TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə54/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   50   51   52   53   54   55   56   57   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      113 
deyir:  "Artıq  ağac  onlar  üçün  gizli  və  tanınmaz  hala  gəlmişdi".  Yenə  əl-
Buxaridə  Səid  ibn  Museyyib  atasından  etdiyi  rəvayəti  gətirir  ki:  Tariq  ibn 
Abdur-Rahman  həccə  getmək  üçün  yola  çıxdı.  “Yolda  namaz  qılan  bir 
topluluqla  rastlaşdım.  Bu  hansı  məsciddir  deyə  soruşdum.  Onlar:  "Bu 
Peyğəmbərin    altında  Ridvan  beyəti  etdiyi  ağacdır"-  dedilər.  Səid  ibn 
Museyybin  yanına  gələrək  bunu  ona  danışdım.  O,  da  gülərək:  "Atam  mənə 
Peyğəmbər  ilə bərabər ağac altında beyət edənlər arasında olduğunu, gələn 
il isə ora gəldikdə (beyət etdiyimiz ağacın hansı olduğunu) unutduq və onun 
hansı  olduğunu  tapa  bilmədik"-  deyə  söylədi.  (Başqa  rəvayətdə:  “Ağac  bizə 
tanınmaz  hala  gəldi”).  Səid:  "Peyğəmbərin    səhabələri  onu  tanımadıqları 
halda sizmi tanıyacaqsınız? Siz mi daha yaxşı bilirsiniz?" deyə cavab verdi. İbn 
Ömərin  :  “Bu  Allah  tərəfindən  bir  rəhmət  oldu”-  sözləri  buna  işarədir.  O, 
ağacın  onlar  tərəfindən  tanınmaması  Allahın  bir  rəhməti  idi".
268
 əl-Albani   
deyir:  “On  ilə  əvvəl  Uhud  şəhidlərinin  məzarlığının  gün  çıxan  tərəfində 
divarın  yanında  gördüyüm  bir  ağac  var  idi.  Ağacın  üzərində  bir  çox  bez 
parçalar bağlanmışdı. Sonra onu keçən il h. 1371, M. 1952-ci ildə həcc zamanı 
gördüm. Ağac kökündən kəsilmişdi. Allaha həmd olsun!”  
İbn Ömər  Abdur-Rahmanın qəbri üzərində qurulmuş bir çadır gördü və 
dedi:  "Ey  uşaq!  Bunu  qaldır!  Etdiyi  əməl  ona  kölgə  salar".
269
 Əbu  Hureyra   
qəbrinin  üzərinə  çadır  qurmamağı  vəsiyyət  etmişdir".
270
 Muhəmməd  ibn  Kəb 
 deyir: "Bu qəbirlər üzərində olan çadırlar sonradan uydurulmuş şeylərdir". 
Səid  ibn  Museyyib    xəstələndiyi  vaxt:  "Öldüyüm  zaman  qəbrimin  üzərinə 
çadır  qurmayın".
271
 Amr  ibn  Şurahbil    deyir:  "Qəbrimi  yüksəltməyin. 
Mühacirlərin  bundan  xoşlanmadıqlarını  gördüm".
272
 Muhamməd  ibn  İshaq 
"Məğazi"də  rəvayət  edir  ki:  Yunus  ibn  Bukeyr,  Əbu  Xalidə  Xalidi  ibn  Dinar, 
Əbu  Aliyəyə  dedi:  "Tustəri  fəth  etdiyimiz  zaman  Hurmuzun  mal  saxladığı 
evin başında yazı olan ölü bir bədənin uzanmış olduğu bir çarpayı tapdıq. Onu 
Ömər  ibn  Xattabın    yanına  gətirdik.  Kəbi  çağırdı  və  o,  yazını  ərəbcəyə 
çevirdi.  Mən  ərəblərdən  o,  yazını  oxuyan  ilk  insanam.  Bu  Daniel    deyilən 
birisi idi.  O,  nə  zaman ölmüşdür?  dedim.  Üç  yüz ildir.  Ondan  dəyişən  nədir. 
Başında  bəzi  saçlarından  başqa  heç  bir  şey  dəyişilməmişdi.  Belədir,  çünkü 
Peyğəmbərlərin ətlərini torpaq çürütməz. İnsanlar ondan nə diləyərdilər? Göy 
üzü tutulduğu zaman onun cəsədini çıxararaq yağmur gözləyərdilər”. Dedim: 
“Siz  nə  etdiniz?”  Gündüz  vaxtı  bir-birindən  ayrı  on  üç  qəbir  qazdıq,  gecə 
olduqda isə onu birində dəfn etdik və qəbiri yerlə düz etdik ki, insanlar başa 
                                                        
268
 əl-Buxari "Cihad" 2958.  
269
 əl-Buxari muallaq olaraq rəvayət edib 2/98.  
270
 Abdur-Razzaq 3/418 N. 6129, İbn Əbi Şeybə 4/135, İbn Sad 4/338.  
271
 İbn Sad 5/142.  
272
 İbn Sad 6/108.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      114 
düşməyib  sonradan  gəlib  qazmasınlar".  Bu  rəvayətdə  mühacir  və  ənsarın 
etdiyinə  bir  baxın.  Qəbri  tapıb  insanların  bundan  fitnəyə  düşməsindən 
qorxaraq onu gizlətmək üçün nə qədər səy göstərirdilər. Günümüzdə qəbirləri 
ucaltmağa çağıranlar o, zaman bunları etsəydilər səhabələr onlarla qılıncları ilə 
vuruşardılar.  Onları  Allahdan  qeyrisinə  ibadət  edənlər  sayardılar.  Qəbir 
başında  dua  etmək,  namaz  qılmaq  bir  sünnə,  fəzilət  və  ya  mübah  bir  əməl 
olsaydı  bunu  ən  yaxşı  bilən  mühacir  və  ənsarlar  olardılar  və  onlar  da  bunu 
özlərindən  sonra  gələnlərə  bir  sünnə  olaraq  qoyub  gedərdilər.  Onlar  bu  dini 
özlərindən  sonra  gələn  zəlalət  əhlindən  daha  yaxşı  bilirdilər.  Ətraflarında 
Peyğəmbərin  bir çox səhabələrinin qəbirləri olduğu halda onlardan heç biri 
bu  Allaha  daha  yaxındır,  bunun  vasitəsilə  Allaha  yaxınlaşım  deyə  ora  gedib 
əsla onlara dua etməmiş və onlardan yardım diləməmişdir. Bu haqda cüzi bir 
məlumat  olsaydı  belə  bizə  çatar  və  biz  onu  sizdən  qabaq  edərdik.  Necə  ola 
bilər  ki,  qəbir  başında  dua  etmək  və  ya  qəbir  əhli  vasitəsi  ilə  duada  təvəssül 
etmək  –  bu  qədər  fəzilətli  əməl  olsun  –  sahabə,  tabiin  də  bu  cür  fəzilətli 
əməldən  bixəbər  olsun.  Ümmətin  ən  xeyirli  üç  dövrü:  İbn  Məsud    rəvayət 
edir  ki,  Peyğəmbərdən  :  "Ümmətinin  ən  xeyirliləri  kimlərdir?"-  deyə 
soruşduqda,  o  buyurdu:  "Mənim  əsrimdəkilərdir.  Sonra  onları  təqib  edən 
(Tabiin)  və yanə  də onları  təqib  edən  (Ətbəu  Tabiin)"
273
 -  necə ola  bilər  ki,  bu 
cür fəzilətdən  cahil qalır,  sonradan gələnlər isə  elm  və əməldə onları ötürlər. 
Hər  bir  xeyirdə  yarışan,  xeyirdə  hər  bir  kəsdən  irəli  olan  səhabələr,  necə  ola 
bilər  ki,  qəbir  başında  fəziləti  bilə-bilə  orada  dua  etməmələri  əsla  yaxşı 
qarşılanmaz. Deməli burada bir məsələ də ortaya çıxır ki, bu əməl nə məşhur 
bir əməldir, nə də haqqında bir izin vardır. Bu ancaq qəbirlərə ibadət edənlərin 
məşhur  etdikləri  bir  əməldir.  Allah  bunu  əmr  etmədiyi  kimi  icazəli  olması 
haqqında bir dəlil də endirməmişdir.  
Marur  ibn  Suveyd    rəvayət  edir  ki,  Ömər    ilə  birlikdə  Məkkə  yolu 
üzərində sübh namazını qıldıq. Namzda Fil və Qureyş surələrini oxudu. Sonra 
insanları  bir  yerə  gedərkən  gördü  və:  "Bunlar  hara  belə  gedirlər?"-  deyə 
soruşdu.  "Ey  möminlərin əmiri! Peyğəmbərin   namaz  qıldığı  bir  məscid  var 
ora gedirlər"- deyildi. O dedi: "Sizdən öncəkilər də belə bir şeylə həlak oldular. 
Onlar  Peyğəmbərlərinin  izləri  üzərinə  düşərək  oraları  kilsə  və  məbədlər 
edərdilər.  Bir  namaz  vaxtına  yetişən  namazını  qılsın,  başqa  vaxtı  isə  keçib 
getsin  və əhəmiyyət  verməsin".
274
 Səhabələr  bu  cür  şeylərə  qarşı  da  çıxırdılar. 
Əbu  Vaqid  əl-Leysi    rəvayət  edir  ki,  Peyğəmbər    ilə  birlikdə  Məkkədən 
Huneynə  tərəf  yola  çıxmışdıq.  Biz,  o  vaxtlar  təzə  müsəlmanlardan  idik  və 
küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir 
                                                        
273
 Muslim 2533. 
274
 İbn Əbi Şeybə 2/ 84/ 1, Abdur-Razzaq "Musənnəf" 2734.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə