TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə36/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   32   33   34   35   36   37   38   39   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      77 
arasında  fərqlər  vardır.  Bütün  bunlar  yaradılanlar  arasında  fərqli  olduğu 
halda, Yaradıcı (Allah) ilə yaradılan (məxluq) arasında belə bir fərq daha açıq 
və  daha  böyükdür.  Allah  Öz  sifətləri  barəsində  bizə  xəbər  vermişdir,  lakin 
onların  forma  və  keyfiyəti  barəsində  bir  xəbər  yoxdur.  Sən  nə  qədər  onları 
təsəvvür etməyə çalışsan Allah daha Uca və Böyükdür. Bütün bunlar da vacib 
edir ki, Müsəlman bir kimsə nə qəlbi, nə dili, nə də qələmi ilə Allahı təsəvvür 
etməyə çalışmasın. 
6. İnsanlar arasında olan bəzi müraciətlər; Məs: Əbu Hureyra  rəvayət edir 
ki,  Peyğəmbər    demişdir:  “Sizdən  heç  kəs  (köləyə):  “Rəbbinə  yemək  ver”, 
“Rəbbinə  dəstəmaz  almağa  kömək  et”,  “Rəbbinə  su  ver”–  deməsin;  qoy: 
“mənim  ağam”,  “mənim  himayədarım”–  desin.  Habelə  heç  kəs:  “qulum”, 
“kənizim”– deməsin; qoy: “oğlum”, “qızım”, “ay uşaq”– desin
153

154
.  
Bu şirk iki növdür: 1) Məbud – ibadət olunanla (Allahın İsimləri, Sifətləri və 
Felləri) bağlı olan şirk. Bu şirk özü də iki növə bölünür. 1) İnkar (Tətil) şirki. Bu 
da  şirkin  ən  pis  növüdür.  Fironun  şirki  kimi;  “Firon  dedi:  “Aləmlərin  Rəbbi 
nədir? (Nə cür şeydir?)”. (əş-Şuəra 23). “Firon dedi: "Ey Haman! Mənim üçün bir 
uca  qala  tik  ki,  bəlkə  yollara  çatım  –  göylərin  yollarına  çatım  və  Musanın 
məbudunu  görüm.  Həqiqətən,  mən  onu  yalançı  sayıram!"  Firona  pis  əməli 
beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu. (əl-
Mumin 36-37). 
Şirklə inkarçı  (tətilçi)  yanaşı olan  bir şeydir  və  biri  digərini  tələb edir.  Hər 
bir  şirk  qoşan  insan  inkar  (tətil)  edəndir  və  hər  bir  inkar  edən  (tətilçi)  də 
müşrikdir.  Lakin  şirkin  özündə  inkarın  əsli  yoxdur.  Bəzən  də  görürsən  ki, 
müşrik  insan  Allahın  yaradan  olduğunu,  Allahın  sifətlərini  etiraf  edir.  Lakin 
Allahın tövhid haqqını inkar edir. Şirkin əsası inkardır. Bu da üç qismdir. 1) Bu 
yaradılan  şeylərin  yaradıcısının  olmamasını  qeyd  etmək.  Allahın  varlığını, 
eyni  zamanda  Yaradanın  mövcudluğunu  inkar  edən  kommunistlər.  Onlar 
deyirlər ki: “Allah yoxdur, hər şey maddidir. Hər bir şey öz-özünə yaranıb və 
təbiətdən  yaradılıb”.  2)  Allahın  kamil  İsimlərini,  Sifətlərini  və  fellərini  inkar 
etmək.  Cəhmiyyəliləri  bura  misal  gətirmək  olar.  3)  Allaha  davranışda  olan 
inkardır ki, insan Tövhidin həqiqətini yerinə yetirmir. Məs: Vəhdətul-Vucud  – 
onlar deyirlər ki, “Xaliq (Yaradan) və məxluq (yaradılan) yoxdur. Onların hər 
ikisi  də  bir şeydir  və  gördüyün hər  bir  şey  Allahdır”.  Rəbbin  mövcudluğunu 
etiraf  edə-edə  kainat  işlərini  idarə  edən  övliyalardan  olan  müqəddəslərin 
mövcudluğunu iddia etmək. Bəzi sufilərin dedikləri ki, “Allah öz məxluqatına 
hülul  edir”.  Sufi  İbn  Arabi  deyir  ki:  "Rəbb  bəndədir,  bəndə  Rəbdir.  Kaş  ki, 
mənim  şerim  haqqı  deyərdi".  Bəziləri  ifrata  vararaq:  "İt  də,  donuz  da  bizim 
                                                        
153
 Bütün bunlar kölə ilə ağa arasındakı müraciətlərə aiddir. 
154
 əl-Buxari 2552, Muslim 2249, Əbu Davud 4975, ən-Nəsai 10070.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      78 
tanrımızdır.  Allah  kilsə  rahibindən  başqa  bir  şey  deyildir".  Həllac  deyir  ki: 
“Mən Oyam, O da mən”
155
 Sufilər Peyğəmbərə  qeyb haqqında mütləq bilik 
şamil  edib:  "Ey qeybin  ən  böyük  bilicisi!  Biz  sənə pənah gətirdik!  Ey  qəlblərə 
şəfa  verən,  biz  sənə  xeyir-duamızı  yetirdik!"  Buseyri  öz  "Burdə"  qəsidəsində 
deyir  ki:  "Dünyanın  xeyri  də,  zərəri  də  sənin  səxavətindəndir.  Çətin  anlarda 
səndən başqa sığınacağım heç kəs yoxdur, əgər bu çağırışımda mənim əlimdən 
tuta  bilməyəcəksənsə  həlakıma  hökm  ver,  dünya  və  onu  əyalı  sənin 
səxavətindəndir,  Lövhi-Məhfuz  və  onu  yazan  qələmin  elmi  sənin 
biliyindəndir”.  Həmçinin  -  Ateistlərin şirki  də  bura  daxildir.  2.  Ona ibadətdə, 
davranışda (müamələdə) olan şirk (Allahla yanaşı başqa bir ilah qəbul etmək) 
daxildir. Belə bir kimsə hər nə qədər Allahı zatında, Sifətlərində və Fellərində 
heç bir şəriki olmamasına inansa da davranışda (müamələdə) şirk qoşmuşdur. 
Allahın  İsim  və  Sifətlərini,  Rəbliyini  inkar  və  rədd  etmədən  Allah  ilə  yanaşı 
başqa  ilah  qəbul  edən  Nəsranilərin  şirki  kimi.  Onlar  Allahın  Rububiyyətini, 
İsim və Sifətlərini inkar etmirlər. İsa  və onun anasını ilah sayırlar. Həmçinin 
-  bura  Qədəriyyələrin  şirki  də  daxildir.  Belə  ki,  onlar  deyirlər:  “Hər  bir  şey 
Allahın    istəyi  olmadan  yaranır”.  Bu  –  o,  kəslərdir  ki,  qulun  iradəsini  və 
seçim  qabiliyyətini  israr  etməkdə  həddi  aşaraq,  nəticədə  Allahın  istəyini  və 
qədərini  inkar  etmişlər.  Onlar  deyirlər:  "Qulun  əməlləri  Allah  tərəfindən 
yaradılmayıb,  təmamilə  insanın özündən  aslıdır".  Qulun qüdrət  və iradəsi  ilə 
öz  əməllərinin  yaradıcısı  olduğunu  irəli  sürmüşlər.  Bununla  da  Allahdan 
başqa iki yaradıcı olduğunu qəbul etmişlər. Peyğəmbər  onları: "Bu ümmətin 
məcusiləri"-  deyə  adlandırmışdır.  Çünki,  məcusilər  şeytanın  şəri  və  pisi 
yaratdığına  inanaraq,  Allah  ilə  birlikdə  onun  bir  başqa  yaradıcı  olduğunu 
iddia  edirlər.  Bu  qrup  da  qulları  Allah  ilə  birlikdə  yaradıcı  olaraq  qəbul 
etmişlər.  İbn  Ömər    rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  "Qədəriyyə  bu 
ümmətin  məcusiləridir.  Xəstələnsələr  onları  ziyarətə  getməyin,  ölsələr 
cənazələrində iştirak etməyin".
156
 Həmçinin - bura Nəmrudun şirki də daxildir; 
“Allahın  verdiyi  hakimiyyətə  görə  İbrahim  ilə  Rəbbi  barəsində  höcətləşən 
                                                        
155
 Hululiyyə  –  Allahın    Zatıyla  hər  yerdə  olduğunu  qeyd  edənlərdir.  Onlar  Allah    Məiyyə  –  Birlikdə, 
bərabər olmaq  sifətində  həddi  aşaraq Allahın  ona  yaxın olan (əl-Mukərrəbun)  şəxslərə hulul etdiyini (yəni 
nüfuz etmək, girmək, iki şeyin bir şeymiş kimi birləşməsini) irəli sürən batil firqədir. Onlara görə kim nəfsini 
itaətlə tərbiyə edər,  dünya ləzzətlərinə  və  şəhvətlərinə  səbr edərsə  Allaha yaxın olanların (əl-Mukərrəbun) 
məqamına  yüksəlir.  Sonra  o,  bəşəriyyət  sifətlərindən  təmizlənincəyə  qədər,  saflaşmaya  və  saflaşmış 
olanların  dərəcəsinə  yüksəlməyə  davam  edəcəkdir.  Saflaşma  əsnasında  bəşəriyyətdən  bir  parça  da  belə 
qalmadıqda İsa ibn Məryəmə hulul edən Allahın ruhu ona da hulul edir. O, zaman istədiyi kimi olan şeydən 
başqasını diləməz və əməllərinin tamamı Allahın feli olur, sonunda da Allaha birləşərək, Allah olur!? Abdul-
Qahir  əl-Bağdadiyyənin  bölümünə  görə  11  qurupdur.  Bunlar:  Hululiyyə,  Səbəiyyə,  Bəyaniyyə,  Cənahiyyə, 
Hatabiyyə,  Şurayiyyə, Nəmiriyyə, Rizamiyyə,  Muqannaiyyə, Hulmaniyyə, Həllaciyə və Azafira. Hululiyyə 
eyni  zamanda  müşəbbihlərin  (bənzədənlərin)  həddi  aşanlarıdır.  Müxaliflər  içərsində  də  Allahın  imamlara 
Hulul etdiyini deyənlər də vardır. Bax: "Məqalətul-İslamiyyə" 1/ 81-82, "Fərq Beynəl-Firaq" s. 198, 205. 
156
 Əbu Davud "Aunul-Məbud" 12/ 452, əl-Albani "Səhihul-Cəmi" 5039, "Şərhu Təhaviyyə" s 273 həsən hədis. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə