TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə60/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   56   57   58   59   60   61   62   63   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      125 
səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər 
göndərdiksə,  onun  naz-nemət  içində  yaşayan  başçıları  sadəcə  olaraq:  “Biz 
atalarımızı  bir  din  üzərində  gördük  və  biz  də  onların  yolu  ilə  gedəcəyik”– 
deyirlər.  Əgər  sizə  atalarınızın  sitayiş  etdiyini  gördüyünüz  dindən  daha 
doğrusunu  gətirmiş  olsam  necə?  Yenə  də  atalarınızın  yolunumu  tutacaqsınız 
(Biz  sizinlə  göndərilənləri  inkar  edirik  –  dedilər)".  (əz-Zuxruf  23).  Siz  ata-
babalarınızın  yolu  ilə  gedin,  biz  isə  Allah  və  Onun  Rəsulunun    yolu  ilə 
gedəcəyik. 
 
MƏHƏBBƏTDƏ VƏ TƏZİMDƏ ŞİRK 
 
Məhəbbət  -  odur  ki,  insanı  hərəkət  etməyə  məcbur  edir.  Dünyəvi  bir  şeyi 
sevən ona görə də hərəkət edəcəkdir. Elmi sevən ona da can atacaqdır, Allahı 
ibadət  ilə  sevən  qorxu,  ümüd  ilə  Allahın  razılığını  qazanmaq  üçün  çalışar. 
Allahın qadağalarından, qəzəbli olduğu şeylərdən qaçar, Peyğəmbəri  sevən 
isə  onun  sünnəsi  ilə  yaşayar,  sünnəsi  ilə  əməl  edər.  Ona  görə  də  bidətçi 
dedikdə ki: “Mən Peyğəmbəri  sevirəm” – o, yalançıdır. Peyğəmbəri  sevən 
onun dediklərini edər, bidət etməz. Allah və Onun Rəsuluna  olan sevgi hər 
şeydən  irəlidə  dayanmalıdır.  İmanın  şirinliyi  bunları  sevmədikcə  dadılmaz. 
İman  da  bu  iki  şeylə  kamil  olar.  Allah  üçün  sevir,  çünki  Allah  sevməyi  əmr 
edib, Allah üçün nifrət edir, çünki Allah onları sevməməyi əmr edib. Fovzan – 
hafizahullah - deyir: “Allah üçün kafirlərə nifrət nə deməkdir? Ona görə yox ki, 
sən onlarla döyüşürsən, ona görə yox ki, səndən nə isə alıblar, ona görə yox ki, 
sənə  qaşı  zülm  olunub.  Bu  təbii  bir  nifrətdir.  Allah  səndən  bu  nifrəti  tələb 
etmir. (Kimsə hər hansı bir insanı vursa, ona qarşı nifrət oyanacaqdır) Allahın 
tələb  etdiyi  nifrət  onların    ِ  ِAllaha  şərik  qoşmaları,  Onun  haqqını 
tapdaladıqlarına  görədir”.  Onun  nifrətə  layiq  olması  Allahın  qadağalarını 
etməsinə, əmrlərini isə tərk etdiyinə görə olur.  
Məhəbbətin  Bir  Neçə  Növü Vardır:  Bunları  bilmək  və onların  arasını  ayırd 
etmək  hər  kəsə  mühümdür.  İnsanların  çoxları  da  bu  məhəbbətin  aralarını 
ayırd  edə  bilmədiklərinə  görə  azmışlar.  1)  İbadət  olan  məhəbbət.  Allahı   
sevmək. Tövhidin əsli və ruhu - bütün sevginin xalis bir şəkildə sırf Allah üçün 
olmasıdır.  Allah  sevgisi  ilah  və  məbud  olaraq  Allahın  qəbul  edilməsinin 
təməlidir.  Hətta  sevgi  ibadətin  həqiqətidir.  Qulun  Rəbbinə  olan  sevgisi 
mükəmməl  olmadıqca  Tövhidi  də  mükəmməl  olmaz.  Mükəmməl  bir  sevgiyə 
sahib olmaq üçün Allah sevgisini bütün sevgilərin önündə və üstündə olması 
lazımdır.  Bütün  sevgilər  üzərində  Hakim  olmalıdır.  Bütün  sevgilərin  Onun 
sevgisinə  tabe  olması  lazımdır.  İbn  Abbas    rəvayət  edir  ki,  Rəsulullah   
buyurdu:  "Rəbb  olaraq  Allahdan,  din  olaraq  İslamdan  və  Rəsul  olaraq 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      126 
Muhəmməddən  razı olan  kimsə  imanın  şirinliyini,  tamını  tapar".
289
 2)  Allahın 
sevdiklərini  sevmək  və  Allah  üçün  sevmək  (əməlləri,  şəxsləri).  İnsanı  İslama 
salan  və  küfürdən  çıxardan  budur.  Qul  Allahın  sevdiyi  əməlləri  və  şəxsləri 
sevir,  Allahın  nifrət  etdiyi  əməllərə  və  şəxslərə  nifrət  edir.  Allahın  dost 
etdiklərini  dost,  Allahın  düşmən  etdiklərini  də  düşmən  bilir.  Beləcə  qulun 
iman  və  Tövhidi  kamil  olur.  İnsanlar  içərisində  Allaha  ən  sevimlisi  bu 
məhəbbətdə ən güclü olandır. Yəni Allahın sevdiklərini sevən kimsədir. Onları 
nə  üçün  sevir?  Çünki,  onları  sevməyi  Allah  əmr  etmişdir.  Əbu  Hureyra   
rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  "Sizdən  hər  hansı  bir  kimsə  məni 
uşaqlarından,  valideyinlərindən  və  cəmi  insanlardan  çox  sevmədikcə  iman 
etmiş  olmaz  (bütün  bunlardan  sevimli  olmadıqca)".
290
 Abdullah  ibn  Hişam   
rəvayət edir ki, Peyğəmbər  ilə birlikdə idik. Bu an Ömərin  əlini tutmuşdu. 
Ömər  :  “Ey  Allahın  Rəsulu!  Şübhəsiz  mən  səni  öz  nəfsimdən  başqa  hər 
şeydən çox sevirəm”- dedi. Peyğəmbər : “Nəfsim əlində olana and olsun ki, 
öz nəfsindən də çox sevmədikcə (imanın kamil) olmaz”- deyə buyurdu. Ömər 
: “Bu andan – Allaha and olsun ki – səni öz canımdan daha çox sevirəm”- dedi. 
Peyğəmbər  :  “İndi oldu,  Ey  Ömər!”-  deyə  buyurdu.  "Peyğəmbər  möminlərə 
öz  nəfislərindən  də  yaxındır".  (əl-Əhzab  6).
291
 İbn  Abbas    rəvayət  edir  ki, 
Rəsulullah    buyurdu:  "Kim  Allah  üçün  sevər,  Allah  üçün  nifrət  edər,  Allah 
üçün  verər  və  Allah  üçün  qadağan  edərsə  imanı  tamamlanmış  olar".
292
 İbn 
Abbas    rəvayət  edir  ki, Rəsulullah    buyurdu:  "Allahın  dostluğuna yalnız  - 
Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün dost olan və Allah üçün 
düşmənlik  edən  nail  ola  bilər.  Belə  olmadıqca  imanın  dadını  almış  olmaz. 
İnsanlar arasında qardaşlıq yalnız dünya malına görə olmuşdur. Bu isə əhlinə 
heç  bir  fayda  gətirməz".
293
 3)  Ehtiram,  şəfqət,  mərhəmət  olan  məhəbbət 
(böyüklərə,  elm  əhlinə)  və  s.  Peyğəmbər    buyurdu:  "Böyüklərimizə  hörmət 
etməyən,  kiçiklərimizə  rəhm  etməyən  və  alimlərimizin  haqqını  ödəməyən 
bizdən  deyildir".
294
 (Bəzi  rəylərə  görə:  Allah  üçün  sevmək.  Bu  da  Allahın 
sevdiyi  şeyləri  sevməyə  tabedir.  İnsan  Allah  üçün  sevmədikcə  Allahın 
sevdiklərini  sevmək  düzgün  olmaz).  4)  Təbii  məhəbbət.  Bu  da  insanın  öz 
təbiətinə,  fitrətinə  meyl  etdiyi  şeyləri  sevməsidir.  Susuz  insanın  suyu,  acmış 
insanın yeməyi, insanın öz övladlarını, yoldaşını, ata və anasını sevməsi və s. 
Bu  sevgi  növü  ibadət,  qorxu  rəca  deyildir.  Dünyaya  görədir.  Bu  kimi  şeyləri 
                                                        
289
 Muslim 34. 
290
 əl-Buxari 15, Muslim 44, İbn Məcə 67, əd-Dərimi 2741, Musnəd 3/ 207, 275, 278. 
291
 əl-Buxari 6632.  
292
 Əhməd  3/  438,  440,  Əbu  Davud  4681,  ət-Tirmizi  2521,  əl-Albani  "Səhih  Hədislər  Silsiləsi"  380,  "Səhih 
Cəmius Səğir" 5965, "Mişkətul-Məsabih" 30, 31. 
293
 ət-Tabərani  “Mucəmul-Kəbir”  12/  417,  Əbu  Nuaym  “Hilyə”  1/  312,  İbn  Mubarək  “Zuhd”  337,  İbn  Əbi 
Dunyə “İhvan” 22, əl-Albani “Səhih” 1728.  
294
 Əhməd 5/ 323, Mustədrək 1/ 211.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə