. Allah, Nuhun 
  qövmü  haqqında  belə  buyurur:  “Və  özlərinə  tabe  olanlara  dedilər:  "Öz 
məbudlarınızı  tərk  etməyin;  Vəddi,  Suvaı,  Yəğusu,  Yəuqu  və  Nəsri  tərk 
etməyin!". (Nuh 23). İbn Abbas  rəvayət edir ki, bunlar Nuhun  qövmünün 
əməlisaleh  insanları  idilər.  Onlar  öldükdən  sonra  şeytan  onların  yaşadığı 
qövmün  insanlarına  onların  toplandıqları  yerlərdə  heykəllərini  ucaltmağı  və 
onların adlarını həmin heykəllərə verməyi vəsvəsə etdi. Onlar da deyilən kimi 
etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. 
                                                        
167
 Salehlərin adına oruc tutmaq Hindistanda ortaya çıxmış bir bidətdir. Bu orucun da bəlli bir ədəbi, əhkamı, 
niyyəti  və  iftar  vaxtı  vardır.  Müəyyən  günlərdə  tutulur.  Bu  oruc  ilə  salehlərə  təvəssül  və  istiğasə  edilərək 
onlardan  ehtiyaclarının  getməsini  diləyərlər.  "Hənəfi  alimlərinə  görə  şirk  və  səbəbləri"  Muhəmməd.  ibn 
Abdur-Rahman əl-Humeyyis səh. 37.  
168
 Həmçinin  də qəbirlərin  üzərinə örtüklər,  çadırlar  salaraq  insanları  inandırmağa  çalışırlar  ki,  hər  il bunu 
dəyişirik və bizə arası kəsilməyən ruzi gəlir, xəstəliklərdən şəfa tapırıq, ruzinin və salamatçılığın gəlməsinə 
səbəbdir,  hər  cür  pislikləri  dəf  edir,  bütün  qorxulardan  əmin  oluruq  söyləyərək  insanları  zəlalətə 
sürükləyirlər. İnsanlar da bu qədər asanlıqla əldə ediləcək savaba görə malını bu yolda bolluca sərf edirlər. 
"Hənəfi alimlərinə görə şirk və səbəbləri" Muhəmməd ibn Abdur-Rahmən əl-Humeyyis səh. 39. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      88 
(Uzun  müddət  keçdikdən  sonara)  elm  unudulduqda  o,  heykəllərə  ibadət 
etməyə  başladılar.
169
 İbn  Qeyyim    deyir:  “Nuhun    qövmündə  olan  bu 
kimsələr  öldükdən  sonar  qövmü  qəbirlərinə  gələrək  ora  bağlandılar.  Daha 
sonra  onların  surətlərini  çəkdilər.  Uzun  bir  zaman  keçdikdən  sonra  bu 
kimsələrə ibadət etməyə başladılar”.  Buna səbəb, onların Rəblərinin Kitabı və 
nəbilərinin  sünnəsindən  uzaqlaşdıqları  üçün  öz  ağıllarına  və  nəfsi  istəklərinə 
uyması idi. Sıratal-Mustəqimdən ayrıldıqca təkzibə başladılar. Allah və Onun 
Rəsulunun  hökmünün  önünə  keçdilər.  Beləcə  də  nəsildən-nəsilə  zəlalətə 
düşdülər.  İxtilaf  edib  firqələrə  bölündülər.  İbn  Teymiyyə    deyir:  "Kim 
nübuvvət  cizgisindən  ayrılarsa  şirkə  və  digər  günahlar  içərisinə  düşər. 
İnsanların inanclarında şirk yox idi. Adəm  və uşaqları Allahı tövhid etmək 
inancı  üzərində  idilər.  İnsanlar  tək  bir  ümmət  idilər  sonra  ixtilafa  düşdülər; 
“İnsanlar  vahid  bir  ümmət  idilər,  sonra  ixtilafa  düşdülər”.  (Yunus  19)". 
"İnsanlar tək bir ümmət idilər". (əl-Bəqərə 213). İbn Abbas   deyir: "Adəm ilə 
Nuh  arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövürdə yaşayan 
insanların  hamısı  da  Allahın  şəriəti  üzərində  idilər.  Onların  hamısı  İslam 
dinində idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə tabe olmağı 
tərk  etdikləri üçün şirkə  düşdülər. Allah  da  müjdələyən və qoxudan  Rəsullar 
göndərdi. Göndərilən ilk Rəsul isə Nuh  idi".
170
 
Bütlərə  tapınmaq  belə  başladı.  O,  zaman  onlar  qəbirlərə  dəvət  etmək  və 
qəbir  əhlinin  surətlərini  çəkməklə  iki  fitnəyə  düşdülər.  Aişə    rəvayət  edir 
ki,  Ummu  Sələmə  (və  Ummu  Həbibə)  ,  Peyğəmbərə    Həbəşistanda 
gördüyü  Mariya  adlı  bir  kilsə  haqqında  xəbər  verdi.  Onlar  bu  kilsənin 
gözəlliyindən  və  kilsədəki  rəsmlərdən  danışdılar.  (Başqa  rəvayətdə:  orda 
İsanın  peyğəmbərin    surətini  görürlər).  Orada  gördüklərini  söylədikdən 
sonra, Peyğəmbər  buyurdu: "Onlar özlərindən olan saleh bir qul və ya saleh 
bir  kimsə öldükdə  qəbri  üzərində  məscid  tikir  və üzərində  (sənin  söylədiyin) 
kimi  surətlərini  çəkərdilər. 
Onlar 
Allah 
qatında 
məxluqların  ən 
şərliləridirlər".
171
  
Məscid  –  Allaha  ibadət  edilən  yerlər  sayılır.  Bu  başlıq  Allaha  saleh  bir 
kimsənin  qəbrində  ibadət  etmək  və  ya  qəbr  sahibinə  ibadət  etmək 
barəsindədir. Peyğəmbərin  bu ümmətə rəhmətindən, ona şirkə aparan bütün 
yolları  bəyan  etməsidir.  Həm  dəvətinin  əvvəlində,  həm  də  ölüm  anında  belə 
şirkdən çəkindirməsidir. Şirkin öz yolları vardır ki, tövhidi qorumaq üçün bu 
qapıları  bağlamaq  lazımdır.  Bu  hədisə  əsasən  Məbədlər  saleh  kimsələrin 
qəbirləri  üzərində  tikilirdi.  Saleh  saydıqları  kimsənin  şəkilini  çəkərək 
                                                        
169
 əl-Buxari 4920. 
170
 İbn Kəsir 1/ 250, Məcmuul Fətava 20/ 106.  
171
 əl-Buxari 1/ 416, H. 1341, Muslim 528, ən-Nəsai 1/ 115, Əhməd 6/ 51. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə