TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə51/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   47   48   49   50   51   52   53   54   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      107 
MÜXALİFLƏRİN GƏTİRDİYİ BƏZİ ŞÜBHƏLƏR VƏ 
ONLARA VERİLƏN CAVABLAR 
 
Batil olan bir şeyi bir kimsə dəlil deyə irəli sürərsə mütləq Qurani-Kərimdə 
onu  yox  edən  və  dəyərsiz  olduğunu  sübut  edən  bir  buyuruq  vardır;  "(Ya 
Muhəmməd!) Müşriklər sənin yanına gəlib elə bir misal çəkməzlər ki, Biz sənə 
onun  doğru  cavabını  (verməyək)  və  (onların  gətirdikləri  misallardan)  izahatca 
daha yaxşısını gətirməyək". (əl-Furqan 33). Yəni onlar səninlə mübahisə etmək 
və  haqqı  batilə  qarışdırmaq  üçün  sənə  bir  dəlil  gətirsələr,  mütləq  Biz  sənə 
haqqı  gətirər  və  daha  gözəl  açıqlama  veririk.  Buna  görə  də  Qurani-Kərimdə 
Uca  Allahın  bu  müşriklərin  və  başqalarının  suallarına  çox  ətraflı  cavab 
verdiyini  görürük.  Hətta  batil  olan  bir  şeyin  lehinə  Kitab  və  Sünnədən  səhih 
bir dəlil gətirərsə, heç şübhəsiz ki, bu dəlil onun əleyhinədir. İbn Teymiyyə  
"Dəru  Təarudin-Naqli  vəl-Aqli"  adlı  əsərinin  müqəddiməsində  deyir:  "Bir 
bidətçi  və  ya  batil  bir  əqidənin  sahibi  öz  batilini  sübut  etmək  üçün  Kitab  və 
Sünnədən  bir  dəlil  irəli  sürərsə,  heç  şübhəsiz  ki,  bu  dəlil  onun  lehinə  yox, 
əleyhinə olur".  
Lakin  burada  diqqət  ediləsi  bir  xüsus  da  vardır  ki,  o  da:  Bir  kimsə  qarşı 
tərəfin  dəlilini  bilmədən  və  o,  dəlili  çürütməyə,  ona  qarşılıq  verməyə  hazır 
olmadan  heç  bir  kimsəylə  mübahisəyə  girişməməlidir.  Çünki,  kamil  bir  bilik 
sahibi  olmadan  belə  bir  mübahisəyə  girişən  kimsə  Allahın  istədiyi  müstəsna 
olmaqla məğlub olar. Necə ki, düşmən ilə savaş meydanına silah və sürsatsız 
girdiyin kimi.  
Birinci  Şübhə  Və  Cavabı  -  "(Nəhayət  əshəbi-kəhf  öldükdən  sonra  kafirlər) 
dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən 
yuxuya  getdiyini  və  nəyə  etiqad  etdiyini)  daha  yaxşı  bilir.  Əshəbi-Kəhf 
haqqındakı mübahisədə qalib gələnlər isə: Onların (məzarı) üstündə bir məscid 
tikəcəyik  –  dedilər".  (əl-Kəhf  21).  Bu  şübhəyə  cavabımız  odur  ki:  Bizdən 
öncəkilərin şəriəti bir çox dəlillərlə sübut olunur ki, bizim şəriətimiz deyildir. 
Peyğəmbər  buyurdu:  "Mənə daha öncə heç bir Peyğəmbərə verilməyən beş 
xüsusiyyət  verilmişdir.  Hər  bir  Peyğəmbər  müəyyən  bir  qövmə  göndərilib, 
mən  isə  hamıya  göndərilmiş  Peyğəmbərəm".
254
 Əgər  ayə  qəbir  üzərində 
məscid  tikməyin  caiz  olduğunu,  bizdən  öncəkilərin  şəriəti  olduğunu  bildirsə 
də belə, ayədəki hökmü götürməməliyik; "Onların (məzarı) üstündə bir məscid 
tikəcəyik" deyənlərin mömin olduqlarına dair bir dəlil yoxdur. İbn Cəririn  
bunu  söyləyənlər  haqqında  iki  rəyi  vardır:  1.  Bunlar  onların  arasında  olan 
müsəlman  kimsələrdir.  2.  Onların  arasında  olan  müşriklərdir.  Doğrusunu  isə 
                                                        
254
 əl-Buxari, Muslim.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      108 
ən  yaxşı  bilən  Allahdır.
255
 Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Evlərinizi  qəbir  yerinə,  qəbrimi  də  bayram  yerinə  çevirməyin. 
Mənim  üçün  Allahdan  xeyir-dua  istəyin  (salavat).  Harda  olsanız  sizin  xeyir-
duanız (salavatınız) mənə çatar".
256
 və s. bu qəbildən olan hədislər onu göstərir 
ki,  bizim  şəriətimizdə  bu  qadağan  edilmişdir.  Peyğəmbər    bu  sözlərilə 
onların  etdiklərindən  bizi  çəkindirir.  Ömərin    dövründə  İraqda  Daniel 
Peyğəmbərin  qəbri  tapıldıqda,  bunun  xalqdan  gizlədilməsini  və  qəbrin 
yanında  tapılan  bəzi  döyüşlərin  yazısı  olan  parçanın  da  basdırılmasını  əmr 
etdiyi  rəvayət  edilir.  Peyğəmbərin    məscidləri  qəbirlərə  çevirənlərə  lənət 
etdiyini gördün. Əslində bu hədisdən bizdən öncəkilərin şəriətində də bunun 
qadağan  edildiyi  aydındır.  Yoxsa  Peyğəmbər    onların  şəriətində  bu  icazəli 
olsaydı Sidən Əvvəlkiləri lənətləməzdi. Bu cür dəlil gətirmək din olaraq sadəcə 
Quranla  kifayətlənən,  sünnəyə  zərrə  qədər  də  dəyər  verməyən  kimsələrə 
məxsusdur. Peyğəmbər  buyurdu: "Bunu da bilin ki, mənə Quran və onunla 
birlikdə  onun  misli  verilmişdir.  Bunu  da  bilin  ki,  Allahın  Rəsulunun  haram 
etdiyi,  Allahın  haram  etdiyi  kimidir".
257
 Necə  ola  bilər  ki,  Allah  onları 
Peyğəmbərinin  diliylə lənətlədiyi halda, onların etdiklərini rədd etməsin. Bu 
ayəni dəlil gətirənlər, eynilə Süleymanın  əmrinə verilən cinlərlə əlaqəli olan 
Allahın  buyurduğu:  "Onlar  Süleyman  üçün  nə  istəsə  –  məbəd,  uca  qəsrlər, 
heykəllər,  böyük  hovuzlara  bənzər  çanaqlar  və  yerindən  tərpənməyən  iri 
qazanlar  düzəldirdilər".  (Səba  13)  -  ayəsini  heykəl  və  büt  düzəltməyin  caiz 
olduğuna  dəlil  gətirirlər.  Heykəl  və  rəsm  (surət)  çəkməyi  haram  edən  səhih 
hədislərin əksinə bu ayəni dəlil gətirirlər. Halbuki, Peyğəmbərin  hədislərinə 
inanan müsəlman bunu etməz.  
İkinci Şübhə Və Cavabı - Peyğəmbərin  qəbri günümüzdə görüldüyü kimi 
məscidində  olmasıdır.  Bu  haram  bir  iş  olsaydı  orada  dəfn  edilməzdi.  Buna 
cavab olaraq deyirik ki: Günümüzdə bu nə qədər belə görünsə də, səhabələrin 
dövründə  bu  belə  deyildi.  Çünki,  Peyğəmbər    vəfat  etdikdə  səhabələr  onu 
məscidinin yan tərəfində olan evində dəfn etdilər. Məscid ilə onun evini, arada 
qapısı  olan  divar  ayırırdı.  Peyğəmbər    sağlığında  ikən  bu  qapıdan  çıxıb 
məscidə  gedərdi.  Səhabələrin  onu  evində  dəfn  etmələrinə  səbəb  nə  idi?  Biz 
bunu  yuxarıda  Aişənin    hədisində  də  qeyd  etdik  ki,  onlardan  sonra 
kiminsə  onun  qəbrini  məscid  etməsinlər  deyə  belə  etdilər.  Bu  mövzuda  elm 
əhli arasında heç bir fikir ayrılığı yoxdur. Peyğəmbərin  dəfn edildiyi yer ilə 
Aişənin    qaldığı  yerin  arasını  hörürlər.  Əbu  Bəkr    öldüyü  zaman,  o  da 
Peyğəmbər  dəfn edildiyi otaqda dəfn edilir. Ömər  də öldüyü zaman Aişə 
                                                        
255
 İbnul Covzi "Zədul Məsir" 5/123.  
256
 Əbu  Davud  2042,  Əhməd  2/  367,  İsmayıl  əl-Qazi  "Fadl  əs-Salət  alən  Nəbi"  səh.  20,  əl-Albani  səhih 
demişdir.  
257
 əl-Albani "Mişkət" 163. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə