TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə47/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   43   44   45   46   47   48   49   50   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      99 
təmir  edib  abadlaşdırırlar.  Bu  isə  şirkə  aparan  yoldur.  Məscidi  Allaha  ibadət 
etmək  üçün  qəbir  edən  lənətlənmişdir.  İbn  Teymiyyə    deyir:  "Müsəlman 
alimləri məzarlar üzərində məscidlər tikməyi qadağan ediblər. Məzarlara and 
verməyi, məzarlara hədiyyə aparmağı, pul verməyi, heyvan kəsməyi qadağan 
ediblər.  Bütün  bu  əhdlər  günahdır.  Həmçinin  də  heç  bir  sələf  alimi  demir  ki, 
məzarlarda namaz qılmaq, dua oxumaq, qurban kəsmək başqa yerlərdən daha 
yaxşıdır".  İbn  Teymiyyə    deyir:  "Heç  bir  məsciddə  ölünün  dəfn  edilməsi 
doğru deyildir. Əgər məscid dəfndən öncə salınıbsa ya qəbir yerlə bir edilir, ya 
da  ölü  oradan  çıxardılaraq  başqa  yerə  basdırılır.  Məscid  qəbirdən  sonra  inşa 
edilmişsə ya məscid ya da qəbir sökülür. Çünki, qəbir üzərindəki məsciddə nə 
fərz, nə də nafilə namazlar qılınır. Bu qadağan edilmişdir".
216
 Şeyx İbn Bəzz  
deyir:  "Məsciddə  məzar  varsa,  məzar  namaz  qılanların  arxasında,  qarşısında, 
sağında  və  ya  solunda  olmasından  aslı  olmayaraq  orada  namaz  qılmaq 
düzgün  deyildir".  İbn  Bəzz    deyir:  “İnsan  bilsədə-bilməsədə  belə  namazı 
batildir”. əl-Albani  deyir: “Başqa məscid ola-ola gedib qəbir olan məsciddə 
namaz  qılarsa  namazı  batildir”.  Şeyx  Useymin    deyir:  “Əgər  məscid  qəbir 
üzərində  tikilibsə  bu  məsciddə  namaz  qadağandır.  Yox  əgər  əksinə  olubsa 
namaz bu məsciddə səhihdir”. Bu məscidi dağıtmaq lazımdır, əksi olarsa qəbir 
çxarılıb  qəbristanlıqda  dəfn  edilməlidir.  Əgər  başqa  yerdə  qılmağa  imkan 
yoxdursa  onda  zərurətdən  orada  qıla  bilərsən  və  qəbir  də  səninlə  qiblə 
arasında olmamalıdır”. 
Allahdan  qeyrisinə  ibadət  edənlərə  isə  bu  qədər  yer  üzü  bəs  etmir. 
Qəbirlərə,  pirlərə  gedərək  önündə  necə  alçaldıqlarını,  təmiz  ürəkdən  ibadət 
etdiklərini,  boyun  əydiklərini  görə  bilərsiniz.  Heç  Allahın  evlərində  bu  cür 
ibadət  etmirlər.  Onların  əksəriyyəti  isə  məzarların  yanında  etdikləri  duaların 
və  yalvarmalarının  xeyrini  gözləyirlər.  Buna  görə  də  Peyğəmbər   
qəbristanlıqda namaz qılmağı qadağan etmişdir. Əbu Səid  əl-Xudri  rəvayət 
edir  ki, Peyğəmbər    buyurdu:  "Hamam  (ayaq  yolundan)  və  qəbristanlıqdan 
başqa yer üzü  mənim  üçün  məscid  edildi".
217
 Cabir  ibn  Abdullah  əl-Ənsari  
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Məndən  əvvəl  heç  bir  kəsə 
(peyğəmbərə)  verilməyən  beş  şey  mənə  verilmişdir;  Yer  üzü  mənim  üçün 
təmiz və məscid edildi. Buna görə də namaz vaxtı çatmış hər kim olursa-olsun 
olduğu yerdə namazını qıla bilər…".
218
 Huzeyfə  rəvayət edir ki, Peyğəmbər 
  buyurdu:  "İnsanlar  üzərinə  üç  şeylə  əmr  olunduq;  namazda  səflərimiz 
mələklərin  səfləri  kimi  edildi,  bütün  yer  üzü  bizə  məscid  qılındı  və  yerin 
torpağı  su  tapılmadıqda  bizə  təmizlik  vasitəsi  edildi".
219
 Peyğəmbər   
                                                        
216
 Fətava 1/ 107, 192.  
217
 Əhməd 3/ 83-96, Əbu Davud 492, ət-Tirmizi 317, İbn Məcə H. 745, əl-Albani "Səhihul-Cəmi" 2767.  
218
 Muslim 521.  
219
 Muslim 522.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      100 
qəbristanlıqda  namaz  qılmağı  onun  murdarlığına  görə  deyil,  şirkin 
murdarlığına  görə  qadağan  etmişdir.  Çünki,  şirkə  aparan  yol  əsasən 
məzarların  yanında  ibadət  etməkdən  başlayır.  İmam  Şafii    "əl-Umm"  adlı 
əsərində  (1/246)  deyir:  "Mən  qəbir  üzərində  məscid  tikilməsini  və  ya 
dülzəldilməmiş  halda  üzərində  namaz  qılınmasını,  yaxud  da  qəbirə  doğru 
namaz  qılınmasını  məkruh  (haram)  görürəm.  Əgər  bir  kimsə  qəbirə  doğru 
namaz  qılarsa  namazını  qılmış  olur,  lakin  çox  pis  bir  iş  etmiş  olur”.
220
 Şeyx 
Aliyul-Kari "Mirqatul-Məfatin Şərhu Mişkətul-Məsabih" (1/456) deyir: "Onlara 
lənət edilməsinin səbəbi, ya onların ucaltmaq üçün peyğəmbərlərin qəbirlərinə 
doğru  səcdə  etmələridir  ki,  bu  isə  açıq-aydın  bir  şirkdir,  ya  da  onların  uca 
Allah üçün namaz qılmağı peyğəmbərlərin dəfn edildikləri yerdə tikmələri və 
onların  qəbirləri  üzərində  səcdə  edib  namaz  qılarkən  qəbirlərinə 
yönəlmələridir.  Beləliklə  onlar  uca  Allaha  ibadət  edərkən  peyğəmbərləri 
ucaltmaqda  həddi  aşmış  olurlar.  Gizli  şirk  deyilən  budur.  Çünki,  bunda 
Allahın  izin  vermədiyi  şəkildə  hər  hansısa  bir  yaradılışa  təzim  vardır. 
Peyğəmbər    bunu  ümmətinə  ya  Yəhudi  adətlərinə  bənzədiyinə  görə,  ya  da 
gizli şirk olduğuna görə qadağan etmişdir".  
Həmçinin  -  Qəbristanlqda  Cənazə  Namazı  Qılmaq  Olarmı?  İmam  Əhməd 
 deyir: “Cənazə namazları xaric qəbirlər arasında namaz qılınmaz". Nəfi  
deyir:  “Aişə  ilə  Ummu  Sələmənin    cənazə  namazlarını  Bəqinin  ortasında 
qıldıq. O, gün İmam Əbu Hureyra  idi. İbn Ömər  da orada idi".
221
 Ənəs  
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Bir  qəbir  üzərinə  (cənazə)  namazı 
qıldı". Əbu Hureyra  rəvayət edir ki, bir zənci qadın məscidi süpürürdü. Bir 
gün  Peyğəmbər    onu  görmədi.  “Nə  oldu?”-  deyə  soruşdu.  Səhabələr:  "O, 
öldü"- deyə cavab verdilər. Peyğəmbər  buyurdu: "Mənə xəbər vermək lazım 
deyildi?  Qəbrini  mənə  göstərin".  Qəbir  ona  göstərildikdə  o,  da  bu  qadının 
qəbri  üzərində  (cənazə)  namaz  qıldı  və  dedi:  "Bu  qəbirlərin  içi  zülmətlə 
doludur.  Allah  qıldığım  namazla  oranı  işıqlandırır".
222
 Lakin  bir  qrup  alimlər 
qəbristanlıqda  cənazə  namazını  belə  şirkə  aparan  yol  olduğu  üçün  qılmağı 
qadağan  etmişlər.  əl-Albani    deyir:  “Cənazə  namazını  qəbirlər  arasında 
qılmaq caiz deyildir. Peyğəmbər  qəbirlər arasında cənazəyə namaz qılmağı 
qadağan etmişdir”.
223
 Doğrusunu Allah Bilir!  
                                                        
220
 Burada  məkruhdan  qəsd  edilən  haramdır.  Çünki:  "Əgər  bir  kimsə  qəbirə  doğru  namaz  qılarsa  namzını 
qılmış olur, lakin çox pis bir iş etmiş olur" sözü haram etdi mənasındadır. Quran üslubunda da pislik Seyyiə 
deməkdir.  Allah  uşaqlarınızı  öldürməyi,  zinaya  yaxınlaşmağı,  can  almağı  və  s.  şeyləri  qadağan  etdikdən 
sonra buyurur: "Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir". (əl-İsra 23, 33, 36-
38). 
221
 İbn Rəcəb "Fəthul-Bəri", "Qavakibud-Dərari" 65/ 81/ 1-2, Abdur-Razzaq "Musənnəf" 1/ 407/ 1594.  
222
 Muslim 956.  
223
 əl-Albani “Cənazə Əhkamı”.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə