TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə46/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   42   43   44   45   46   47   48   49   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      97 
Məad" kitabında deyir: "Qəbirin ətrafında əyləşmək, qəbir sahibi ilə danışmaq, 
onun  üçün  Quran  oxumaq,  qəbirdə  ona  verilən  suallara  cavab  olaraq  ona 
verilən sualların cavablarını ona diqtə etmək və s. əməllər dinlə heç bir əlaqəsi 
olmayan  bidətlərdir".  Peyğəmbər    buyurdu:  "Öz  evlərinizi  qəbiristanlığa 
çevirməyin!  Şeytan  Bəqərə  surəsi  oxunan  evdən  uzaqdır".
203
 Bu  hədis  onu 
göstərir  ki,  qəbiristanlıqlar  Quran  oxumaq  yeri  deyildir.  Buna  görə  də 
Peyğəmbər    insanları  evlərində  Quran  oxumağa  sövq  etmiş  və  Quran 
oxunmayan evləri qəbristanlığa bənzətmişdir".  
Məqil ibn Yəsər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Ölüm ayağında 
olan  kimsələrin  üzərində  Yəsin  surəsini  oxuyun".
204
 Bu  hədis  İslam  alimləri 
tərəfindən  zəif  qəbul  edilmişdir.  Hətta  səhih  olsaydı  da  belə  hədisdə 
Peyğəmbər    ölüm  ayağında  olan  kimsələrin  yanında  Yəsin  surəsinin 
oxunmasını  əmr  edir.  Çünki,  ölüm  ayağında  olan  kimsələrin  yanında  xeyirli 
söhbətlər etmək, onlara Lə İləhə İlləllah kəliməsini təlqin etmək Peyğəmbərin 
  dilindən  bizə  səhih  hədislər  vasitəsilə çatmışdır.  Həmçinin  –  “Qəbiristanlıq 
yanından keçən və Qul Huvəllahu Əhəd surəsini on bir dəfə oxuyub sonra da 
əcrini  ölülərə  bağışlayan  kimsəyə  ölülərin  sayı  qədər  mükafat  verilər”- 
şəkilində rəvayət edilən hədisə gəldikdə: Bu batil və uydurma bir hədisdir”.
205
 
Çünki, Qurani-Kərim yalnız dirilərin onu oxuyub ibrət almarından ötrü nazil 
olmuşdur. Qəbrdə olanlara isə artıq biz haqqı eşitdirə bilmərik; “Kor ilə görən 
eyni olmaz, zülmətlə nur da eyni olmaz, kölgə ilə isti də eyni olmaz, dirilərlə 
ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə 
(Ya  Peyğəmbər!)  qəbrlərdə  olanlara  (haqqı)  eşitdirən  deyilsən".  (Fatir  19-22). 
Artıq  dünyasını  dəyişən  kimsənin  əməl  dəftəri  bağlanmışdır.  Əgər  o,  bu 
dünyada  onu  yaradan  Rəbbinə  bir  dəfə  də  olsun  belə  səcdə  etməmişdirsə, 
onun  üçün  Qurani-Kərimdən  istənilən  surəni  də  oxusan  ona  heç  bir  köməyi 
olmayacaqdır.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Ölənin 
arxasıyca üç  şey gedər.  Ailəsi,  malı  və  əməli.  İkisi  geri  dönər.  Biri isə onunla 
qalar. Ailəsi və malı geri dönər, əməli isə yanında qalar".
206
 
 
QƏBİRLƏRLƏ BAĞLI BƏZİ QADAĞALAR 
 
Həmçinin  -  Qəbirlər  üzərində  ibadətgah  tikməyi,  qəbristanlıqda  və  qəbirə 
doğru  namaz  qılmağı  Peyğəmbər    qadağan  edib.  Əbu  Səid  əl-Xudri   
rəvayət edir ki, Peyğəmbər  qəbirlərin üzərinə bina tikməyi, onların üzərinə 
                                                        
203
 Muslim 780.  
204
 Əbu Davud 3121, ən-Nəsai, əl-Albani "Zəif hədislər" 5861, 5961, "Mişkət" 1622.  
205
 Əbu Muhəmməd əl-Həllal “Qiraəti aləl Qubur” 201/2, Suyuti “Zeylul Əhədisil Movdua”, əl-Albani 
“Uydurma”.  
206
 əl-Buxari 6514.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      98 
oturmağı  və  ya  onların  üzərində  namaz  qılınmasını  qadağan  etmişdir".
207
 
Peyğəmbər    buyurdu:  "Heç  bir  qəbirə  doğru  namaz  qılmayın  və  heç  bir 
qəbirin  üzərində  namaz  qılmayın".
208
 Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər   
qəbirlərə  doğru  namaz  qılmağı  qadağan  etmişdir".
209
 İbn  Həcər  Heytəmi   
deyir:  "Qəbrin  məscid  halına  gətirilməsi  -  onun  üzərində  və  ya  ona  doğru 
namaz qılmaq deməkdir".
210
 Sənani  deyir: "Qəbirləri məscid halına gətirmək 
-  onlara  doğru  namaz  qılmaq,  yaxud  da  onların  üzərində  namaz  qılmaq 
mənasından  da  daha  geniş  mənaları  əhatə  edir".
211
 Amr  ibn  Dinar    qəbirlər 
arasında namaz qılmaq haqqında soruşulduqda rəvayət etdi ki, Peyğəmbər  
buyurmuşdur: "...Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirmişdilər. Bu 
səbəblə  də  Allah  onlara  lənət  etdi".
212
 Peyğəmbər    buyurdu:  "Qəbirlər 
üzərində oturmayın və onlara doğru namaz qılmayın".
213
 Ənəs  rəvayət edir 
ki, mən bir gün qəbirin yanında namaz qılırdım. Ömər  məni gördü və dedi: 
"Qəbirdən  uzaq  dur!  Qəbirdən  uzaq  dur!"
214
 Cabir    rəvayət  edir  ki, 
Peyğəmbər  qəbirləri əhəngləməyi, üzərinə oturmağı və üzərinə bina tikməyi 
qadağan etmişdir.
215
 Qəbirlər üzərində məscid tikilməsinin qadağan edilməsi - 
orada namaz qılmanın da qadağan edilməsini  bu çərçivəyə daxil edir. Çünki, 
vasitənin  qadağan  edilməsi,  onunla  qəsd  edilənə  çatmaq  istənilənin  də 
qadağan edilməsini əhatə edir. Məs: Din içki satmağı qadağan etmişdirsə, onu 
içmək qadağanı da bu çərçivəyə daxildir.  
Qəbir  Olan  Məsciddə  Namaz  –  İki  yolla  olur:  1)  Qəbir  olur,  sonradan 
üzərinə  Məscid  tikilir.  2)  Məscid  olur,  sonradan  ölünü  gətirib  orada  dəfn 
edirlər.  Peyğəmbər    qəbirlər  üzərində  ibadətgah  tikməyi  qadağan  edib. 
Həmçinin,  qəbristanlıqda  namaz  qılmağı  və  qəbirə  doğru  namaz  qılmağı  da 
haram  etmişdir.  Kim  bilə-bilə  belə  etsə  namazı  batildir  və  namzını  yenidən 
qılmalıdır.  Ona  günah  yazılır.  Bu  rəydə  olanlar  bunlardır:  İbn  Həzm,  İbn 
Teymiyyə,  İmam  Əhməd,  Şovkani,  İbn  Bəzz,  Useymin,  əl-Albani  .  İmam 
Əbu  Hənifə, İmam  Şafii, İmam  Məlik    deyirlər  ki:  “Namazı səhih olsa  da 
belə günah qazanır”. Kim ki, qəbir olan məsciddə namaz qılarsa qadağandır və 
qəbul  deyildir.  Məscidin  istənilən  tərəfində  qəbir  olarsa  orada  namaz  qılmaq 
olmaz.  İnsanlar isə  belə şeylərə çox  səhlənkar  yanaşırlar.  Belə  yerləri  bəzəyir, 
                                                        
207
 Əbu Yala "Musnəd" 66/ b, əl-Heysəmi "Məcmauz-Zəvaid" 3/ 61.  
208
 ət-Tabərani "Mucəmul-Kəbir" 3/ 145, 150, əl-Buxari "Tarixus-Sağir" 163. 
209
 İbn Hibban 343.  
210
 "Zəvacir" 1/ 121.  
211
 "Sublus-Səlam" 1/ 214.  
212
 Abdur-Razzaq 1591.  
213
 Muslim 3/ 62, Əbu Davud 1/ 71, ən-Nəsai 1/124, ət-Tirmizi 2/ 154, əl-Beyhəqi 3/ 435, Əhməd 4/ 135. 
214
 Əbu Həsən Dinəvəri, Emali Əbil-Həsən Qəzvinin məclislərindən bəzilərinin yer aldığı bir cuzdə səhih bir 
isnad ilə rəvayət etmişdir. əl-Buxari Muallaq olaraq “Fəthul-Bəri” 1/ 437, Abdur-Razzaq "Musənnəf" 1/ 404, 
1581.  
215
 Muslim 3/ 62, ət-Tirmizi 2/ 155, Əhməd 3/ 339 ,399.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə