TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə61/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   57   58   59   60   61   62   63   64   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      127 
sevməyə  görə  insan  məzəmmət  olunmur.  Lakin  nə  vaxt  məzəmmət  olunur? 
Əgər  bu  kimi  şeylər  Allahı  sevməkdən,  zikr  etməkdən  yayındırarsa,  sevgini 
Allahın  sevgisi  üstünə  qoyarsa  artıq  büyük  bir  günah  etmişdir;  "Ey  iman 
gətirənlər!  Nə  mal-dövlətiniz,  nə  də  oğul-uşağınız  sizi  Allahın  zikrindən 
yayındırmasın!  Hər  kəs  bunu  etsə  belələri  əsl  ziyana  uğrayanlardır".  (əl-
Munafiqun  9).  İbn  Məsud    deyir:  "Nə  vaxt  Quranda  Yə  Əyyuhəl-Ləzinə 
gəldisə diqqətli ol! Burada ya səni xeyirə çağıran əmr vardır, ya da səni şərdən 
çəkindirən qadağa vardır"; "O, kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı 
zikr  etməkdən,  namaz  qılmaqdan  və  zəkat  verməkdən  yayındırmaz".  (ən-Nur 
37). Bunların  hər  biri  öz-özlüyündə ibadət  deyildir,  lakin Allah  üçün  edilərsə 
ibadət sayılar.  
Allahdan  Qeyrisini  Sevməkdə  Olan  Məhəbbət:  Allahdan  qeyrisini  ibadət 
niyyətilə  (Allahla  birlikdə  və ya  Allah  kimi sevmək)  sevmək  -  müşriklərin öz 
bütlərini  sevmələridir.  Allahla  bərabər  öz  bütlərini  də  sevirlər.  Qəbir 
sahiblərinə ibadət etdikdənlərini görsən, sənə aydın olar ki, istənilənə çatmaq 
üçün qəbirlərə necə can atır, ibadət edir, oraları təmizləyir və qoruyurlar. Kim 
ibadət olan sevgini Allahdan  qeyrisinə  həsr  edərsə  artıq  böyük  şirk  etmişdir. 
Bu  da  Allahın  bağışlamadığı  böyük  şirkdir;  “İnsanlardan  elələri  də  vardır  ki, 
Allahdan  qeyrilərini  Ona  tay  tutur, onları da  Allahı  sevdikləri  kimi  sevirlər. 
İman  gətirənlərin  isə  Allaha  olan  sevgisi  daha  güclüdür.  Kaş  zülm  edənlər 
əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və 
Allahın  şiddətli  əzab  verdiyini  görəydilər”.  (Bəqərə  165).  "De  ki:  “Əgər 
atalarınız,  oğullarınız,  qardaşlarınız,  övrətləriniz,  qəbiləniz,  qazandığınız 
mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə 
Allahdan,  Onun Peyğəmbərindən və  Allah yolunda  cihad  etməkdən  əzizdirsə, 
Allahın  əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz". 
(ət-Tövbə 24). "(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın 
Allaha  və  Onun  Peyğəmbəri  əleyhinə  çıxanlarla  –  öz  ataları,  oğulları, 
qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar 
elə  kimsələrdir  ki,  Allah  onların  qəlblərinə  iman  yazmış  və  öz  dərgahından 
onlara  güc  vermişdir.  Allah  onları  altından  çaylar  axan  Cənnətlərə  daxil 
edəcəkdir.  Onlar  orada  əbədi  qalacaqlar.  Allah  onlardan,  onlar  da  Allahdan 
razıdırlar.  Onlar  Allahın  firqəsidirlər.  Bilin  ki,  Allahın  firqəsi  məhz  onlar, 
nicat tapıb əbədi səadətə qovuşanlardır". (əl-Mücadələ 22). "Onlar orada çənə-
boğaz olub deyərlər: "Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz 
sizi aləmlərin Rəbbi ilə bərabər tutduq". (əş-Şüəra 97). Ayədən göründüyü kimi 
onlar Allahı sevirdilər, lakin bununla yanaşı öz bütlərini də sevirdilər. Bəs öz 
bütlərini Allahdan daha çox sevən və öz bütlərindən başqa heç kəsi sevməyən 
kimsə barəsində nə demək olar? Hər bir şeyin əsasında məhəbbət vadır. Əgər 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      128 
bir  kimsə  hər  hansısa  bir  bəlanın  qaldırılması,  ehtiyacın  ödənilməsi  üçün 
qəbirə doğru yönəlirsə deməli o, kimsəyə qarşı məhəbbəti vardır. Allahı sevən 
kimsə  hər  bir  şeydə  yalnız  Allaha  yönələr.  Allaha  qarşı  məhəbbət  odur  ki, 
insanın  qəlbində  Allahdan  qeyrisinə  məhəbbət  qalmır.  Qəlbində  nə  qədər 
sevgi varsa Allaha yönəldir.  
Onlar  ilahlarını  yaratmaqda,  ruzi  verməkdə,  öldürməkdə,  diriltməkdə, 
mülkdə,  qadir  olmaqda  Allaha  bərabər  tutmayıblar.  Onlar  Allaha  sevgidə, 
təzimdə  bərabər  tutublar.  Sənin  kimi  aciz  bir  qul  aləmlərin  Rəbbi,  hər  şey 
Əlində  olan  ilə  necə  bərabər  tutula  bilər.  Sənin  kimi  hər  şeyə  möhtac  olan 
möhtacsıza  (Allaha)  bərabər  tutula  bilər.  Məxluqu  Allaha  bərabər  tutduğuna 
görə,  bundan  da  daha  böyük  və çirkin  bir  zülm ola  bilərmi;  "Göyləri  və  yeri 
xəlq  edən,  zülmətləri  və  nuru  yaradan  Allaha  həmd  olsun!  (Bu  qüdrəti 
gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tutarlar". (əl-Ənam 
1). Bu elə bir bərabərlikdir ki, ən böyük zülmü, çirkinliyi əhatə edir; “Ey iman 
gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi 
və  Onu  sevən,  möminlərə  qarşı  mülayim,  kafirlərə  qarşı  isə  sərt  olan,  Allah 
yolunda  cihad  edən  və  tənə  edənin  tənəsindən  qorxmayan  bir  camaat  gətirər. 
Bu,  Allahın  lütfüdür,  onu  istədiyinə  verər.  Allah  hər  şeyi  Əhatəedəndir, 
Biləndir”. (əl-Maidə 54). Bu ayədə məhəbbətin dörd əlaməti qeyd olunmuşdur: 
1)  Allah  onları,  onlar  da  Allahı  sevərlər.  2)  Onlar  möminlərə  qarşı  mülayim, 
kafirlərə  qarşı  sərt  olarlar.  3)  Allah  yolunda  vuruşarlar.  4)  Heç  kəsin 
tənəsindən qorxmazlar.  
İnsanlar bir-birilərini dünya malına görə, hansısa bir vəzifəyə görə sevir və 
əlaqələr  saxlayırlar.  Bütün  bunlar  bitdikdə  o,  dostluq  da  bitəcəkdir.  Yalnız 
Allah  xatirinə  olan  dostluqdan  başqa:  "Müttəqilər  müstəsna  olmaqla,  o  gün 
dostlar  bir-birinə  düşmən  kəsiləcəklər".  (əz-Zuxruf  67).  "Sizin  haminiz  ancaq 
Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir". (əl-Maidə 55).  
Dostluq  İki  Qismə  Bölünür:  1.  Allahın  bəndəsini  Özünə  dost  tutması; 
"Allah  Ona  inananların  dostudur.  Onları  zülmətdən  çıxarıb  işığa  tərəf 
yönəldər. Kafirləri dostu isə şeytandır. Onları nurdan ayırıb zülmətə salarlar". 
(əl-Bəqərə 257).  2.  Bəndənin  Allahı özünə  dost  tutması;  "Hər  kəs  Allahı,  Onun 
Peyğəmbərini və iman gətirənləi özünə dost tutsa, şübhəsiz ki, qələbə çalanlar 
məhz Allahın firqəsidir". (əl-Maidə 56).  
 
HƏQİQİ SEVGİ UCA SEVDİYİNİ TƏKLƏŞDİRMƏYİ 
TƏLƏB EDİR 
 
Bunu  bildikdən  sonra  insanın  qəlbində  Allahı  sevməklə  digər  (surətlərə, 
şəkillərə) olan eşq bir yerdə olması heç vaxt mümkün deyil. Bunların ikisi də 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə