TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə58/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   54   55   56   57   58   59   60   61   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      121 
və  ya  səhər  vaxtlarında  dua  etməkdən  daha  sevimli  göstərərək  insana  hiylə 
qurur. Allah Qorusun!  
 
BU BÜTLƏR SİZİN VƏ ATALARINIZIN QOYDUĞU 
ADLARDAN BAŞQA BİR ŞEY DEYİLDİR 
 
“Onlar  sizin  və  atalarınızın  qoyduqları  adlardan  başqa  bir  şey  deyildir. 
Allah  onlar  haqqında  heç  bir  dəlil  nazil  etməmişdir”.
 
(ən-Nəcm 19-23). Onlar 
Rəblərinin Kitabı və Nəbilərinin sünnəsindən uzaqlaşdıqları üçün öz ağıllarına 
və  nəfsi  istəklərinə  uydular.  Sıratal-Mustəqimdən  ayrıldıqca  azmağa 
başladılar. Allah və Onun  Rəsulunun  hökmünün önünə keçdilər. Beləcə də 
nəsildən-nəsilə  zəlalətə  düşdülər.  İxtilaf  edib  firqələrə  bölündülər.  İbn 
Teymiyyə    deyir  ki:  "Kim  nübuvət  cizgisindən  ayrılarsa  şirkə  və  digər 
günahlar  içərisinə  düşər.  İnsanların  inanclarında  şirk  yox  idi.  Adəm    və 
uşaqları  Allahı  tövhid  etmək  inancında  idilər.  İnsanlar  tək  bir  ümmət  idilər 
sonra ixtilafa düşdülər; "İnsanlar  (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir 
dində  idilər).  Sonra  (aralarında  ixtilaf  düşdüyü  üçün)  ayrıldılar".  (Yunus  19). 
"İnsanlar tək bir ümmət idilər". (əl-Bəqərə 213). İbn Abbas   deyir: "Adəm ilə 
Nuh  arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövrdə yaşayan 
insanların  hamısı  da  Allahın  şəriətində  idilər.  Onların  hamısı  İslam  dinində 
idilər.  Daha  sonra  ixtilafa  düşdülər.  Rəsulların  şəriətlərinə  tabe  olmağı  tərk 
etdikləri  üçün  şirkə  düşdülər.  Allah  da  müjdələyən  və  qoxudan  Rəsullar 
göndərdi.  Göndərilən  ilk  Rəsul  isə  Nuh    idi".
278
 Peyğəmbər    Uca 
Rəbbindən  buyurur:  "Mən  qullarımı  həniflər  (doğru  inanc  sahibləri)  olaraq 
yaratdım.  Lakin  şeytanlar  gələrək  onları  dinlərindən  uzaqlaşdırdılar.  Halal 
qıldığım şeyləri onlara haram qıldılar. Haqqında bir dəlil endirmədiyim şeyləri 
Mənə şirk qoşmalarını əmr etdilər".
279
 Peyğəmbər  buyurdu: "Hər bir doğulan 
uşaq fitrət  üzrə  doğulur.  Bundan  sonra  ana  və atası  (yəhudi isə) onu  yəhudi, 
(xristian  isə)  onu  Xristian,  (məcusi  isə)  onu  məcusi  edirlər…”.  Bundan  sonra 
Əbu  Hureyra    dedi:  İstəsəniz:  “Sən  bir  hənif  kimi  üzünü  dinə  tərəf  çevir! 
Allahın  insanlara  –  xəlq  etdiyi  şüurlu  məxluq  kimi  verdiyi  fitrət  budur. 
Allahın  yaratdığını  heç  cür  dəyişdirmək  olmaz.  Doğru  din  budur,  lakin 
insanların  çoxu  bunu  bilmir”.  (ər-Rum  30).
280
 "Və  (öz  tabeçiliyində  olanlara) 
dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu 
və  Nəsri  atmayın".  (Nuh 23).  İbn  Abbas   rəvayət  edir  ki,  bunlar  Nuhun   
qövmünün  əməlisaleh  insanları  idilər.  Onlar  öldükdən  sonra  şeytan  onların 
                                                        
278
 İbn Kəsir 1/ 250, Məcmuul-Fətava 20/ 106.  
279
 Muslim 8/ 159, Əhməd 4/ 162, İbn Əsakir 15/ 328/ 1.  
280
 əl-Buxari 11/ 418, Muslim 18/ 52, əl-Albani "İrva" 1220.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      122 
yaşadığı  qövmün  insanlarına  vəsvəsə  edir  ki,  onların  toplandıqları  yerlərdə 
heykəllərini  ucaltsınlar  və  onların  adlarını  həmin  heykəllərə  versinlər.  Onlar 
da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara 
ibadət  olunmadı.  (Uzun  müddət  keçdikdən  sonara)  elm  unudulduqda  o, 
heykəllərə  ibadət  etməyə  başladılar.
281
 Abd  ibn  Humeyd,  Əbu  Mutahhardan 
rəvayət  edir  ki,  Əbu  Cəfər  (Bəkirin)  yanında  Yezid  ibn  Muhəlləbdən  bəhs 
edildi.  Əbu  Cəfər:  "O,  Allahdan  başqa  ilk  ibadət  edilən  yerdə  öldürüldü”- 
dedi. Sonra Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü 
tərəfindən  sevilirdi.  O,  ölüncə  Babil  torpaqlarında  qəbrinin  ətrafında 
toplandılar  və  onun  ölümünə  üzüldülər.  İblis  onların  Vəddə  üzüldüklərini 
gördükdə dedi: "Sizin buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir 
surətini çəkməmi istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və 
onun  sayəsində  Vəddi  xatırlayacaqsınız".  Onlar  da:  “Bəli,  çək”-  dedilər.  İblis 
onlara  Vəddin  bir  surətini  çəkdi.  Onlar  da  onun  surətini  toplandıqları  yerə 
qoydular  və  onu  xatırlamağa  başladılar.  Onların  Vəddi  xatırladıqlarını 
gördükdə  bu  dəfə  dedi:  "Sizin  hər  birinizin  evində  belə  bir  heykəl 
düzəltməyimə  nə  deyirsiniz?  Beləcə  bundan sizin  hər  birinizin  evində olacaq 
və onu xatırlayacaqsınız". Onlar: "Bəli, olar"- dedilər. Hər ev əhlinə onun kimi 
bir  heykəl  düzəltdi.  Onlar  da  bu  heykələ  yönəldilər.  Heykəl  vasitəsilə  Vəddi 
xatırlamağa başladılar. Onların uşaqları böyüdü. Atalarının bu heykəllə nə cür 
davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub 
getdi. Sonda isə onu Allahdan başqa ilah halına gətirdilər. Allahdan başqa yer 
üzündə  ilk  ibadət  edilən  şey  Vəddin  adı  verilən  Vədd  bütüdür".
282
 Bu  cür 
kimsələr ölmüş insanlara göstərdikləri qayğını sağ olanlara göstərdiklərindən 
də çox edirlər. Buna görə də şair deyir ki: "Ölülərə qibtə edirəm, kaş ki, onlara 
çəkilən xərc mənə çəkilərdi".  
Allahın    isimlərini  bütlərə  qoymaq.  əl-Lat,
283
 əl-Uzza  və  Manat  ərəb 
bütpərəstlərinin  əsas  bütləri  idi.  əl-Lata  Səqif  qəbiləsi,  əl-Uzzaya  Qureyş  və 
Bəni  Kinanə  qəbilələri,  Manata  Bəni  Hilal,  Əus  və  Xəzrəc  qəbilələri  ibadət 
edirdilər.  Allahın  əl-İlah  adını,  əl-Lat  adı  ilə  dəyişərək  öz  bütlərinə 
qoymuşdular.  əl-Lat  –  Taif  şəhərində  ağ  dağın  adı  idi.  Səqif  qəbiləsindən 
olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam  deyir: "Peyğəmbərin  əmri 
ilə  Muğirə  ibn  Şöbə  və  Əbu  Sufyan  ibn  Hərb    onu  yandırıb  dağıdırlar. 
                                                        
281
 əl-Buxari 4920. 
282
 Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibu Dərari" 6/ 112/ 2. 
283
 İbn Cərir ət-Təbəri Sufyan əs-Sourinin Mənsura  istinadla Mucahiddən etdiyi rəvayətdə  Mucahidin: "Bir 
deyin görək Lat və Uzza nəyə qadirdir"- ayəsinin şərhində deyir ki: "O (Lat, Uzza), həmişə onlar üçün sıyıq 
bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". İbn Abbas  deyir ki: "O, ziyarətçilər 
üçün sıyıq hazırlayardı".  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə