TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə50/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   46   47   48   49   50   51   52   53   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      105 
Şeyx  əl-Albani   deyir:  “Qadınların  qəbirləri  tez-tez  ziyarət  etmələri  caiz 
deyildir.  Çünki,  bu  onların  fəryad  etmək,  mərsiyə  demək  və  s.  şəriətə  zidd 
olan əməllərin edilməsinə gətirib çıxarır”.  
İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  qəbirləri ziyarət edən qadınlara, 
onları məscidlər edənlərə və şam yandıranlara lənət etmişdir".
243
 Peyğəmbərin 
,  haqqında lənət oxuduğu şey  böyük  günahlardan  sayılır.  Əbu Muhəmməd 
Məqdisi    deyir:  "Qəbirlərdə  şam  yandırmaq  mübah  olsaydı,  Peyğəmbər   
bunu edənə lənət etməzdi. Çünki, bu əməldə qəbirləri, bütləri ucaltma, təzim 
vardır.  Həmçinin  də  malı  zay  etmək  də  vardır". Əbu  Hureyra    rəvayət  edir 
ki,  Peyğəmbər    Qəbirləri  tez-tez  ziyarət  edən qadınları lənətləyib".
244
 Ummu 
Atiyyə    deyir:  "Biz  qadınlara  cənazələri  təqib  etmək  qadağan  olundu. 
Cənazə arxasından getmək bizim üzərimizə fərz edilmədi".
245
 
 
QƏBİR ZİYARƏTİ VƏ ONUN FAYDALARI 
 
Qəbir Ziyarəti İki Növdür:  
1.  Şəri  ziyarət.  Bu  ziyarət  Peyğəmbərin    izin  verdiyi  şəkildə  edilən 
ziyarətdir. Bundan da gözlənilən məqsəd iki cürdür. 1) Ziyarət edənə aiddir ki, 
bu  da öyüd  və ibrət  almasıdır.  2)  Qəbirdəkilərə aiddir  ki,  bu  da  ziyərət  edən 
kimsənin onlara salam verməsi və onlara dua etməsidir.  
2.  Bidət  olan  ziyarət.  Bu  da  qəbirlərin  yanında  namaz  qılmaq,  onların 
ətrafında  dolanmaq,  qəbrləri  öpmək,  torpağını  götürmək,  şam  yandırmaq, 
qəbir sahiblərindən  kömək  istəmək  və  s.  bu  kimi  şəriətimizin  qadağan  etdiyi 
şeylərdir. Buna görə də ziyərətçi sünnəyə tabe olmalı və əmr ediləndən kənara 
çıxmamalıdır. Özünə və ölən kimsəyə yaxşılıq etdiyini düşünərək bu sərhəddi 
keçməməlidir.  Bureydə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Sizə 
qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq onları ziyarət edin…".
246
 Əbu 
Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Anam  üçün  istiğfar 
diləməkdən ötrü Rəbbimdən izin istədim, mənə izin vermədi. Qəbrini ziyarət 
etmək üçün Rəbbimdən izin istədim, mənə izin verdi. Siz də qəbirləri ziyarət 
edin.  Çünki,  qəbir  ziyarəti  ölümü  xatırladır".
247
 Əbu  Səid    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Sizə  qəbir  ziyarətlərini  qadağan  etmişdim.  İndi  isə 
kim  ziyarət  etmək  istəyərsə  ziyarət  etsin.  Lakin  çirkin  söz  söyləməsin".
248
 
                                                        
243
 ən-Nəsai  4/94-95,  Əbu  Davud  3236,  ət-Tirmizi  320,  İbn  Məcə  1575,  İbn  Hibban  2169,  əl-Hakim  1384,  əl-
Albani “Zəif” 225.  
244
 Əhməd 2/337, ət-Tirmizi 1056, İbn Məcə 1576.  
245
 Muslim 938.  
246
 Muslim 977.  
247
 Muslim 976.  
248
 Əhməd 3/38, Heysəmi 3/57, ən-Nəsai 4/89.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      106 
Peyğəmbər   qəbristanlığa  girdikdə  bu  duanı  edərdi:  "Ey  bu  diyarın  mömin 
və  müsəlman  sakinləri!  Sizə  salam  olsun!  Allah  istəsə  (İnşəallah)  biz  də  sizə 
qovuşacağıq.  (Allah  bizdən  əvvəl  gedənlərə  və  qalanlara  rəhmət  etsin). 
Allahdan  özümüzə  və  sizə  salamatlıq  diliyirəm".
249
 Keçən  hədislərdən  də 
göründüyü  kimi  Peyğəmbərin    qəbristanlıqları  ziyarət  etməsində  məqsədi 
həm  ziyarət  edənin  özünə,  həm  də  ölüyə  bir  yaxşılıq,  xeyir  olduğunu 
bildirməsidir.  Ziyarət  edənin  özünə  xeyir  etməsi  ölünün  vəziyyətindən  ibrət 
alması  və  axirəti  xatırlamasıdır.  Çünki,  insanların  dünya  işlərinə  başları 
qarışdığından (kimisi var-dövlət dalıyca qaçır, kimisi şan-şöhrət, kimisi vəzifə 
və  s.)  Allahı  unudurlar.  Allah,  yalnız  xəstəlik  və  ölüm  anlarında  yadlarına 
düşür.  Buna  görə  də  qəbirləri  ziyarət  etmək  insana  ölümü,  axirəti  xatırladır. 
Ağıllı insan bir az da olsa düşünür ki, bu gün mən kimisə çiynimdə daşıyaraq 
qəbir evinə yola salıram, sabah isə məni kimsə çiynində daşıyacaqdır. Özünü 
ölmüş  insanın  yerində  düşünərək:  "Görəsən  o,  gələn  mələklərin  suallarına 
cavab  verə  bildimi?  Ondan  soruşanda  ki,  “Rəbbin  kimdir?  Dinin  nədir? 
Peyğəmbərin kimdir?”- suallarına “M… Bilmirəm”- deyərək mızıldanmadımı? 
Görəsən o, cavab verə bildimi? Qəbri Cənnət baxçalarından bir baxçamı oldu, 
yoxsa Cəhənnəm atəşindən bir çuxur?" Orada durduqca bunları düşünəcək və 
ibrət alacaqdır. Ölüyə xeyiri isə Allahdan onun üçün rəhmət, məğfirət və afiyət 
diləməkdir.  Osman  ibn  Auf    rəvayət  edir  ki,  Peyğəmbər    ölünü  dəfn 
etdikdən  sonra  başı  üstündə  duraraq  buyurardı:  "Qardaşınız  üçün  Allahdan 
məğfirət  və  sabitlik  diləyin,  çünki  o,  bu  an  sorğu-sualdadır".
250
 Sufyan  əs-
Sauridən    edilən  rəvayətdə  deyilir:  "Ölüdən  “Rəbbin  kimdir?”-  deyə 
soruşulduqda,  şeytan ona  bir şəkildə  görünərək və özünə işarə  edərək: “Mən 
sənin Rəbbinəm” deyir”.
251
 Peyğəmbər  buyurdu: "Allahım! Onu bağışla, ona 
rəhm  et, ona salamatlıq  ver, onu  əfv  et, onu  gözəl  tərzdə  qarşıla, onun yerini 
geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu 
da  günahlardan  təmizlə!  Ona  evinin  əvəzinə  daha  xeyirli  ev  ver,  ailəsinin 
əvəzinə  daha  xeyirli  ailə,  zövcəsinin  əvəzinə  daha  xeyirli  zövcə  ver!  Onu 
Cənnətə  daxil  et!  Onu  qəbir  əzabından  qoru!"
252
 Peyğəmbər    buyurdu: 
"Allahım! Dirimizi  və  ölümüzü,  burada olanımız  və olmayanımızı,  kiçiyimizi 
və  böyüyümüzü,  kişimizi  və  qadınımızı  bağışla!  Allahım!  Bizdən  kimi 
öldürsən  mömin  kimi  öldür!  Allahım!  Onun  əcrindən  bizi  məhrum  etmə  və 
ondan sonra bizi azdırma!"
253
  
 
                                                        
249
 Muslim 2/671, İbn Məcə 1/494. 
250
 Əbu Davud 3221, əl-Hakim 1/ 370, əl-Albani səhih demişdir.  
251
 Zəif əsər.  
252
 Muslim 2/ 663.  
253
 İbn Məcə 1/ 480, "Səhih İbn Məcə" 1/ 251.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə