TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə52/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   48   49   50   51   52   53   54   55   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      109 
  artıq  öz  evini  tərk  edir.  Vəlid  ibn  Abdul-Məlikin  dövründə  məscid 
genişləndiyi  zaman  Peyğəmbərin    xanımlarına  məxsus  olan  otaqlar 
sökülərək  məscidə  qatılır  yalnız  Aişənin    evindən  başqa.
258
 Sonra  evi  üç 
bucaq şəkilində daşla hörürlər. Artıq bu tikilidən öncə məsciddən iki divar ilə 
ayrılırdı.  Sonuncu  üçbucaq şəklində  üçüncü  divarı  da  hörürlər.  Artıq heç  kəs 
bundan  sonra  ora  girə  bilməzdi.  İbn  Qeyyim  “Nuniyyədə”  deyir:  “Allah 
Peyğəmbərin    duasına  cavab  verdi  və  onun  qəbri  ibadət  olunan  yerə 
çevrilmədi.  Qəbri üç  qat  divarla qorundu  və heç  birində  də içəri  daxil olmaq 
üçün qapı yoxdu. Daxil olmaq, qəbrə sürtünmək mümkün deyil. İndi isə dəmir 
hasar ilə də örtüblər”. Ona görə də Peyğəmbərin  qəbri məsciddən deyildir. 
Müşriklərin  etdiyində  ya  qəbrin  üzərində  məscid  inşa  edirlər,  ya  da  məscid 
olur, sonra qəbri içinə salırlar. Lakin sual verək? Peyğəmbər  məsciddə dəfn 
olunub? Xeyr! Məscidi Peyğəmbərin  evi üzərində tikiblər? Xeyr!  
Hafiz ibn Muhəmməd ibn Abdul-Hadi "Sərimul-Munki"də (səh. 136) deyir: 
"Artıq o vaxt səhabələrdən heç kəs yox idi. Ən son vəfat edən səhabə Cabir ibn 
Abdullah    olub  ki,  o  da  Abdul-Məlikin  xilafəti  dövründə  vəfat  etmişdir. 
Vəfat  tarixi  h.  78-ci,  Vəlid  isə  h.  86-cı  ilində  xəlifə  oldu,  96-çı  ilində  isə  vəfat 
edib".
259
 İbn  Kəsir  "Tarix"də  (9/  75)  qeyd  edir  ki:  "Söylənildiyinə görə  Sad ibn 
Museyyib  Aişənin    evinin,  sanki  o,  qəbrin  bir  məscid  edilməsindən 
qorxurmuş kimi məscidə qatılmasına qarşı çıxmışdı".  
Üçüncü  Şübhə  Və  Cavabı  -  Peyğəmbərin    Hayf  məscidində  namaz 
qılmasıdır. Hədisdə bildirildiyinə görə orada yetmiş Peyğəmbərin qəbri vardır. 
ət-Tabərani "Mucəmul-Kəbir"də (3/ 204/ 2) deyir: "Bizə Abdan ibn Əhməd, İsa 
ibn Şazan, Əbu Həmməd ibn Dəlal, İbrahim  ibn Tahman, o da Mənsurdan, o 
da  Mucahiddən,  o  da  İbn  Ömərdən    mərfu  olaraq  rəvayət  edir:  "Hayf 
məscidində yetmiş Peyğəmbərin qəbri vardır". əl-Heysəmi "Məcma"da (3/ 298) 
rəvayət  edir:  "…Yetmiş  Peyğəmbər  basdırıldı".  Cavab  olaraq  deyirik  ki:  Biz 
Peyğəmbərin  bu məsciddə namaz qılmasına şübhə etmirik. Şübhə edilən bu 
məqsciddə  yetmiş  Peyğəmbərin  basdırılması  məsələsidir  ki,  iki  tərəfdən  dəlil 
olmaz.  1)  Heç  bir  hədis  alimi  bu  hədisə səhih  hökmünü  verməmişdir.  Çünki, 
hədisin  sənədində  qərib  hədisləri  rəvayət  edən  ravilər  vardır.  Hədisin 
sənədində  gələn  İsa  ibn  Şazan  qərib  hədisləri  rəvayət  edəndir.  İbn  Hibban 
"Siqat"da  (2/  10)  “qərib  rəvayətlər  edir”-  demişdir.  İbrahim  ibn  Tahman 
                                                        
258
 İbn Cərir "Tarix" 5/ 222, İbn Kəsir "Tarix" 9/ 74-75.  
259
 Bu  məsələ  ilə  bağlı  cahilcəsinə  bir  söz  söyləyənlərdən  biri:  "Peyğəmbərin    məscidini  Osman   
genişlətdikdə bu məscidin içərisinə ondan olmayan şeyləri də saldı və üç qəbir də məscidin içərisində qaldı. 
Sələfdən heç bir kimsə isə bunu pis qarşılamadı". Cavab olaraq deyirik ki: "Osman  ona atılan bu böhtanın 
əksini etmişdir. O, Peyğəmbərin   məscidini  genişlətdikdə ona  işarə olunan hədislərə  müxalif  olmamışdır. 
Buna  görə  də  məscidi  Peyğəmbərin    xanımlarının  evlərinin  olduğu  yerdən  genişlətməmiş  və  bu  evləri 
məscidə  salmamışdır.  Bu  da  ondan  öncə  Ömər    etdiyinin  eynisidir".  Belə  bir  kimsələr  Sələfi  Salihin 
əqidəsini bilmədiklərinə görə belə danışırlar.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      110 
haqqında  da  İbn  Ammar  Məvsili  demişdir:  Hədisi  zəif  və  muzdaribdir.  əl-
Albani    deyir:  "Mən  bu  hədisin  ravilərindən  birinin  qiraətində  təhrifə 
düşərək  "Sallu"  (namaz  qıldı)  yerinə  "Qubra"  (basdırıldı)  demiş  olmasında 
şübhə edirəm. Çünki ət-Tabərani "Mucəmul-Kəbir"də (3/ 155/ 1) siqa (mötəbər, 
etibarlı)  bir  sənədlə  rəvayət  etmişdir:  "Hayf  məscidində  yetmiş  Peyğəmbər 
namaz  qılmışdır…".
260
 2)  Hədisdə  qəbirlərin  Hayf  məscidində  görünməsinə 
açıq  şəkildə  işarə  edən  bir  ifadə  yoxdur.  Əzraki  "Tarihu  Məkkə"də  (səh.  406-
410) Hayf məscidi haqqında bir neçə bölüm açmışdır. Heç birində orada olan 
qəbrlərin  görünməsi  haqqında  xəbər  verməmişdir.  Bilinməlidir  ki,  şəriət  də 
hökmləri  zahirə  görə  verir.  Sözü  gedən  məsciddə  açıq,  görünən  qəbirlər 
olmadığına görə orada namaz qılmaqda heç bir xəta yoxdur. Çünki, orada olan 
qəbirlər  yoxdur,  görsənmirlər.  Kimsə  onların  yerini  tanımır.  Hətta  bu  zəif 
hədis  olmasaydı  orada  yetmiş  qəbir  olduğu  heç  kimsənin  ağlına  da  belə 
gəlməzdi.  
Dördüncü  Şübhə  Və  Cavabı  -  İsmailin    və  başqalarının  qəbrinin 
Məscidul-Həramdakı  Hicr  adlanan  yerdə  olduğuna  və  oranın  da  namaz 
qılmaq  üçün  ən  üstün  yer  sayılması.  Cavab  olaraq  deyirik  ki:  Məscidul-
Haramın  məscidlərin  ən  üstünü  və  orada  qılınan  namazları  yüz  min  namaz 
dəyərində  olduğuna  heç  bir  şübhə  yoxdur.  İsmailin    və  başqa 
Peyğəmbərlərin Məscidul-Haramda dəfn edildiklərinə dair bir səhih hədis belə 
yoxdur. Əksinə bu haqda rəvayət olunan hədislərin əksəriyyəti uydurma, zəif 
hədislərdir. Əzkəri "Əxbəru Məkkə"də (səh. 39, 219, 220) rəvayət etmişdir. Bu 
zəif  rəvayətlərin  də  əksəriyətini  bidətçilər  götürərək  qəbirlərə  gedib  orada 
ibadət  etməyə  dəlil  gətirirlər.  Şeys  Aliyul-Kari  "Mirqatul-Məfatih"də  (1/  456) 
deyir:  "İsmailin    qəbrinin  şəkli  Hisrdə,  Hatim,  Həcərul-Əsvədlə  zəmzəm 
arasında  yetmiş  Peyğəmbərin  qəbri  vardır.  Artıq  bu  qəbirlərin  izləri 
qalmamışdır.  Bunlar  da  dəlil  gətirilməyə  uyğun  deyildir".  Yuxarıda  qeyd 
etdiyimiz kimi açıq görünən qəbirlər olmadığına görə heç bir problem yoxdur. 
Çünki,  məlum  olduğuna  görə  yerin  özü  həyatdakıların  qəbridir;  "Biz  yeri 
dirilər  və  ölülər  üçün  toplanma  yeri  etmədikmi?"  Şabi    deyir:  "Yerin  içi 
ölüləriniz,  üstü  isə  diriləriniz  üçündür".
261
 Şair  deyir:  "Ey  dostum!  Bunlar  hər 
tərəfi dolduran qəbirlərimizdir. Haradadır Ad qövmünün yaşadığı dönəmdəki 
qəbirlər.  Yüngülcə  ayağını  bas  yerə,  mən  yerin  torpağının  yalnız  bu 
cəsədlərdən  ibarət  olduğunu  zənn  edirəm.  Bacara  bilirsənsə  yavaş-yavaş 
havada yeri, qulların çürümüş sümüklərinin üzərindən basa-basa yerimə".  
Beşinci Şübhə Və Cavabı  - İbn Abul-Bərr "əl-İtisab" adlı əsərində (4/ 21-23) 
rəvayət edir:  "Əbu Cəndəl ibn Suheyl ibn Amr  Peyğəmbərin  dönəmində 
                                                        
260
 Bu haqda geniş məlumat üçün bax: əl-Albani "İslamda qəbirçiliyin sakıncaları" hədis yayınları.  
261
 əd-Dulabi 1/ 129.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə