TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə48/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   44   45   46   47   48   49   50   51   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      101 
Həmçinin  -  qəbirlərin  əhənglənməsi,  onların  üzərlərinin  yazılması,  başqa 
yerdən  torpaq  gətirərək  ora  qatılmasını  Peyğəmbər    qadağan  etmişdir. 
Abdullah  ibn  Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    qəbirləri  əhəngləməyi, 
üzərinə yazılar yazmağı və torpaq əlavə etməyi qadağan etmişdir".
224
  
Həmçinin  -  qəbirlərin  yerlə  bir  olması  və  ya  zaman  keçdikcə  o,  qəbirlərin 
itməsi.  Buna  görə  də  Peyğəmbər    Əlini    hündür,  ucaldılmış  qəbirləri 
dağıdaraq yerlə bir etməsini əmr etmişidr. Əbu Həyyac əl-Əsədi deyir ki, Əli 
  dedi:  “Peyğəmbərin    məni göndərdiyilə  səni göndərimmi?  Silmədiyin  bir 
surət,  yerlə  bir  etmədiyin  yüksəldilmiş  bir  qəbir  qalmasın”.
225
 Sumamə  ibn 
Şufeyy  rəvayət  edir  ki,  biz  Fudalə  ibn  Ubeydin    rəhbərliyi  altında  Rum 
ərazisində  Rodos  adasında  idik.  Bir  qardaşımız  vəfat  etdi.  Bunun  üzərinə 
Fudalə ibn Ubeyd  onun dəfn edilməsini və qəbrinin dümdüz edilməsini əmr 
etdi.  Qəbir  yerlə  bir  edildi.  Bunun  ardından  Fudalə    dedi:  "Peyğəmbəri   
qəbrin yerlə bir edilməsini əmr edərkən eşitdim".
226
 
Həmçinin - qəbirlər üzərində oturmaq, onlara ayaq basmaq, orada ehtiyacı 
ödəmək  qadağan  edilmişdir.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Sizdən  birinizin  bir  od  parçası  üzərində  oturaraq  paltarını 
yandırması  və  odun  dərisinə  qədər  çatması  onun  üçün  bir  qəbrin  üzərinə 
oturmaqdan  daha  xeyirlidir".
227
 Peyğəmbər    buyurdu:  "Od  parçasının  və  ya 
qılıncın  üstündə  yeriməyim  və  yaxud  da  ayaqqabılarımın  ayağıma  tikilməsi 
mənə  bir  müsəlmanın  qəbri  üstündə  yeriməkdən  daha  sevimlidir".
228
 
Peyğəmbər    buyurdu:  "Qəbrlərin  arasında  təbii  ehtiyacını  ödəyənlə  bunu 
bazarın ortasında edənin ikisi də mənim üçün eynidir".
229
 Bəşir ibn Xasasiyə  
rəvayət  edir  ki,  Peyğəmbər   qəbrlərin  arasındə  ayaqqabı  ilə  gəzən  bir  şəxsi 
görərək  buyurdu:  "Ey  dəri  ayaqqabıların  sahibi!  Çıxart  onları".
230
 Aişə   
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Ölmüş  insanın  sümüklərini 
sındırmaq, eynilə diri insanın sümüklərini sındırmaq kimidir".
231
 
Həmçinin - Peyğəmbər  buyurdu: "(Ziyarət məqsədi ilə) Yalnız üç məscid 
üçün səfərə çıxmaq olar. Məscidul-Həram (Məkkə), mənim məscidim (Mədinə) 
və  əl-Əqsa  məscidi  (Qüds)".
232
 Üç  məsciddən  başqa  yerlər  üçün  səyahətə 
çıxmaq  şirkə  düşmək  səbəblərindəndir.  Əbu  Hureyra    Tur  dağına  getdiyi 
zaman Bəsrə ibn Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Bəsrə: "Haradan gəlirsən?"- 
                                                        
224
 Əbu Davud 3226, ət-Tirmizi 1052, İbn Məcə 1563, əl-Albani "Səhihul-Cəmi" 6841-6843.  
225
 Muslim 969, Əbu Davud 32184, ət-Tirmizi 1049.  
226
 Muslim 968.  
227
 Muslim 2/ 667.  
228
 İbn Məcə 1/ 499, əl-Albani səhih demişdir.  
229
 İbn Məcə 1/ 499, əl-Albani səhih demişdir.  
230
 Səhuh Əbu Davud 3230, əl-Albani "Cənazə Əhkamları" səh. 173.  
231
 Buluq əl-Məram 563.  
232
 əl-Buxari 3/ 57, 1189, Muslim 1379, ən-Nəsai 3/ 114, Əhməd 6/ 7 və 397, Məlik 827.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      102 
deyə soruşdu.  Əbu  Hureyra:  "Tur  dağından"-  deyə cavab  verdi.  Bəsrə:  "Əgər 
ora  çıxmamışdan  qabaq  səni  görsəydim  bunu  etməyə  imkan  verməzdim. 
Çünki, Peyğəmbərin  belə buyurduğunu eşitdim:  "Miniyə ancaq üç məscidə 
getmək üçün minilir…".
233
 Bu üç yerdən başqa digər yerlərə getmək üçün nəzir 
etmək olmaz. Hətta Peyğəmbərin  qəbrini ziyarət etmək məqsədilə də çıxmaq 
olmaz.  Lakin  bu  üç  məscidə  getməyi  nəzir  etmisənsə  getməlisən.  Əgər  buna 
görə  Mədinəyə  gedilmirsə,  Peyğəmbərin    qəbrini  ziyarət  etmək 
müstəhəbdir.
234
 Təqiyuddin  əs-Sabuni  on  dördə  yaxın  dəlil  gətirir  ki, 
Peyğəmbərin    qəbrini  ziyarət  etmək  olar.  Bu  hədislərdən;  Peyğəmbər   
buyurdu:  “Kim  məni  öləndən  sonra  ziyarət  edərsə,  sanki  sağlığımda  ziyarət 
etmiş kimidir (mən o, kimsəyə şəfaətçi olaram)”. Lakin bütün hədislər ya zəif 
ya  da  uydurmadır.  İbn  Teymiyyə    deyir:  “Alimlər  bu  hədislərin  zəif 
olmasında  itifaq  ediblər.  Nə  sünən  sahibləri,  nə  də  alimlər  bu  hədislərin  heç 
birini  zikr  etməyiblər”.  İmam  Məlik    yanında  kim  desəydi  ki:  “Mən 
Peyğəmbərin    qəbrini  ziyarət  etdim”.  Bu  söz  onun  xoşuna  gəlməzdi”. 
Səhabələrdən  heç  kəs  digər  ölkələrdən  Peyğəmbərin    qəbrini  ziyarət 
məqsədilə  gəlməzdilər.  Əksinə  Peyğəmbər    buyurdu:  "Evlərinizi  qəbir 
yerinə,  qəbrimi  də  bayram  yerinə  çevirməyin.  Mənim  üçün  Allahdan  xeyir-
dua  istəyin  (salavat).  Harda  olsanız  sizin  xeyir-duanız  (salavatınız)  mənə 
çatar".
235
 Həmçinin - Peyğəmbərin  qəbrinə doğru duraraq dua etmək. Bu da 
şəriətimiz  tərəfdən  qadağan  edilmişdir.  Lakin  qəbrinə  doğru  duraraq  salam 
vermək icazəlidir. Lakin Əbu Hənifə  bunu da qadağan edərdi.
236
  
Həmçinin -
 
Ölülər Salamı Eşidirmi Və Ya Cavab Verirlərmi – İbn Teymiyyə 
 deyir: “Bu məsələdə iki rəy vardır: 1) Eşitmirlər, hətta salamı da; “Şübhəsiz 
ki,  Allah  istədiyinə  haqqı  eşitdirir.  Sən  isə  qəbirlərdə  olanlara  eşitdirə 
bilməzsən”.  (Fatir  22).  Peyğəmbərin    qəbristanlığa  girərkən  öyrətdiyi  dua: 
əs-Sələmu  aleykum  əhləd-diyəri  minəl-muminiynə  vəl-muslimiyn  və  innə 
inşəallahu  bikum  ləhiqunə  və  yərhəmullahul-mustəqdimiynə  minnə  vəl-
mustə'xiriynə. Əsəlullahə lənə və ləkumul-afiyətə - Ey (bu) diyarın mömin və 
müsəlman  sakinləri!  Sizə  salam  olsun!  Allah  istəsə  biz  də  sizə  qovuşacağıq. 
Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin! Allahdan özümüzə və 
sizə salamatlıq diləyirəm!"
237
 2) Eşidirlər. Lakin bu o, demək deyil ki, onlar hər 
bir şeyi  eşidirlər.  Eşitsələr  də  belə  cavab  vermək iqtidarında  deyillər;  "...Əgər 
siz  onlara  dua  etsəniz  onlar  sizin  dualarınızı  eşitməzlər.  Eşitsələr  də  belə 
cavab  verməzlər.  Özləri  də  Qiyamət  günü  sizin  şərik  qoşduqlarınızı 
                                                        
233
 Məlik 1/ 109, Əhməd 6/ 7/ 397, əl-Albani "Səhih Sünən ən-Nəsai" 1/ 309.  
234
 İbn Teymiyyə “Məcmuul-Fətava” 27/ 26.  
235
 Əbu Davud 2042, Əhməd 2/ 367, əl-Albani səhih deyib.  
236
 “Məcmuul-Fətava 27/ 79”. 
237
 Muslim 2/ 671. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə