TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə45/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   41   42   43   44   45   46   47   48   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      95 
Hər bir kəs bilməlidir ki, şirk zülmlərin zülmü, çirkin şeylərin ən çirkini və 
münkərlərin  münkəri  olduğundan  Allahın  pis  və  şiddətlə  qarşıladığı  işlərin 
başında gəlir.  Buna görə  də  Allah  şirk  əhli  üçün dünyada  və  axirətdə cəzalar 
qoymuş,  şirki  əsla  bağışlamayacağını  və  müşriklərin  də  nəcis  olduğunu 
bildirmişdir,  qurban  və  digər  kəsdiklərinin  yeyilməsini  haram  etmiş,  onlarla 
evlənməyi  və  onlarla  dostluq  etməyi  qadağan  etmiş,  onları  mələklər, 
Peyğəmbərlər və bütün möminlər üçün düşmən etmişdir; "İbrahim və onunla 
birlikdə  olanlar  (möminlər)  sizin  üçün  gözəl  örnəkdir.  O,  zaman  onlar  öz 
qövmünə  belə  demişlər:  "Şübhəsiz  ki,  bizim  sizinlə  və  sizin  Allahdan  başqa 
ibadət  etdiklərinizlə  heç  bir  əlaqəmiz  yoxdur.  Biz  sizin  dininizi  inkar  edirik. 
Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və 
nifrət olacaqdır!" (əl-Mumtəhinə 4). Peyğəmbər  buyurdu: "Uca və Böyük olan 
Allah  İslamı  qəbul  etmiş  müşrikin  əməllərini,  o,  müşrikləri  tərk  edib 
müəlmanlara  qoşulmayınca  qəbul  etməz".
199
 Onların  mal  və  qadınları  Tövhid 
əhli  üçün  halal  edilmişdir.  Nə  üçün  şirk  ən  böyük  zülmdür?  Çünki,  sən  şirk 
qoşmaqla  birbaşa  Allahın  haqqına  girmiş  olursan.  Allahın  Rububiyyət, 
Uluhiyyət  haqqına  girmiş  olursan.  Adi  bu  dünyada  olan  insanlar  şərikliyi 
qəbul  etmirlər.  İstəmirlər  ki,  kimsə  onlara  mallarında,  dövlətlərində, 
pullarında,  hansısa  bir  ticarətdə şərik olsunlar.  Bu şərikliyə  tez özündən çıxır 
və qəzəblənirlər. Lakin Allaha özü kimi bir zəlil, aciz, ehtiyacı olanı şərik qoşur 
və  bundan  heç  qəlbi  də  ağrımır  və  elə  zənn  edir  ki,  bu  ona  bağışlanacaqdır. 
Onlar  Allah  haqqında  çox  pis  bir  zənnə  qapanıblar;  "Allahı  haqqı  ilə  təqdir 
etmədilər…".  (əl-Həcc  74).  Başqasını  Allaha  şərik  qoşub  sonra  da:  “Allaha 
qurban  olum”-  deyən,  Ondan  qorxduğunu  söyləyən  Allahı  haqqı  ilə  tövhid 
etmiş olarmı?  
Qəbirpərəstlər  insanları  haqq  yoldan  çıxartmaq,  zəlalətə  sürükləmək  üçün 
bir  çox  əfsanələr  də  uydururlar  ki,  guya  filankəs  qəbrlərdən  sıxıntıdan 
qurtarmaq  üçün  kömək  istəmiş  və  o,  sıxıntıdan  qurtulmuşdur,  filan  kişi 
müsibətdən  qurtarmaq  üçün  qəbr  sahibinə  dua  etmiş  və  bu  müsibətdən 
qurtarmışdı, kimsə neçə illər övlad azsusunda olmuş və qəbr sahibindən övlad 
istəmiş onun övladı olmuşdur və s. bu kimi hekayələr onlarda çox olur. İnsan 
nəfsi  ehtiyaclarının  ödənilməsi  və  sıxıntıların  qaldırılması  üçün  çox 
düşkündür.  Xüsusən  də  çox  sıxıntı  içərisində  olan  kimsə  hər  yola  baş  vurur. 
Çətinlikdə  olan  insana  şeytan  vəsvəsə  verərək:  "Görürəsn  ki,  neçə  ildir  ki, 
sənin  övladın  olmur.  Lakin  filankəs  filan  pirə  gedən  kimi  övladı  oldu"  və  ya 
"Görürsən  ki,  Allaha  dua  edirsən  heç  sağalmırsan,  lakin  filankəs  filan  pirə 
gedib  orada  dua  edən  kimi  və  ya  (pir)  üçün  qurban  kəsən  kimi  sağaldı"- 
deyərək  insanların  qəlblərinə  şübhə  salır.  Aciz  insanda  şeytanın  hiyləsinə 
                                                        
199
 ən-Nəsai, əl-Albani "Səhih Silsilə" 3515.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      96 
aldanaraq  dərhal  Allahdan  qeyrisinə  ibadət  olunan  yerlərə  meyl  edir.  Oraya 
gedərək  aciz,  sınmış,  qırılmış,  yazıq  bir  şəkildə,  hər  şeydən  əli  üzülmüş  bir 
şəkildə  qəbr  sahibinə  boyun  əyərək  dua  edir.  Uca  Allah    da  Ondan 
uzaqlaşanı  daha  da  uzaqlaşdırar.  Necə  ki,  Allah  Qurani-Kərimdə  buyurur: 
“Hər  kəs  doğru  yol  ona  bəlli  olduqdan  sonra  Peyğəmbərə  qarşı  çıxsa  və 
möminlərin yolundan başqa bir yolla  getsə,  onu üz tutduğu  yola  yönəldər  və 
Cəhənnəmdə yandırarıq.  Ora nə  pis  dönüş  yeridir”.  (ən-Nisa 115).
 
“Biz onları 
tovlayıb  bilmədikləri  bir  yöndən  tədricən  əzaba  sürükləyirik”.  (əl-Qələm  44)
Buna  görə  də  Allah  pirə  gedən,  Allahdan  qeyrisindən  şəfa  və  digər  şeylər 
uman  insana  istədiyini  verir.  Lakin  Allahın  şəfa  və  digər  şeyləri  verməsi  o 
insan üçün bir imtahandır. Bu cahil, insan duasının qəbul olunmasında qəbrin 
rolu olduğunu zənn edir və bununla da zəlalətini artırır.  
 
QƏBRİSTANLIQDA QURAN OXUMAQ 
 
əl-Albani    "Əhkəmul-Cənaiz"  kitabında  (səh.  241-242)  deyir:  "Qəbir 
ziyarəti əsnasında Quran oxumağa gəldikdə isə bu barədə nə Sünnədə, nə də 
şəriətimizdə  heç  bir  dəlil  varid  olmamışdır.  Əgər  belə  bir  şey  şəriətdə 
bildirilmiş  olsaydı  Peyğəmbər    bunu  edər  və  səhabələrinə  də  bunu 
öyrədərdi. Peyğəmbərin  sevimli zövcəsi Aişə  ondan qəbristanlığı ziyarət 
etdikdə  nə  demək  barəsində  soruşduqda  Peyğəmbər    ona  qəbir  əhlini 
salamlamağı  və  onlar  üçün  dua  etməyi  bildirmiş,  lakin  nə  Fatihə  surəsini 
oxumağı,  nə  də  Qurandan  hər  hansı  başqa  bir  surəni  oxumağı  ona  tövsiyə 
etməmişdir. Əgər bu haqda Allah tərəfindən bir şey vəhy olunsaydı sössüz ki, 
Peyğəmbər    onu  gizlətməyib  bəyan  edərdi".  Dörd  məzhəb  və  alimlərin 
cəminə görə qəbristanlıqda  Quran oxumaq qadağandır. Necə olur ki, özlərini 
Hənəfi  sayanlar  Quran  oxuyurlar.  Halbuku,  Əbu  Hənifə    bunu  qadağan 
edib.  İmam  Əhməddən    soruşurlar:  “Qəbristanlıqda  hansı  ayəni  oxuyaq”. 
Şeyx  deyir:  “Mən  belə  bir  ayə  bilmirəm  ki,  orada  oxunsun”.  Yenə  də 
soruşurlar:  “Bir  kimsə  Quranı  götürür  və  qohumunu  ziyarət  üçün 
qəbristanlığa  gedir  ki,  Quran oxusun”.  Şeyx  deyir:  “Bidətdir”.  Qəbristanlıqda 
Quran  oxumaq  bidətdir.  İmam  Şafii    deyir  ki:  "Ölülər  onlar  üçün  oxunan 
Qurandan heç bir mükafat almırlar".
200
 İbn Teymiyyə  deyir: "İmam Şafii  
ölülər üzərində Quran oxumağı bidət sayardı".
201
 İmam Məlik  deyir:  "Mən 
bu əməli edən bir kimsə tanımıram. Məlumdur ki, Peyğəmbərin  səhabələri, 
saleh  sələflərdən  heç  kəs  bu  əməli  etməmişdir".
202
 İbn  Qeyyim    "Zədul-
                                                        
200
 Təfsir İbn Kəsir 4/ 258.  
201
 "İqtida" 182.  
202
 "əl-İhtiyaratul-İlmiyyə". 53.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə