TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə53/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   49   50   51   52   53   54   55   56   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      111 
Əbu  Bəsirin    qəbri  üzərində  bir  məscid  bina  etmişdir".  Bu  hadisə 
Hudeybiyyə  sülhü  ərəfəsində  baş  vermişdir.  Peyğəmbər    Mədinəyə 
gəldikdən  sonra  müsəlman  olmuş  qureyşli  Əbu  Bəsir  (Utbə  ibn  Useyd  əs-
Səqafi)    onun  yanına  gəldi.  Qureyş  də  onu  qaytarmaq  üçün  iki  nəfər 
göndərdi  və  onlar  Peyğəmbərin    yanına  gəlib:  "Bizimlə  bağladığın  sülh 
müqaviləsinə  görə  Əbu  Bəsiri    geri  qaytarmalısan!"-  deyə  ona  müraciət 
etdilər.  O,  Əbu  Bəsiri    həmin  iki  kişiyə  təhvil  verdi.  Onlar  Əbu  Bəsir    ilə 
Məkkəyə  yola  düşdülər  və  nəhayət  gəlib  Zul-Huleyfə  adlanan  yerə  çatdılar. 
Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir 
 onlardan birinə (Xuneyn ibn Cabirə): "Ey filankəs, Allaha and olsun ki, sənin 
bu  qılıncın  çox  gözəldir!"-  dedi.  Qılıncın  sahibi  onu  qınından  çıxardıb  dedi: 
"Doğrudan  da  bu  çox  gözəl  qılıncdır.  Mən  onu  bir  neçə  dəfə  təcrübədən 
keçirmişəm".  Əbu  Bəsir  dedi:  "Göstər  görüm  necə  qılıncdır?"  (Qılıncı  ona 
göstərdikdə  Əbu  Bəsir  )  fürsət  tapıb  qılıncı  onun  əlindən  aldı  və  nəfəsi 
kəsilənə  qədər  qılıncla  onu  vurdu.  O,  birisi  isə  (Xuneysin  mövlası)  qaçıb 
Mədinəyə  gəldi  və  tələsik  məscidə  daxil  oldu.  Peyğəmbər    onun  vahimə 
içində  yürüyə-yürüyə  gəldiyini  görüb:  "Bu  adam  nədənsə  qorxub!"  deyə 
buyurdu. O, Peyğəmbərin  yanına gəlib dedi: "Allaha and olsun ki, yoldaşım 
öldürüldü! (Qorumasanız) Mən də öldürüləcəyəm!" Bu vaxt Əbu Bəsir  gəlib 
dedi:  "Ey  Allahın  Rəsulu!  Allaha  and  olsun  ki,  artıq  O,  sənə  vədini  yerinə 
yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah 
məni onların əlindən xilas etdi". Peyğəmbər  buyurdu: "Vay bunun anasının 
halına!  Bu  müharibə  alovunu  qızışdıran  bir  kimsədir.  Əgər  bir  neçə  nəfər  də 
onunla  həmrəy  olsa  (o,  zaman  müharibə  alovu  qızışacaq  və  sülh  müqaviləsi 
pozulacaq)".  Əbu  Bəsir    bunu  eşitdikdə  onun  yenidən  müşriklərə 
qaytarılacağını  başa  düşdü  və  Mədinədən  çıxıb  dənizin  sahilinə  tərəf  getdi. 
Sonra  müşriklərdən  canını  qurtarmış  Əbu  Cəndəl  ibn  Suheyl    də  gəlib  ona 
qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsülman 
ona qoşuldu və beləliklə də onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi onlar 
hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda, 
karvanın  qabağını  kəsər  və  onları  öldürüb  mallarını  götürürdülər.  Bu 
təhlükəni  görən  Qureyş  öz  tərəfindən  bir  nümayəndəni  (Əbu  Sufyan) 
Peyğəmbərin  yanına göndərdilər. Bu dəfə Qureyş Peyğəmbəri  Allaha and 
verib  aralarında  olan  qohumluq  əlaqələrinin  hörmətinə  görə  (onların  ticarət 
karvanlarını  Əbu  Bəsir    və  onun  cəmaatından  qorumaq  üçün)  ona 
yalvardılar. Onlar Peyğəmbərə : "Bundan sonra müsəlman olaraq Məkkədən 
hicrət etmiş hər bir şəxs əmin ola bilər ki, (geri gətirilməyəcəkdir)"- deyə xəbər 
göndərmişdilər.  Peyğəmbər    səhabələrdən  birini  (bu  xoş  xəbəri  çatdırmaq 
üçün) Əbu  Bəsir  və onun cəmaatının  yanına  göndərdi  və  Uca  Allah  bu  ayəni 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      112 
nazil  etdi:  “Sizi  onların  üzərində  qələbə  çalmağa  müvəffəq  etdikdən  sonra, 
Məkkə  vadisində  onların  əlini  sizdən,  sizin  də  əlinizi  onlardan  çəkən  Odur”- 
ayəsindən:  “Kafirlər  öz  qəlbində  təkəbbürlüyə  –  cahiliyyə  lovğalığına 
qapıldıqları  zaman...”.  (əl-Fəth  24-26).  Onların  təkəbbür  və  təəssübü 
Hudeybiyyə 
müqaviləsinə 
"Bismilləhir-Rahmənir-Rahim", 
"Muhəmmədən 
Rəsulullah"  sözlərini  yazmaqdan  imtina  etmələri  və  həmin  ili  (hicrətin  altıncı 
ilində) müsəlmanların Məkkəyə daxil olub Allahın evini ziyarət etməyə razılıq 
verməmələri idi.
262
 Hədis əl-Buxari,  Muslim  və s. səhih  və sünənlərdə:  "Onun 
qəbri  üzərində  bir  məscid  bina  etmişdir"  cümləsi  əlavə  olunmadan  rəvayət 
edilmişdir. Bu cümlə mudaldır, hətta münkər bir rəvayətdir.
263
  
Altıncı  Şübhə  Və  Cavabı  -  Qəlblərə  şübhə  salan  bəziləri  qeyd  edirlər  ki, 
qəbirlərin  məscid  halına  gətirilməsində  olan  qadağa,  ancaq  qəbirdə  olan 
kimsəyə  görə  fitnəyə  (şirkə)  düşmə  qorxusuna  bağlı  bir  şeydir.  Artıq  Tövhid 
möminlərin qəlblərində yerləşdiyinə görə bu fitnə ortadan qalxmışdır. Bu kimi 
şübhələr  batil  və  əsli  olmayan  şübhələrdir.  İbrahimdən    sonra  artıq  kim 
əmin  ola  bilər.  Nə  qədər  Tövhid  əhli  olsa  da  belə,  heç  kəs  şirkə 
düşməyəcəyindən  əmin  ola  bilməz.  İbrahim    dua  edərək:  "…Məni  və 
övladlarımı  bütlərə  tapınmaqdan  uzaq  elə!"  (İbrahim  35).  Abdullah  ibn 
Şurahbil ibn Həsən rəvayət edir: "Osmanın  qəbirləri dümdüz edilmə əmrini 
verdiyini  gördüm.  Ona:  “Bu  sənin  qızın  Ummu  Əmrin  qəbridir”-  deyildi.  O, 
yenə  də  onun  düzəldilməsini  əmr  etdi".
264
 Aliyyul-Kari  "Mirqat"da  (2/  372) 
deyir:  “Elm  adamları  “qəbrin  bir  qarış  yüksəldilməsi  müstəhəbdir”.  Əbu 
Burda    rəvayət  edir  ki,  Əbu  Musa    ölüm  döşəyində  ikən  tövsiyə  etdi: 
“Cənazəmi  götürdükdə  tez-tez  yeriyin.  Qəbrimə  mənimlə  torpağın  arasına 
girəcək heç bir şey qoymayın. Qəbrimin üzərinə bina tikməyin. Ölümümə görə 
saçını qırxan, səsini yüksəldən və üst-başını cıran qadınlardan uzaq olduğuma 
sizi şahid tuturam”. Yanında olanlar dedilər: "Bu haqda bir şeymi eşitdin?" O: 
"Bəli,  Peyğəmbərdən  "-  deyə  cavab  verdi”.
265
 Ənəs    qəbirlər  arasında 
məscid tikilməsini məkruh (haram) görürdü.
266
 Nəfi  rəvayət edir ki: “Ömər 
  bəzi  kimsələrin  altında  beyət  edilən  ağaca  gedib-gəldiklərini  eşitdikdə  o, 
ağacın kəsilməsini əmr etdi və ağac kəsildi”.
267
 Səhih odur ki, Nəfi  rəvayət 
edir:  İbn  Ömər    dedi:  “(Hudeybiyyə  sülhündən)  sonrakı  il  təkrar  oradan 
keçdikdə, altında beyət etdiyimiz ağacın hansı olduğu haqqında aramızdan iki 
nəfər də belə bir fikirə gələ bilmədi. Bu Allahın bir rəhməti idi". əl-Albani   
                                                        
262
 əl-Buxari 2731, Muslim 1783. 
263
 Bu haqda geniş məlumat üçün bax: əl-Albani "İslamda Qəbirçiliyin Sakıncaları" hədis yayınları.  
264
 İbn Əbi Şeybə "Musənnəf" 4/ 138, Əbu Zura "Tarix" 66/ 2, 121/ 2.  
265
 Əhməd 4/ 397.  
266
 İbn Əbi Şeybə 2/185, Fəthul-Bəri 65/ 81/ 1 "əl-Kəvakib".  
267
 İbn Əbi Şeybə (2/ 84/ 1) rəvayət etdi və ravilərin hər biri siqadır. Lakin Nəfi ilə Ömər  arasında kəsiklik 
vardır. Bu da hədisin zəif olduğunu göstərir.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə