TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə55/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   51   52   53   54   55   56   57   58   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      115 
Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və 
o,  ağacı  "Zətu  Ənvat"  deyə  çağırırdılar.  Biz  də  bu  böyük  bir  Sidr  ağacının 
yanından  keçdikdə:  "Ey  Allahı  Rəsulu!  Onların  "Zətu  Ənvatı"  olduğu  kimi 
bizim  üçün  də  "Zətu  Əənvat"  düzəlt”-  dedik.  Peyğəmbər    dedi:  "Allahu 
Əkbər!  Şübhəsiz  ki,  bunlar  hamısı  keçmiş  adət  ən-ənələrdir.  Nəfsim  Əlində 
Olana  and  olsun  ki,  siz  İsrail  oğullarının  Musadan  istədikləri  şeyin  eynisini 
məndən istədiniz: "…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" 
(əl-Əraf 138). Həqiqətən siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz”.
275
 Ona 
ibadət  edilməməsinə  və ondan  bir  diləkdə olmamasına  baxmayaraq sırf silah 
asmaq  və  altında  ibadət  etmək  üçün  bir  ağac  əkmək  Allahdan  başqa  bir  ilah 
qəbul etmək sayılırsa, onda qəbirlərə ibadət etmək, orada dua etmək və qəbir 
əhlindən yardım istəmək nə sayılır? Allahın Rəsulunu  göndərdiyi ilə bu gün 
zəlalət  və  bidət  əhlinin  etdiklərini  bilən  bir  kimsə  onların  arasında  göylə  yer 
arası qədər fərq olduğunu görə bilər.  
Yeddinci  Şübhə  Və  Cavabı  -  Onlar  deyirlər  ki,  bu  ayələr  bütlərə  ibadət 
edənlər  haqqında  nazil  olmuşdur.  Siz  saleh  kimsələr  haqqında  nə  cəsarətlə 
bütlər  deyə  cavab  verirsiniz?  Peyğəmbərləri  nə  cəsarətlə  büt  edirsiniz? 
Allahdan başqa ibadət olunan hər bir varlıq ona ibadət edən kimsənin məbudu 
və  bütü  olur.  Yaxşı,  bütlərə  tapınan  kimsə  ilə  Peyğəmbərlərə,  övliyalara 
tapınan kimsə arasında fərq nədir? Çünki, bunlarn heç birisinin onlara ibadət 
edənlərə  ən  cüzi  bir  faydası  da  olmaz;  "Ey  iman  gətirənlər!  Şərab  da,  qumar 
da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan 
çəkinin  ki, bəlkə  nicat  tapasınız".  (əl-Maidə 90). Ənsab  bütlər, ləfzi Nusub  və 
ya  Nasub  kəliməsinin  çoxluğudur  və  Allahdan  başqa  ibadət  edilmək  üçün 
ucaldılan hər bir şeyi əhatə edir. Bu bir ağac, bir daş, bir büt və ya bir qəbir də 
ola bilər. Bütlər Qurani-Kərimdə iki qismə bölünür: 1. Ənsab – Forma və şəkili 
olan  bütlərdir.  Daş,  ağac,  şəkil,  surət  və  s.  Kitab  Əhlindən  bəziləri  öz  ibadət 
etdikləri  ibadətgahları  dəyişərək  orada  çoxlu  surət,  insan  şəkilləri  çəkməyə 
başladılar.  İki  qanadlı  kişi  və  qadın,  uşaq  şəkilləri  çəkməyə  başladılar  və 
dedilər  ki,  bunlar  Peyğəmbərlər,  mələklərdir.  2.  Əusən  –  Qurani-Kərimdə 
bütün  adına  deyilir.  Lakin forma  və  şəkili olmayan  bütlərə  də  Əusən  deyilir. 
Kiminsə ruhu, kiminsə cəddi və s. Bu növ bütə Əusən deyilir. İbrahim   öz 
qövmünə  deyir  ki:  "Siz  Allahdan  qeyrisini  özünüzə  (Əusən)  bütlər 
götürdünüz".  Peyğəmbər  dua edərək deyərdi: "Ya Rəbbim! Mənim qəbrimi 
(Əusənə) ibadət olunan bütə döndərmə".  
Bu  sözləri  söyləyən  kimsə  müşriklərin  Rububiyyəti  qəbul  etdiyini,  Uca 
Allahın hər şeyin Rəbbi, yaradıcısı və Maliki olduğunu qəbul etdiklərini bilir. 
Lakin müşriklər bu bütlərə onları Allaha daha çox yaxınlaşdırsınlar və onlara 
                                                        
275
 ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani səhih. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      116 
şəfaətçi olsunlar deyə ibadət edirdilər. Onlar o, bütə ibadət etmirdilər. O bütün 
timsalında  saleh  kimsəni  nəzərdə  tuturdular.  Çünki,  onlar  üçün  də  o,  büt 
deyil,  nə  vaxtsa  yaşamış  saleh  bir  kimsənin  ruhu  idi.  Günümüzdə  də 
qəbristanlığa  gedərək  qəbir  sahibləri  vasitəsilə  Allaha  yaxınlaşan:  "Biz 
günahkar  bəndələrik,  onlar  isə  əməlisaleh  insanlar  olublar"-  deyərək  onların 
ruhları, Allah yanında olan məqamları vasitəsilə Allaha yaxınlaşan insanlar da 
eynilə  o,  müşriklərin  etdikləri  əməlləri  və  sözləri  deyirlər.  Bununla  bərabər 
belə  bir  inanc  onlara  heç  bir  fayda  vermədi;  "Allahı  qoyub  özlərinə  dost 
tutanlar:  "Biz  onlara  bizi  Allaha  yaxınlaşdırmaq  üçün  ibadət  edirik!"- 
deyirlər. (əz-Zumər 3). "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər 
verə  bilən  bütlərə  ibadət  edir  və:  "Bunlar  Allah  yanında  bizdən  ötrü  şəfaət 
edənlərdir!"-  deyirlər.  De  ki:  "Allaha  göylərdə  və  yerdə  bilmədiyi  bir  şeyimi 
xəbər  verirsiniz?  Allah  özünə  şərik  qoşulan  bütlərdən  uzaqdır  və  ucadır". 
(Yunus 18).  
Belə  bir  sözləri  işlədən  kimsəyə  sən  də  bu  ayəni  xatırlat:  "Onların  o, 
yalvardıqları  da  Rəblərinə  hansı  daha  yaxın olacaq  deyə yol axtarırlar".  (əl-
İsra 57). Beləliklə, müşriklərin bu şübhələrinə də cavab vermiş olduq. Belə bir 
bənzətmə  doğru  deyildir.  Çünki,  o  müşriklər  arasında  vəlilərə  və  salehlərə 
ibadət edənlər də vardır. Onlar eyni şəkildə xristianların Məryəm oğlu Məsihə 
ibadət  etdikləri  kimi  peyğəmbərlərə  də ibadət  edirdilər.  Həmçinin,  mələklərə 
də  ibadət  edənlər  vardır;  "O,  gün  onların  hamısını  həşr  edəcək,  sonra  da 
mələklərə belə deyiləcək: Bunlarmı sizə ibadət edirdilər? (Mələklər) Sən pak və 
müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil Sənsən! Xeyr, (onlar bizə yox) 
cinlərə  (şeytanlara)  ibadət  edirdilər.  Onların  əksəriyyəti  cinlərə  iman 
gətirmişdilər – deyə cavab verəcəklər". (Səbə 40-41).  
Allahdan  Qeyrisinə  İbadət  Edənlərin  Gətirdikləri  Üç  Şübhə:  1.  Biz  bütlərə 
ibadət etmirik, yalnız Allahın övliyalarına ibadət edirik. 2. Biz ibadətdə onlara 
yönəlmirik, onları qəsd etmirik. Bizim məqsədimiz yalnız uca Allahdır.  3. Biz 
onlara  bizə  fayda  və  zərər  versinlər  deyə  ibadət  etmirik.  Fayda  və  zərər 
Allahın  Əlindədir,  onlar  bizi  ancaq  Allaha  yaxınlaşdırsınlar  deyə,  onların 
şəfaətinə nail olmaq üçün onlara yönəlirik. Biz Allaha şərik qoşmuruq.  
Haqlarında  Quran  nazil  olduğu  müşriklər  mələklərə,  salehlərə,  Lat  və 
Uzzaya  və  başqa  şeylərə  ibadət  etmirdilərmi?  Sözsüz  ki,  bəli  –  deyiləcəkdir. 
Ona de ki: Müşriklərin həmin məxluqlara ibadətləri dua, qurban kəsmək, nəzir 
vermək,  sığınmaq  və  buna  bənzər  ibadətlər  deyildirmi?  Çünki,  onlar  da 
Allahın  qulları  olduqlarını,  Onun  hakimiyyəti  altında  olduqlarını,  işlərini 
səhmana  salanın  Allah  olduğunu  qəbul  edirdilər.  Bu  varlılıqlara  isə  onların 
şəfaətini əldə etmək, onlarla Allaha yaxınlaşmaq üçün dua edib sığınırdılar.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə