TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə43/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   39   40   41   42   43   44   45   46   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      91 
Peyğəmbər  ölümü yaxınlaşdığı vaxt üzünü Hamisanın ucuyla örtür və sonra 
örtüyü  üzündən  qaldıraraq  buyurardı:  "Allah  yəhudilərə  və xristianlara lənət 
etsin!  Çünki,  onlar  Peyğəmbərlərinin  qəbirlərini  ibadətgaha  (məscidlərə) 
çeviriblər". Aişə  deyir ki: "(O, bu sözləriylə) onların etdiklərinin bənzərini 
etməkdən  bizi  çəkindirirdi".
182
 Əbu  Ubeydə  ibn  Cərrah    rəvayət  edir  ki, 
Peyğəmbərin  son söylədiyi sözlər bunlardı: "...Bunu da bilin ki, insanların ən 
şərliləri  Peyğəmbərlərinin  qəbirlərini  məscid  halına  gətirənlərdir".
183
 Hafiz 
İrakli  deyir: "Əgər bir kimsə içində dəfn edilmə qəsdi ilə bir məscid tikərsə 
bu lənətin içərisinə girər. Məsciddə dəfn edilmək haramdır".
184
 İbn Qeyyim  
“Nuniyyədə” deyir: “Peyğəmbərin  duasına Allah cavab verdi və onun qəbri 
ibadət  olunan  yerə  çevrilmədi.  Onun  qəbri  üç  qat  divarla  qorundu  və  heç 
birində  də  içəri  daxil  olmaq  üçün  qapı  yoxdu.  Mümkün  deyil  daxil  olmaq, 
qəbirə sürtünmək. İndi isə dəmir hasar ilə də örtüblər”.  
Müxaliflər  deyirlər:  “O  məscid  ki,  orada  qəbir  vardır,  orada  edilən  ibadət 
qəbir  olmayan  məsciddə  edilən  ibadətdən  əfzəldir.  Vallahi!  Kim  qəbir  olan 
məscidə  gedərək  Allaha  dua  etməsə,  Allahdan  istəməsə  iman  etmiş  olmaz, 
müsəlman  olmaz”.  Subhənəllah!  Nə  Peyğəmbər    bu  barədə  danışmış,  nə 
səhabələrinə bunu öyrətmiş, nə də səhabələr belə bir şeyi etmişlər. Görəsən, bu 
müxaliflər  bütün  bunları  haradan  götürüblər?  Əgər  bu  əməl  məşhur  bir  iş 
olsaydı  heç  olmasa  alimlər  bu  barədə  danışardılar.  Vallahi,  heç  fiqh 
kitablarında  bu  barədə  danışılmayıb.  Səhih  və  Sünən  kitablarında  Cənazə 
bölümü açılıb. Cənazəni yumaq, kəfənləmək, namazını qılmaq, dəfn mərasimi 
necə  olmalıdır  bu  barədə  danışılmış,  lakin  bu  sufilərin  qəbirləri  ucaltmaq, 
orada ibadətgah tikmək, belə yerlərə səfərlər etmək barəsində heç bir hədis və 
                                                                                                                                                   
etdilər".  Biri:  "Onu  namaz  qıldığı  yerdə  dəfn  edək"-  dedi.  Əbu  Bəkr  :  "Onu  ibadət  edilən  bir  büt  halına 
gətirməkdən  Allaha  sığınırıq"-  dedi.  Digərləri:  "Onu  mühacir  qardaşlarımızın  yanında  Bəqidə  dəfn  edək"- 
dedi.  Əbu  Bəkr  :  "Biz  Peyğəmbərin    qəbrinin  Bəqidə  olmasından  narahat  olarıq.  İnsanlar  bu  vaxt  onun 
Allah  qatında  məqamına  sığınaraq  dua  edərlər”-  dedi.  Halbuki,  Allahın  haqqı  Peyğəmbərin    haqqının 
üstündədir.  Əgər  onu  çolə  çıxarsaq  Allahın  haqqını  zay  etmiş  olarıq.  Əgər  ona  verdiyimiz  sözü  yerinə 
yetirməsək  Peyğəmbərin    qəbrinə  də  xəyanət  etmiş  olarıq”-  dedi.  Səhabələr:  "Bəs  onda  nə  edək,  ya  Əbu 
Bəkr?”-  dedilər.  O:  "Peyğəmbərlər  öldükləri  yerdə  dəfn  edilirlər”-  dedi.  Bundan  sonra:  "Sən  sözü  qəbul 
edilən  və  hörmət  edilən  birisisən"-  dedilər.  Sonra  yatağının  yanında  bir  çizgi  çəkdilər.  Əli,  Abbas,  Fadl  və 
ailə  xalqı    onu  götürdülər.  Digərləri  isə  yatağının  olduğu  yerdə  məzar  qazmağa  başladılar".  Fayda  - 
burada bir məsələ  də  vardır  ki, Peyğəmbərin  evində  dəfn edilməsi başqalarının  da evində  dəfn edilməsi 
üçün dəlil deyildir. Çünki, dəfn qəbristanlıqda edilməlidir. İbn Urva "Qavakibud-Dərar" adlı əsərində 88/ 1 
təfsir 548-də  deyir:  "Müsəlmanların  qəbristanlıqda  dəfn edilməsi Əbu Abdullah (İmam Əhməd) tərəfindən 
evlərində  dəfn  edilməsindən  daha  bəyənilən  bir  xüsusdur.  Çünki  ölən  kimsənin  həyatda  qalan  mirasçıları 
olan  kimsələrə  daha  az  zərər  verər  və  qəbristan  axirət  məskənlərinə  daha  çox  bənzəyər.  Burada  dəfn 
edilənlər  üçün  daha  çox  dua  edilir.  Səhabələr,  tabiinlər  və  onlardan  sonra  gələnlər  də  qəbristanlıqda  dəfn 
edilmişlər".  
182
 əl-Buxari 1/ 422, 6/ 386, 8/ 116, Muslim 2/ 67, ən-Nəsai 1/ 115, Əhməd 1/ 218, 6/ 34, 229, 275, əd-Dərimi 1/ 
326.  
183
 Əhməd 1691, 1694, ət-Tahavi "Müşkilul Əsar" 4/ 13, əl-Heysəmi "Məcmuuz-Zəvaid" 5/ 325.  
184
 əl-Munəvi "Fəyzul-Qadir" 5/ 274.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      92 
fiqh  kitablarında  danışılmamışdır.  Belə  bir  şeylər  mühüm  məsələ  olsaydı 
alimlər  bu  barədə  danışardılar.  Lakin  əksinə  bunun  qadağan  olunması 
barəsində  danışıblar.  Müxaliflər  bu  yerlərdə  dəfn  olunan  salehlər  barəsində, 
onların  kəraməti,  möcüzələri  barəsində  bir  çox  hekayələr  danışırlar. 
Məqsədləri  isə  Allahdan  qeyri  ibadət  olunan  yerlərə  insanları  cəlb  etməkdir. 
Subhənəllah! Deyirlər ki: “Bütün Avropa ölkələrini gəzdim, lakin heç bir yerdə 
dərdimə  şəfa  tapmadım.  Bir  gün  bura  gəlməklə  sağaldım”.  Allahu  Əkbər! 
Onda,  görəsən  bu  qədər  xəstəxanalar  nəyə  lazımdır?  Onlar  öz  əməllərini 
tövhid  sayırlar.  Kimsə  onlara  bu  əməllərini  qadağan  etdiyi  zaman  onu  başa 
düşməməzlikdə,  hörmətsizlikdə  ittiham  edirlər.  İnsanları  Tövhidə  dəvət 
edirsən,  deyirlər  ki:  “Vəhhabisən”,  insanları  Cihadı  Sünnə  ilə  etməyə  dəvət 
edirsən,  deyirlər  ki:  “Cihadı  inkar  edirsən”,  Zikri  Sünnə  ilə  etməyə  dəvət 
edirsən  deyirlər  ki:  “Zikri  inkar  edirsən”.  Onları  Uca  və  Böyük  olan  Allaha 
dəvət  etdiyi  zaman,  onlar  insanları  Cəhənnəmə  çağırırlar.  Vallahi,  insanları 
Tövhidə dəvət edən, şirkdən çəkindirən kimsə yer üzündə ən gözəl kimsədir.  
Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Evlərinizi  qəbir 
yerinə,  qəbrimi  də  bayram  yerinə  çevirməyin.  Mənim  üçün  Allahdan  xeyir-
dua  istəyin  (salavat).  Harda  olsanız  sizin  xeyir-duanız  (salavatınız)  mənə 
çatar".
185
 Əli ibn Huseyn   rəvayət edir ki, bir nəfər Peyğəmbərin  qəbrinin 
yanına gələrək dua etməyə başladı. Əli ibn Huseyn  onu çağırıb dedi: "Mən 
sənə  atamdan  eşitdiyim,  onun  da  Peyğəmbərdən    eşitdiyi  bir  hədisi 
danışacağam:  "Qəbrimi  bayram  yerinə,  evlərinizi  də  qəbir yerinə çevirməyin. 
Mənə  salavat  göndərin.  Harada  olsanız  sizin  salavatınız  mənə  çatacaqdır".
186
 
Qəbri bütün qəbirlərin ən üstünü və ən fəzilətlisi olduğu halda bayram yerinə 
çevrilməsi  Peyğəmbər    tərəfindən  qadağan  edilirsə,  digərləri  üçün  bu  daha 
da  mühümdür.  Qəbristanlıqları  bayram  yerləri  etmək  İslamdan  əvvəl  edilən 
bayramlardandır.  Hər  il  müəyyən  vaxtlarda  qəbirləri  ziyarət  edib  oralarda 
ibadət  edərdilər.  İslamın  gəlməsilə  bunlar  qadağan  edildi.  İbn  Teymiyyə   
deyir ki:  "Mən bu əməli icazə verən heç kəsi tanımıram. Çünki, bu təntənələr 
keçirməyin  bir  növüdür.  Əksinə  hədis  onu  göstərir  ki,  Peyğəmbərin   
məscidində namaz qılmağa gedərkən onun məzarını salamlamaq üçün ziyarət 
etmək  şəriətə  görə  qadağan  edilmişdir.  Səhabələr  və  onların  davamçıları 
Peyğəmbərin    məscidini  ziyarət  edir, namaz  qılıb  qurtardıqda  ya oturar,  ya 
da çıxardılar. Onlar onun məzarını salamlamaq üçün ziyarət etməzdilər. Çünki 
bilirdilər  ki,  onun  üçün  salavat  gətirmək  daha  yaxşıdır".  "Allahın  elçisini  öz 
aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın". (ən-Nur 63). Peyğəmbər  
                                                        
185
 Əbu  Davud  2042,  Əhməd  2/  367,  İsmayıl  əl-Qazi  "Fadl  əs-Salət  alən  Nəbi"  səh.  20,  əl-Albani  səhih 
demişdir.  
186
 Əbu Yala 465, əl-Buxari "Tarixul-Kəbir" 1, 2/ 186, İsmayıl əl-Qazi "Fadlus-Salət alən-Nəbi" səh. 30.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə