TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə57/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   53   54   55   56   57   58   59   60   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      119 
göstərsəydi, biz də sizə göstərərdik. İndi ağlayıb sızlasaq da, səbr etsək də, fərq 
etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir qurtuluş, heç bir sığınacaq 
yoxdur”.  İş  bitdikdə  (Cənnətlilər  Cənnətə,  Cəhənnəmliklər  Cəhənnəmə  daxil 
olduqda)  Şeytan  (onu  məzəmmət  edən  kafirlərə)  belə  deyəcəkdir:  Allah 
(Peyğəmbərlər  vasitəsilə)  sizə  (pis  əmələrinizə  görə  Cəhənnəmə  düşəcəyiniz  barədə) 
doğru  vəd  vermişdi.  Mən  də  sizə  vəd  vermişdim.  Amma  sonra  vədimə  xilaf 
çıxdım.  Əslində  mənim  sizin  üzərinizdə  heç  bir  hakimiyyətim  yox  idi.  Lakin 
mən  sizi  (günah etməyə, Allaha asi olmağa)  çağırdım,  siz  də  mənə uydunuz.  İndi 
məni  yox,  özünüzü  qınayın.  Nə  mən  sizin  dadınıza  çata  bilərəm,  nə  də  siz 
mənim  dadıma.  Mən  öncə  (dünyada)  sizin  məni  Allaha  şərik  qoşmağınızı  da 
inkar etmişdim. Həqiqətən zalimləri şiddətli bir əzab gözləyir". (İbrahim 21-22).  
 
QƏBİRPƏRƏSTLƏRİN AĞILLARINI BAŞLARINDAN 
ALAN ŞEY NƏDİR? 
 
Tövhiddən  üz  çevirən  bu  sifəti  istəsə  də,  istəməsə  də  belə  müşrik  və 
kafirdir. Sünnədən üz çevirən də yenə istəsə də, istəməsə də belə bidətçidir və 
zəlalət  əhlidir.  Səbəb:  Allahın,  Rəsulu  ilə  göndərdiyi  həqiqətdən  cahil 
olmalarıdır.  Bütün  bu  cahil  fikirlərin  yaranmasına  səbəb  onların  Allahın  və 
Onun  Rəsulunun    gətirdiklərinə  arxa  çevirmələri,  qıt,  naqis  ağıllarını 
işlətmələri,  uydurma  hədislərə,  rəvayətlərə  və  heç  bir  əsası  olmayan  xalq 
hekayələrinə  söykənmələridir.  Həmçinin,  “biz  ata-babalarımızı  bu  cür 
görmüşük”,  “filan  şeyx,  filan  molla  belə  deyib”,  xurafat  və  boş-boş  sözlərə 
əsaslanmları və onları təqlid etmələridir. Qəbirpərəstlərin Rəsulullaha  iftira 
etdikləri  uydurma  hədislər  də  bu  səbəblərdən  biridir.  "Hər  bir  şey  sizə  ağrı 
verdikdə  qəbir əshabına  sığının".
276
 Qəbirpərəstlərin  uydurduğu  hekayələr ki, 
darlıq içində olan filankəs, filan kimsənin pirinə, ocağına getmiş və qurtulmuş 
və ya on il uşağı olmurdu, filankəsin pirinə getdikdən sonra uşağı olub və ya 
Sufyan  əs-Səuri    deyir:  "Dəməşq  məscidində  qılınan  namaz  otuz  min 
namaza bərabərdi".
277
  
Muhəmməd  Cəmil  Ziynu  -  hafizahullah  -  deyir:  "Biz  Peyğəmbərlərin 
möcüzələrini  və  övliyaların  kəramətini  inkar  etmirik.  Lakin  biz  onları  Allaha 
şərik  qoşulmasını, Allaha  dua  edildiyi  kimi onlara  da  dua  edilməsinə, onlara 
qurban və nəzir kəsilməsinə qarşı çıxırıq.  Övliyaların qəbirlərinə o qədər pul, 
qızıl  sərf  edildiyi  halda  elə  kasıblar  vardır  ki,  heç  bir  günlük  yeməyi  də 
yoxdur.  Şair  deyir  ki:  "Dirilərimizə  bir  dirhəm  verilmir.  Ölülərimizə  isə 
miliyon  sərf  edilir".  Allahdan  qeyrisinə  ibadət  olunan  yerlərin  əksəriyyəti 
                                                        
276
 Uydurma bir hədisdir. İbn Teymiyyə "Təvəssül vəl-Vəsilə" s. 297.  
277
 İbn Abidin "Əxbəru Duvəl" 1/ 41 zəif və uydurma.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      120 
yalançılar  və  fırıldaqçılar  tərəfindən  sərvət  toplamaq  məqsədilə  tikilmiş 
yerlərdir. Buna iki misal çəkək: Tələbə yoldaşım mənə danışdı ki, bir sufi şeyxi 
evimizə  gəlib  anamdan  yaşıl  bayraq  almaq  üçün  pul  tələb  etdi.  Bu  bayraq 
müəyyən bir küçədə vəli yaşayan evin nişanəsi olmalı idi. Anam ona pul verdi. 
O, yaşıl parça alıb bayraq düzəldir və onu divarın küncünə sancır. Cəmaata da 
car  çəkir  ki:  "Burada  Allahın  övliyalarından  biri  olub.  Mən  onu  yuxuda 
görmüşəm.  (Mənə  dedi  ki,  buranı  ibadətgah  et.  İnsanlar  burada  şəfa 
tapacaqlar). Bu yolla sərvət tolamağa başlayır".  
İki çox kasıb dost bir-birilə rastlaşır və hər ikisi də öz vəziyyətlərindən acı-
acı danışırlar. Onlar eşidirlər ki, filan övliyanın qəbrinin üstünə insanlar axın-
axın gələrək sərvət qoyurlar və belə qərara gəlirlər ki, bir vəli (övliya, seyyid) 
qəbri düzəltsinlər və bununla da pul qazansınlar. Dərə qazaraq bir eşşəyi tutub 
kəsərək  onun  içinə  qoyurlar.  Üstündə  də  bir  qübbəli  məzar  düzəldirlər. 
Onların  hər  biri  qəbir  üstə  oturaraq  onu  öpür,  əl  sürtür  və  gəlib  gedənləri 
inandırmağa  çalışırlar  ki,  bu  filan  övliyadır,  sonsuz  kəramət  sahibidir. 
İstədiyinə  şəfa,  övlad  və  s.  verir.  Sözsüz  ki,  belə  söhbətləri  də  şeytan  camaat 
arasında tez yayır və insanlar da axışaraq bu ocağa, pirə gəlməyə başlayırlar. 
Ad da qoyurlar ki, filankəsin piri, filankəsin ocağı və s. "Allaha  iftira yaxan, 
özünə  heç  bir  vəhy  olunmadığı  halda  mənə  də  vəhy  olunmuşdur.  Mən  də 
Allahın nazil etdiyi kimi bir kitab endirəcəyəm deyən şəxsdən daha zalim kim 
ola  bilər".  (əl-Ənam  93).  "Heç  bir  biliyi  olmadan  insanları  azdırmaq  üçün 
yalan  uyduran  şəxsdən  daha  zalim  kim  ola  bilər.  Həqiqətən  Allah  zalimlər 
tayfasını düz yola yönəltməz". (əl-Ənam 144).  
Həmçinin  -  Muhəmməd  ibn  Dərvişi  deyir  ki:  “Bir  qrup  kimsələr  iddia 
edirlər ki, Livanda dağın ətəyində Nuhun  qəbri vardır. Lakin məlumdur ki, 
bu söhbətlər 7-ci əsrdə üzə çıxıb”. Dəməşqin şərq tərəfində Ubey ibn Kəbin  
qəbrinin olduğunu da söyləyirlər. Lakin alimlər ittifaq ediblər ki, Ubey ibn Kəb 
  heç  Suriyada  olmayb.  İstanbulda  bir  neçə  səhabənin  qəbrini  olduğunu  da 
iddia  edirlər.  Rəvayət  olunur  ki,  Sultan  yuxusunda  görür  ki,  filan  yerdə 
səhabələrin qəbri vardır və onlar da oranı məscid tikirlər. Hüseynin  qəbrinin 
Qahirədə, İraqda, Nəcəfdə olduğu da söylənilir. Misirdə olduğunu söyləyənlər 
isə Fatimilər olublar”. Müxaliflər qəbrin olduğunu dörd üsulla təyin edirlər: 1) 
Yuxuda görür. 2) Zəif rəvayətə əsaslanırlar. 3) O yerdə qeyri-adi bir hadisə baş 
verir  və  deyirlər  ki,  burada salehlərin  qəbri var.  4)  Oradan  keçəndə  qeyri-adi 
bir  şey  hiss  edir  məs:  Ətir  iyi  və  deyirlər  ki:  Burada  salehlərin  qəbri  var. 
Göründüyü kimi bu dəlillərin heç biri möhkəm, dəqiq dayağa söykənmir. 
Qəbirpərəstlərdə  bu  cür  hekayələr  çoxdur  və  onlar  Allahın  yaratdıqları 
içində ən yalançı olanlardır. Şeytan qəbir başında dua etməyi, evdə, məsciddə 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə