TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə39/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   35   36   37   38   39   40   41   42   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      83 
edilməz və onlar rəsuldurlar. Onlar, Allahın istədiyindən artıq nə özünə, nə də 
hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malik deyillər; “De 
ki: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi 
də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe 
oluram".  De  ki:  "Kor  görənlə  bir  olurmu?  Məgər  düşünmürsünüz!”  (əl-Ənam 
50). "Peyğəmbərləri onlara cavab olaraq demişdilər: "Biz də sizin kimi adi bir 
insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni 
olmadan  biz  sizə  heç  bir  dəlil  gətirə  bilmərik".  (İbrahim 11).  "De  ki:  "Mən  də 
sizin  kimi ancaq bir  insanam.  Mənə vəhy olunur  ki,  sizin  tanrınız yalnız  tək 
olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümüd bəsləyirsə yaxşı iş görsün 
və  Rəbbinə  etdiyi  ibadətdə  heç  kəsi  şərik  qoşmasın".  (əl-Kəhf  110).  Ona  əmr 
edilən şeylərə tabe olan bir əmirdirlər; “De ki: “Mən sizə nə bir zərər, nə də bir 
xeyir vermək qüdrətinə malik deyiləm!" De ki: "Məni Allahdan heç kəs qurtara 
bilməz və mən Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!" (əl-Cinn 21-22). 
“De:  "Mən  Allahın  istədiyindən  başqa  özümə  nə  bir  fayda,  nə  də  bir  zərər 
yetirməyə  qadir  deyiləm.  Əgər  qeybi  bilsəydim,  əlbəttə,  özüm  üçün  xeyir 
artırardım  və  mənə  pislik  toxunmazdı.  Mən  sadəcə,  iman  gətirən  bir  qövm 
üçün  qorxudan  və  müjdələyənəm".  (əl-Əraf  188).  Ömər    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Məni  Xristianların  Məryəm  oğlu  İsanı    tərif 
etdikləri  kimi  tərif  etməyin.  Mən  sadəcə  bir  qulam,  deyin  “Allahın  qulu  və 
rəsulu”.  Məni  tərif  etməkdə  həddi  aşmayın.  Məni  Allahın  layiq  bildiyi 
dərəcədən  artıq  yüksəltməyin.  Rəbbim  məni  necə  vəsf  edibsə  elə  də  vəsf 
edin".
163
 Beləliklə, bizə aydın oldu ki, nə Pyğəmbərlər, nə Allahın Rəsulu, nə də 
ondan  daha  aşağı  mərtəbədə  olan  yaradılmışlardan  heç  biri  ibadətə  layiq 
deyildir. İbadət  ancaq  bir  və  tək  olan Allaha  edilir.  Qiyamət  günü isə Allaha 
şərik  qoşduqlarınız  sizin  şirkinizi  danacaqlar;  "Sizin  Ondan  qeyri  dua 
etdikləriniz  bir  çəyirdək  qabığına  da  sahib  deyillər.  Əgər  siz  onlara  dua 
etsəniz  onlar  sizin  dualarınızı  eşitməzlər.  Eşitsələr  də  belə  cavab  verməzlər. 
Özləri  də  Qiyamət  günü  sizin  şərik  qoşduqlarınızı  danacaqlar.  Heç  kəs  sizə 
hər  şeydən  xəbərdar  olan  Allah kimi  xəbər verə  bilməz".  (Fatir 13-14). “O  gün 
Allah  onları  və  onların  Allahdan  başqa  sitayiş  etdiklərinin  hamısını  məhşər 
ayağında  cəm  edərək  deyəcək:  "Mənim  bu  qullarımı  haqq  yoldan  sizmi 
azdırdınız,  yoxsa  onlar  özləri  azdılar?"  Onlar  deyəcəklər:  "Sən  pak  və 
müqəddəssən!  Sənin  əvəzinə  özümüzə  başqa  himayədarlar  götürmək  bizə 
yaraşmaz.  Lakin  Sən  onlara  və  atalarına  o  qədər  firavanlıq  nəsib  etdin  ki, 
axırda  Zikri  də  yaddan  çıxartdılar  və  məhvə  məhkum  olunmuş  bir  zümrəyə 
çevrildilər".  (əl-Furqan  17-18).  "Şübhəsiz  ki,  Allah  Məryəm  oğlu  Məsihdir"– 
deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və 
                                                        
163
 əl-Buxari 3445, Əhməd 23,24, əd-Dərimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      84 
Rəbbiniz olan  Allaha  ibadət  edin!  Həqiqətən  də, Allaha  şərik qoşan kimsəyə, 
Allah  Cənnəti  haram  etmiş  və  onun  sığınacağı  yer  Oddur.  Zalımlara  kömək 
edən  olmayacaqdır".  (əl-Maidə  72).  “Allah  deyəcəkdir:  "Ey  Məryəm  oğlu  İsa! 
Sənmi  insanlara:  "Allahı  qoyub  məni  və  anamı  iki  məbud  qəbul  edin!"– 
demişdin?"  İsa  deyəcək:  "Sən  pak və  müqəddəssən!  Haqqım olmayan  bir  şeyi 
demək  mənə  yaraşmaz.  Əgər  bunu  demiş  olsaydım,  əlbəttə,  Sən  onu  bilərdin. 
Sən  mənim  qəlbimdə  olanları  bilirsən,  mən  isə  Sənin  Özündə  olanları 
bilmirəm.  Şübhəsiz  ki,  qeybləri  bilən  Sənsən!  Mən  onlara  ancaq  Sənin  mənə 
əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!"– 
demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni 
onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən 
hər  şeyə  Şahidsən”.  (əl-Maidə 116-117).  Əbu  Səid  əl-Xudri    rəvayət  etmişdir 
ki,  Peyğəmbərin    dövründə  bir  dəstə  adam  Peyğəmbərə    dedi:  “Ya 
Rəsulullah,  Qiyamət  günü  Rəbbimizi  görə  biləcəyikmi?”  Peyğəmbər    dedi: 
“Bəli,  məgər  sizə  günortaüstü,  gün  işığının  qabağını  bulud  örtmədiyi  bir 
vaxtda  günəşi  görməyinizə  nəsə  mane  olurmu?”  Onlar:  “Xeyr!”–  dedilər. 
(Peyğəmbər ) soruşdu: “Məgər sizə on dördüncü gecədə, ay işığının qabağını 
bulud  örtmədiyi  bir  vaxtda  ayı  görməyinizə  nəsə  mane  olurmu?”  Onlar: 
“Xeyr!”– dedilər. Peyğəmbər  buyurdu: “Bu ikisini görməyə sizə heç bir şey 
mane  olmadığı  kimi,  qüdrətli  və  əzəmətli  Allahı  da  Qiyamət  günü  beləcə, 
görəcəksiniz.  Qiyamət  günü  yetişdiyi  zaman  carçı  səsləyib  deyəcək:  “Hər  bir 
ümmət  nəyə  ibadət  edirdisə,  qoy  onun  ardınca  getsin!”  Bundan  sonra 
Allahdan  qeyrisinə  –  bütlərə  və  dikinə  qoyulmuş  daşlara  ibadət  edən  elə  bir 
kimsə  qalmayacaq  ki,  Cəhənnəm  oduna  düşməsin.  Axırda  isə  ancaq  Allaha 
ibadət edənlər, – xeyirxah, yaxud günahkar adamlar,  – habelə Kitab əhlindən 
(peyğəmbərlərinə  sadiq  qalmış  kimsələr)  qalacaqdır.  (O  vaxt)  yəhudiləri 
çağırıb  onlardan  soruşacaqlar  ki:  “Siz  nəyə  ibadət  edirdiniz?”  Onlar 
deyəcəklər:  “Biz  Allahın  oğlu  Üzeyirə  ibadət  edirdik.”  Onlara  deyiləcək: 
“Yalan  danışırsınız,  Allah  Özünə  nə  zövcə,  nə  də  övlad  götürmüşdür.  (Bir 
deyin görək) siz nə istəyirsiniz?”  Onlar  deyəcəklər:  “Susamışıq,  ey  Rəbbimiz, 
bizə su ver.” (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) 
içmək  istəmirsinizmi?”  Onlar  ilğıma  bənzər,  alovlanan  atəşin  (kənarına) 
toplanacaq  və  Cəhənnəmə  düşəcəklər.  Sonra  xristianları  çağırıb  onlardan 
soruşacaqlar  ki:  “Siz  nəyə  ibadət  edirdiniz?”  Onlar  deyəcəklər:  “Biz  Allahın 
oğlu  Məsihə
164
 ibadət  edirdik”.  Onlara  deyiləcək:  “Yalan  danışırsınız,  Allah 
Özünə  nə  zövcə,  nə  də  övlad  götürmüşdür”.  Sonra  onlardan:  “Siz  nə 
istəyirsiniz?”–  deyə  soruşulacaq  və  beləliklə  də,  əvvəlkilərin  başına  gələnlər 
onların  da  başına  gələcəkdir.  Nəhayət,  ancaq  Allaha  ibadət  edən  kimsələr  – 
                                                        
164
 Burada Məryəm oğlu İsa  nəzərdə tutulur. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə