TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə44/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   40   41   42   43   44   45   46   47   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      93 
buyurdu:  "Kim  mənə  bir  dəfə  salavat  gətirərsə,  Allah  ona  on  dəfə  salavat 
deyər".
187
 Peyğəmbər    buyurdu:  "Qəbrimi  bayram  edilən  yerə  çevirməyin. 
Mənə  salavat  gətirin.  Harda  olsanız  sizin  salavatınız  mənə  çatacaqdır".
188
 
Peyğəmbər  buyurdu: "Həqiqətən də yer üzündə Allahın mələkləri vardır ki, 
mənim  ümmətimin  mənə  göndərdikləri  salavatı  mənə  çatdırırlar".
189
 
Peyğəmbər  buyurdu:  "Mənə salavat deyəndə Allah mənə ruh verir ki, mən 
də o, kimsəyə salam deyim".
190
 Peyğəmbər  buyurdu: "Ya Əli! Ən xəsis insan 
bilirsənmi  kimdir?"  Əli    dedi:  "Allah  və  Onun  Rəsulu  daha  gözəl  bilir". 
Peyğəmbər    buyurdu:  "Mənim  adım  çəkiləndə  mənə  salavat  gətirməyən 
kimsədir".
191
 Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    bir  gün  minbərə  çıxdı  və 
buyurdu:  "Amin!  Amin!  Amin!"  Səhabələr:  "Bu  nədir,  ya  Rəsulullah!"-  deyə 
soruşdular.  Peyğəmbər    buyurdu:  "Cəbrail  mənim  yanıma  gələrək  dedi: 
"Sənin  adın  çəkildiyi  vaxt  sənə  salavat  gətirməyənin  burnu  yerlə 
sürtünsün…".
192
 Bununla  da  aydın  oldu  ki,  salam  və  salavat  ona  istənilən 
yerdən  çatır.  Salavatınızın  Peyğəmbərin    qəbrinə  çatması  uzaq  və  yaxın 
olmanıza görə deyildir. Bir şeyi də yadda saxlamaq lazımdır ki, salavat yalnız 
Peyğəmbər  üçündür.
193
  
Peyğəmbər  buyurdu: "Evlərinizi qəbir yerinə çevirməyin…"- sözünü zikr 
etmişdir  ki,  bu  da  nafilə  ibadətlərə  aiddir.  Onların  evlərdə  qılınması  daha 
uyğundur  və  beləliklə  də  qəbir  yerinə  bənzəməsin  deyə  bir  əmirdir.  Digər 
tərəfdən  də  qəbir  yerlərində  ibadət  etməkdən  də  çəkindirir.  İbn  Ömər   
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Namazlarınızın  bir  qismini 
evlərinizdə  qılın.  Evlərinizi  qəbristanlığa  çevirməyin".
194
 Əbu  Hureyra   
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Evlərinizi  qəbristanlığa  çevirməyin. 
Şübhəsiz  ki,  şeytan  Bəqərə  surəsi  oxunan  evdən  qaçar".
195
 Zeyd  ibn  Sabit   
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Ey insanlar  evlərinizdə namaz  qılın. 
Çünki, fərz namazlarından sonra ən fəzilətli namaz bir kimsənin evində qıldığı 
namazıdır".
196
 Cabir    rəvayət  edir  ki, Peyğəmbər   buyurdu:  "Sizdən  biriniz 
                                                        
187
 Muslim.  
188
 Əbu Davud, Əhməd.  
189
 ən-Nəsai.  
190
 Əbu Davud.  
191
 ət-Tirmizi.  
192
 əl-Buxari, Muslim.  
193
 Salavatın bir neçə forması varid olmuşdur ki, bunlardan: "Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-
dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, 
Sən  şöhrətlisən! (Başqa rəvayətdə: Allahın! İbrahimin  ailəsinə xeyir-dua  verdiyin  kimi, Muhəmmədə, onun 
zövcələrinə və nəslinə (Əhli Beytinə) də xeyir-dua ver!)" əl-Buxari "Fəthul Bəri" 6/407, Muslim 1/306.  
194
 Muslim 777. 
195
 Muslim 780.  
196
 Muslim 731.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      94 
namazını  məsciddə  qıldıqdan  sonra  namazlarından  bir  hissəsini  evi  üçün 
ayırsın. Çünki, Allah namazı səbəbilə evində xeyir yaradır".
197
 
 
QƏBİRLƏRİ HƏR İL MÜƏYYƏN VAXTLARDA ZİYARƏT 
EDƏRƏK BAYRAM YERLƏRİNƏ ÇEVİRMƏYİN 
FƏSADLARI 
 
Qəbri  uzaqdan  gördükdə  həmin  yeri  yıxılaraq  öpmələri,  başlarını  açaraq 
çığırmağa  başlamaları,  nə  yaratmağa,  nə  də  diriltməyə  qüdrəti  olmayandan 
imdad  diləyərək  fəryadla  səslərini  yüksəltmələri  -  bununla  da  həcc  edən 
birindən daha çox savab qazandıqlarını düşünmələri bura daxildir. Həmçinin, 
qəbrə  çatdıqda  orada  iki  rükət  namaz  qılmaları,  səcdə  edərək  ölüdən  lütf  və 
riza diləmələri, səslərini Allah üçün deyil, şeytan üçün yüksəltmələri, ehtiyacın 
götürülməsini,  sıxıntıların  qaldırılmasını,  xəstəlikdən  şəfa,  yoxsulluqdan 
zənginlik,  sonsuzluqdan  övlad  istənilməsi  də  bura  daxildir.  Yenə  həmçinin, 
yanaqlarını  qəbrin  üzərinə  qoyaraq  kömək  istəmələri,  öpmələri,  qəbirin 
ətrafını  sürünərək  təvaf  etmələri,  saçlarını  kəsmələri,  qurbanlarını  və 
nəzirlərini  vermələri  sonda  isə  “Allah  bizə  də,  sizə  də  bol  savab  versin!”  – 
deyərək  bir-birilərini  təbrik,  arxasını  qəbirə  tərəf  çevirmədən  oranı  tərk 
etmələri bura daxildir. 
Peyğəmbərin    qəbirlər  haqqında  sünnəsini  araşdıran,  onun  bu  mövzuda 
əmir  və  qadağalarını,  səhabə  və  onlara  ən  gözəl  bir  şəkildə  tabe  olanların 
yolunu bilən və insanların bu gün etdiklərinin şahidi olan kimsə arada böyük 
ziddiyətin  olduğunun  şahidi  ola  bilər.  Çünki,  Peyğəmbər    qəbrin  yanında 
namaz  qılmağı  qadağan  etdiyi  halda  onlar  qılırlar,  qəbirləri  məscid  etməyi 
qadağan  etdiyi  halda  onlar  qəbir  üzərində  məscid  tikirlər  və  ya  ölünün 
vəsiyyəti  ilə  (və  ya  vəsiyyəti  olmadan)  onu  orada  (məscidin  həyətində)  dəfn 
edirlər. Qəbirlər üzərində şam (qəndil) yandırmağı qadağan etdiyi halda onlar 
yandırırlar,  qəbirlərin  yerlə  bir  edilməsini  əmr  etdiyi  halda  onlar  müxalif 
olaraq  yüksəldirlər,  üzərinə  yazı  yazılmasını  qadağan  etdiyi  halda  üzərinə 
yazılar  yazır  (ayə,  hədis,  şer  və  s).  Peyğəmbər    buyurdu:  "(Ziyarət  məqsədi 
ilə)  yalnız  üç  məscid  üçün  səfərə  çıxmaq  olar.  Məscidul-Həram  (Məkkə), 
mənim məscidim (Mədinə) və əl-Əqsa məscidi (Qüds)".
198
 Lakin Peyğəmbərin 
  bu  əmrinə  də  müxalif  olaraq  istədikləri  yeri  ziyarət  etmək  məqsədilə  səfər 
edirlər.  
                                                        
197
 Muslim 778.  
198
 əl-Buxari 3/57, 1189, Muslim 1379, ən-Nəsai 3/ 114, Əhməd 6/ 7 və 397, Məlik 827.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə